Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3298/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X7, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki,Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 08:30 radələrində vətəndaş B.Əsgərova məxsus “Chevrolet” markalı avtomobilindən 20 manat pul və 5 manat dəyərində əşyanın oğurlanmışdır. Bundan əlavə Şəxs mütəmadi olaraq narkotik vasitə istifadə edir. Bundan əlavə ünvan 2 ünvanında yaşayan vətəndaş X18 xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrdə Yasamal rayonu, Landau küçəsi 6 ünvanında binanın qarşısında idarə etdiyi Opel Astra markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayıb evə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 08:15 radələrdə avtomaşına yaxınlaşarkən avtomaşının sağ qabaq şüşəsinin sındığını görüb avtomaşının içərsinə baxanda, oradan bir ədəd işlənmiş vəziyyətdə dəyəri 400 manat olan İphone 6 plus markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Bundan əlavə ünvan 3 ünvanında yaşayan vətəndaş X14 xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə ərziə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 19:00 radələrdə idarə etdiyi Volskwagen Polo sedan markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomaşını binanın qarşısında saxlayıb evə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 08:45 radələrdə avtomaşına yaxınlaşarkən avtomaşının sağ qabaq şüşəsinin sındığını görüb avtomaşının içərsinə baxarkən avtomaşından bir ədəd videoregistrator, bir ədəd eynək və bir ədəd cəryan yığan modilaytorun oğurlandığını aşkar etmişdir. Bundan əlavə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi ev 95də yaşayan vətəndaş X5. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki. xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində ona məxsus etibarnamə ilə idarə eldiyi 2004-eii il buraxılışla uiimüşü metalik rəngli. "Tofaş Şahin" markalı. **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 4 ünvanın qarşısında saxlayaraq evə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində avtomobilinə yaxınlaşarkən aşkar etmişdir ki. naməlum şəxs güc tətbiq etməklə avtomobilin arxa sağ yan qapısının şüşəsini aşağı salaraq salona daxil olmuş, avtomobilin şitinə quraşdırılmış 150 (yüz. əlli) manat dəyərində olan "Pioner” markalı maqnitolanı və 10 (on) manat dəyərində olan lelelbn üçün cərəyan naqilini oğurlamışdır. Bundan əlavə Bakı şəhəri, Yasamal rayonu, H.Aslanov küçəsi, ev 37-də yaşayan vətəndaş X15 xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətizəng mərkəzi sisteminə verdiyi məlumatla əlaqədar olaraq, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat təxminən 06:45 radələrində ünvan 5 ünvanının qarşısında saxladığı “Hyundai İ-10” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşınının ön sağ qapı şüşəsinin sındırılmasını, habelə içərisindən 300(üç yüz) manat məbləğində pul vəsaitinin və bir ədəd monitorlu güzgünün gizli olaraq talama niyyəti ilə oğurlanmasını aşkar etmişdir. Bundan əlavə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45”A”, mənzil 21-də yaşayan vətəndaş X12 xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə verdiyi məlumatla əlaqədar olaraq, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat təxminən 07:50 radələrində ünvan 6 ünvanının qarşısında saxladığı “Chevrolet Aveo” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomaşınının ön sol qapı şüşəsinin sındırılmasını, habelə içərisindən 10 (on) ədəd gün eynəklərinin və bir ədəd naqilsiz enerji cihazının gizli olaraq talama niyyəti ilə oğurlanmasını aşkar etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin206 (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə) və 227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X16 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 08:30 radələrində vətəndaş B.Əsgərova məxsus “Chevrolet” markalı avtomobilindən 20 manat pul və 5 manat dəyərində əşyanın oğurlanmışdır. Bundan əlavə Şəxs daha əvvəldə xırda talama əməlləri törətdərək X8 idarə etdiyi Volskwagen Pola sedan markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ qabaq şüşəsinin sındırma yolu ilə avtomaşından oğurluq olması nəticəsində ona ümumilikdə 140 manat, X13 idarə etdiyi Opel Astra markalı markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ qabaq şüşəsinin sındırma yolu ilə avtomaşından bir ədəd işlənmiş vəziyyətdə İphone 6 plus markalı mobil telefon oğurlanaraq ona 400 manat, X3 məxsus 2004-cü il buraxılışlı. gümüşü metalik rəngli. "Tofaş Şahin" markalı **-NB-*** dövlət qeydiyyatlı nişanlı avtomobildən 150 (yüz əlli) manat dəyərində olan "Pioner" markalı maqnitolanı və 10 (on) manat dəyərində olan telefon cərəyanının oğurlanması nəticəsində dəymiş ziyanın ümumi dəyəri 160 (yüz altmış) manat, X9 300 (üç yüz) manat məbləğində pul vəsaitinin və bir ədəd monitorlu güzgünün gizli olaraq talama niyyəti ilə oğurlanması nəticəsində ümumilikdə 320(üç yüz iyirmi) manat, o cümlədən özünə məxsus “Hyundai İ-10” markalı, **-NK-*** dövlət qeydiyyatlı nişanlı avtomaşınının ön sağ qapı şüşəsinin qəsdən sındırılması nəticəsində 250(iki yüz əlli) manat, X6 məxsus 10 (on) ədəd gün eynəklərinin və bir ədəd naqilsiz enerji cihazının gizli olaraq talama niyyəti ilə oğurlanması nəticəsində ümumilikdə 405 (dörd yüz beş) manat, o cümlədən özünə məxsus “Chevrolet Aveo” markalı, **-HU-*** dövlət qeydiyyatlı nişanlı avtomaşınının ön sol qapı şüşəsinin qəsdən sındırılması nəticəsində 250 (iki yüz əlli) manat maddi zərər vurmuşdur. Həmçinin Şəxs mütəmadi olaraq narkotik vasitə istifadə edir. Qəbul edilmiş qərarlar əsasında Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, o, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün, xırda talama əməlləri törədir. “Hyundai İ-10” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Aveo” markalı, **-HU- *** dövlət qeydiyyat nişanlı avtomobillərdən oğurluğu o etməmişdir. Digər avtomobillərdən etdiyi talama əməllərini isə etiraf edir. Göstərilən halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər “Mərkəz” vəkil bürosunun vəkili X10 hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan CD diskə baxış keçirilmiş və məlum olmuşdur ki, Şəxs Yasamal rayonu, B.Məcidov küçəsində dayanmış avtomobillərə boylanaraq baxmış və sonrada “Chevrolet” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq yan şüşəsini sındıraraq avtomobilin salonundan əl çantasını götürərək oradan uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra həmin şəxs yenidən həmin avtomobilin yanına qayıdaraq oğurladığı çantanı yenidən həmin avtomobilə tullamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206 və 227-ci maddəsi ilə olan xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 37.1 və 37.2-ci maddələrinə əsasən «İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur», «Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir». Şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması məsələsinin həlli müvafiq həkim müayinəsinin nəticələri üzrə verilən rəy əsasında mümkündür. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tibbi müayinədən keçirilməsi araşdırmanı aparmış vəzifəli şəxs tərəfindən təşkil olunmalı və müvafiq həkim rəyi inzibati xəta haqqında protokol və digər aidiyyəti sənədlərlə birlikdə məhkəməyə təqdim edilməlidir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən «Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər». Təqdim olunmuş materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müvafiq tibbi müayinədən keçirilməmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmadığına dair tibbi rəy alınmamışdır. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsinə əsasən «Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələblərinə zidd olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmçinin Şəxs tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta haqqında məlumat tam qeyd edilməmiş, zərərçəkmiş şəxslər haqqında məlumatlar ümumiyyətlə göstərilməmişdir. Bundan başqa iş materiallarında görünür ki, talama əməlinin obyektləri olan əşyaların dəyəri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyənləşdirilməmiş, yəni onların dəyərinin müəyyən edilməsi ilə bağlı mütəxəssis və ya ekspert rəyi alınaraq iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. 177-ci maddənin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən eyni maddə ilə nəzərdə tutulan cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab olunur. 16.3-cü maddəyə görə əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən məcəllənin eyni maddəsilə nəzərdə tutulmuş və ya həmin məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” xx xxxxx 2018-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Hazırki işin hallarından göründüyü kimi, Şəxs vahid niyyətlə əhatə olunmayan altı müxtəlif vaxtlarda, altı müxtəlif mülkiyyətçiyə məxsus əşyaları talamaqla, onların hər birinə ayrı-ayrılıqda 100 manatdan artıq miqdarda ziyan vurmuşdur. Lakin ilkin araşdırma aparan bölmənin təhqiqatçıları hər altı fakt üzrə ayrıca icraatda araşdırma aparsa da, Şəxs əməlinə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olub-olmamasına dair hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında olan HK-1-758 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X8 idarə etdiyi Volskwagen Pola sedan markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ qabaq şüşəsinin sındırma yolu ilə avtomaşından oğurluq olması nəticəsində ona ümumilikdə 140 manat maddi ziyan vurulmuşdur. Aparılmış araşdırma nəticəsində qeyd edilən faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, iş materiallarında olan HK-1-759 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X13 idarə etdiyi Opel Astra markalı markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ qabaq şüşəsinin sındırma yolu ilə avtomaşından bir ədəd işlənmiş vəziyyətdə İphone 6 plus markalı mobil telefon oğurlanaraq ona 400 manat maddi ziyan vurulmuşdur. Aparılmış araşdırma nəticəsində qeyd edilən faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, iş materiallarında olan HK-1-906 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki,X3 məxsus 2004-cü il buraxılışlı. gümüşü metalik rəngli. "Tofaş Şahin" markalı **-NB-*** dövlət qeydiyyatlı nişanlı avtomobildən 150 (yüz əlli) manat dəyərində olan "Pioner" markalı maqnitolanı və 10 (on) manat dəyərində olan telefon cərəyanının oğurlanması nəticəsində dəymiş ziyanın ümumi dəyəri 160 (yüz altmış) manat olduğundan. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibi yaranmır. Aparılmış araşdırma nəticəsində qeyd edilən faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, iş materiallarında olan 918 sıra nömrəli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X9 300 (üç yüz) manat məbləğində pul vəsaitinin və bir ədəd monitorlu güzgünün gizli olaraq talama niyyəti ilə oğurlanması nəticəsində ümumilikdə 320 (üç yüz iyirmi) manat, o cümlədən özünə məxsus “Hyundai İ-10” markalı, **-NK-*** dövlət qeydiyyatlı nişanlı avtomaşınının ön sağ qapı şüşəsinin qəsdən sındırılması nəticəsində 250(iki yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Aparılmış araşdırma nəticəsində qeyd edilən faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, iş materiallarında olan 919 sıra nömrəli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X6 məxsus 10 (on) ədəd gün eynəklərinin və bir ədəd naqilsiz enerji cihazının gizli olaraq talama niyyəti ilə oğurlanması nəticəsində ümumilikdə 405 (dörd yüz beş) manat, o cümlədən özünə məxsus “Chevrolet Aveo” markalı, **-HU-*** dövlət qeydiyyatlı nişanlı avtomaşınının ön sol qapı şüşəsinin qəsdən sındırılması nəticəsində 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Aparılmış araşdırma nəticəsində qeyd edilən faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, iş materiallarında olan HK-1-1808 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ünvan 7 saylı ünvanda qeydiyyatda olan Şəxs xx.xx.2020-ci il tarixdə saat 08:52 radələrində X11 məxsus olan Yasamal rayonu, B.Məcidov küçəsi 36 C saylı ünvanda saxladığı “Chevrolet” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq qapısının şüşəsini sındıraraq avtomobilin salonundan iyirmi manat pulu və beş manat dəyərində rezin jqutunu oğurlayaraq ona maddi ziyan vurmuşdur. Aparılmış araşdırma nəticəsində qeyd edilən faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. Həmçinin iş materiallarında olan qeydiyyat nömrəsi olmayan xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 15:30-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, mövcud natamamlıqları sanksiyasında inzibati həbs növü nəzərdə tutulan, yəni dərhal baxılmalı olan işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 106- 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə geri qaytarılsın. Qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilsin. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3298/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3298/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver