Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3297/2022 29.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X8 İdarəsi (BDYPİ) 05 may 2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək barəsində BDYPİ tərəfindən qəbul edilmiş 05 may 2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Ə.Əbdülrəhimov küçəsi ilə Ata-Türk prospektinin kəsişməsində yol nişanlarının tələblərinə riayət edilməməsi səbəbindən (5.9 Marşrut nəqliyyat vasitələri üçün zolaqla hərəkət) barəsində xx.xx.2022-ci il tarixli EQ ******* saylı inzibati protokol tərtib edilmiş və həmin protokolda dair xx.xx.2022-ci il tarixli elektron qərar qüvvəyə minmişdir. Barəsində tərtib edilmiş EQ ******* saylı inzibati protokol və həmin protokolda dair xx.xx.2022-ci il tarixli elektron qərarla əlaqədar olaraq AR DİN DYP-nin əməkdaşları tərəfindən AR İXM-nin 125-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, AR İXM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən, inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qanunun bu tələblərinə baxmayaraq barəmdə tərtib edilmiş protokol və ona dair qüvvəyə minmiş qərar nə kağız daşıyıcıda, nə də ki, elektron sənəd formasında rəsmi qaydada mənə verilməmiş, yalnız “ASAN ödəniş” sistemində şəxsi kabinetimdə qeyd edilən protokol və qərara dair natamam məlumat yerləşdirilmişdir. Bundan başqa, barəmdə tərtib edilmiş qanunsuz və əsassız inzibati protokol və ona dair qüvvəyə miniş elektron qərardan xx.xx.2022-ci il tarixdə elektron qaydada şikayət vermişəm, şikayətimdə əlavə olaraq öz təqsirsizliyimi təsdiq edən video görüntülərin götürülərək baxış keçirilməsini və şəxsi kabinetimə yerləşdirilməsini xahiş etmişəm, lakin bu günə kimi şikayətimə dair qərar qəbul edilməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinin tələblərinə zidd olaraq xx.xx.2022-ci il tarixdə electron poçt ünvanıma məktub göndərilərək cavab verilmişdir. Həmin məktubdan görünür ki, mənim şikayətim mahiyyəti üzrə araşdırılmamış, yalnız inzibati xətanın törədilməsinin aşkar edilməsi və sənədləşdirilməsi ilə bağlı yoxlama aparılmışdır. Onu da qeyd etmək istəyirəm ki, elektron informasiya sistemində yerləşdirilmiş həmin məlumatları çap edib şikayətimlə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərsəm də, məhkəmə şikayət ərizəmi geri qaytararaq qərarın özünün (surətinin) əlavə edilməli olduğunu öz qərardadında göstərmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq adı çəkilən protokol və qərarın surətlərinin rəsmi qaydada mənə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə elektron qaydada rəsmi olaraq müaciət etmişdir. Yalnız onun rəsmi qaydada müraciətindən sonra, yəni xx.xx.2022-ci il tarixdə həmin qərarın surəti BPİDYPİ tərəfindən onun elektron poçt ünvanıma göndərilmişdir. Bütün bu qanun pozuntuları azmış kimi, xx.xx.2022-ci il tarixdə onasms vasitəsi məlumat daxil olmuşdur ki, həmin inzibati qərarla bağlı artıq dəbbə pulu hesablanır, yəni növbəti dəfə İXM-nin tələbləri pozulmaqdadır. Belə ki, AR İXM-nin 125.8-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. AR İXM-nin 130-cu maddəsinə əsasən isə həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, AR DİN DYP-nin əməkdaşları tərəfindən AR İXM-nin inzibati protokol və qərarın surətinin rəsmi qaydada verilməsinə dair tələbləri pozulsa da, tərəfimdən həmin Məcəllədə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətlər çərçivəsində şikayətlər tərtib edilmiş və aidiyyəti üzrə göndərilmişdir. Belə olan halda, yəni AR DİN DYP tərəfindən inzibati protokol və qərarın surəti rəsmi qaydada mənə verilməyənədək (o cümlədən şəxsi kabinetimdə yerləşdirilməyənədək) və şikayət verilməsi üçün AR İXM-də nəzərdə tutulan müddətlər ərzində dəbbə bulunun hesablanması qanunsuzdur. Barəsində tərtib edilmiş inzibati protokol və ona dair qüvvəyə minmiş qərarın mahiyyətinə, aşağıdakılara əsaslanaraq hesab edirəm ki, həmin protokol və ona dair qərar qanunsuz və əsassızdır, ona görə də ləğv olunmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 18:30 radələrində Ə.Əbdülrəhimov küçəsindən Ata-Türk prospektinə çıxan zaman məcburi şəkildə “Marşrut nəqliyyat vasitələri üçün zolağa” girməli olmuşdur. Lakin bu zaman protokola əlavə edilmiş video görüntüdən də göründüyü kimi heç bir ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmamışdır. Əksinə həmin zolağı bağlamamaq üçün birinci qırıq-qırıq nişanlama xəttindən yox, növbəti qırıq- qırıq nişanlama xəttindən yolun hərəkət üçün icazə verilən hissəsinə, yəni sol zolağa keçmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV-cü hissəsinin tələblərinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Qanundan da göründüyü kimi, onun Ə.Əbdülrəhimov küçəsindən Ata-Türk prospektinə dönərkən “Marşrut nəqliyyat vasitələri üçün zolağa” girməyinə və bu zaman həmin zolaqdan yolun hərəkəti üçün icazə verilən hissəsinə, yəni sol zolağa istənilən qırıq-qırıq nişanlama xəttindən birindən istifadə etməklə (qanunda birincidən girməlisən deyə anlayış yoxdur) keçməyinə icazə verilir. “Marşrut nəqliyyat vasitələri üçün zolaq”dan yolun hərəkəti üçün icazə verilən hissəsinə, yəni sol zolağa istənilən qırıq-qırıq nişanlama xəttindən birindən istifadə etməklə keçməyinə icazənin olmasına baxmayaq birincidən də dönərdi, lakin növbətisindən dönməyimə səbəb birincisindən dönməyin mümkünsüz olması olmuşdur. Yuxarıda qeyd edilən protokola əlavə edilmiş video görüntüdən açıq-aydın görünür ki, o dönmə nişanını yandırmış və sol zolağa keçmək üçün imkan axtarır, lakin həmin yerdə bu mümkün olmadığı üçün (güclü tıxac səbəbindən) həmin zolağı bağlamamaq və ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmamaq üçün ("Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələbinə tam uyğun) mümkün olan yerdən, yəni növbəti qırıq-qırıq nişanlama xəttindən istifadə etməklə sol zolağa dönmüş (marşrut nəqliyyat vasitələri üçün zolaqla axıra kimi hərəkət etməmişdir). Digər tərəfdən, o Ata-Türk prospekti ilə hərəkətdə ola-ola marşrut nəqliyyat vasitələri üçün zolağa keçməmiş, o Ə.Əbdülrəhimov küçəsindən Ata-Türk prospektinə çıxmaq üçün məcburi şəkildə həmin zolaqdan istifadə etmiş (yəni kefindən qeyd edilən zolaqdan istifadə etməmişdir). Bu günə kimi bir dəfə də olsun marşrut nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolaqla hərəkət edib qayda pozuntusu törətməmişdir, o zolaqdan yalnız qanunda nəzərdə tutulmuş qaydada istifadə etmişdir. Göstərilənlərə əsasən BDYPİ tərəfindən qəbul edilmiş 05 may 2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 Adil oğlu şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini BDYPİ tərəfindən qəbul edilmiş 05 may 2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş BDYPİ tərəfindən qəbul edilmiş 05 may 2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X7 həmin tarixdə saat 18:23-də “Toyota Land-Cruiser-Prado” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Əbdülrəhimov küçəsi ilə Ata-Türk propspektinin kəsişməsində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Qeyd edilən 05 may 2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 05 may 2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 05 may 2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3297/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3297/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver