Məhkəmə qərarları › İş №3(004)-330/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-330/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-330/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X10, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X3 nümayəndəsi və vəkili X5 iştirakları ilə, Şəxs MMC-nin rəhbəri X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-515/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs MMC ilə bağlanmış xx.xx.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçı X4 məxsus olan Bakı şəhəri Nəsimi rayonu X15 küçəsi 1061-ci məhəllədə Şəxs MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin X4 verilməsi öhdəliyi Şəxs (Şəxs MTK-nın hüquqi varisinin) üzərinə qoyulmuş, həmçinin iddiaçı X2 hüquqi yardım göstərilməsi üçün xx.xx.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən vəkil X8 ödədiyi 500 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 (beş yüz otuz) manat pul Şəxsndən tutularaq X4 ödənilməlidir. Bununla bağlı Şəxs MMC-nin rəhbəri X7 vəzifəli şəxs qismində icra məmurunun qanuni tələblərini yerinə yetirmir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon İcra şöbəsinin icra məmuru tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və vəkili X9 bildirmişdir ki, hazırda Şəxs MMC tələbkar X4 məxsus Bakı şəhəri Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi 1061-ci məhəllədə Şəxs MMC-nin inşa etdiyi yaşayış binalarının 8-ci korpusundakı ümumi sahəsi 76,0 kv m yaşayış sahəsi 40,65 kv m olan 2 otaqlı 54 saylı nənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlər tələbkara verilməsi öhdəliyi tam icra olunub və sənədlər Yasamal rayon İcra şöbəsinə rəsmi təqdim edilmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz çıxışında bildirdi ki, hazırda Şəxs MMC rəsmi olaraq bütün mənzilləri "xxxx" MMC-ə təhvil verib, məhz buna görə də həmin mənzilin özəlləşdirilməsi üçün zəruri sənədlər həmin şirkətdən təqdim olunması lazımdır. Buna görə də Y.Nağıyev, tərtib ounmuş protokol ilə Şəxs MMC barəsində inzibati tənbeh haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 515/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs MMC ilə bağlanmış xx.xx.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçı X4 məxsus olan Bakı şəhəri Nəsimi rayonu X15 küçəsi 1061-ci məhəllədə Şəxs MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin X4 verilməsi öhdəliyi Şəxs (Şəxs MTK-nın hüquqi varisinin) üzərinə qoyulmuş, həmçinin iddiaçı X2 hüquqi yardım göstərilməsi üçün xx.xx.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən vəkil X8 ödədiyi 500 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 (beş yüz otuz) manat pul Şəxsndən tutularaq X4 ödənilməlidir. İş materiallarında olan Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-515/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs MMC X4 məxsus Bakı şəhəri Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi 1061-ci məhəllədə Şəxs MMC-nin inşa etdiyi yaşayış binalarının 8-ci korpusundakı ümumi sahəsi 76,0 kv m yaşayış sahəsi 40,65 kv m olan 2 otaqlı 54 saylı nənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlər tələbkara verilməsi öhdəliyi Şəxs MMC(“X18 MTK-nin hüquqi varisinin) üzərinə qoyulmuşdur.Bu məhkəmə qətnaməsinin icrası ilə bağlı sənədlər Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-515/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs MMC ilə bağlanmış xx.xx.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçı X4 məxsus olan Bakı şəhəri Nəsimi rayonu X15 küçəsi 1061-ci məhəllədə Şəxs MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin X4 verilməsi öhdəliyi Şəxs (Şəxs MTK-nın hüquqi varisinin) üzərinə qoyulmuş, həmçinin iddiaçı X2 hüquqi yardım göstərilməsi üçün xx.xx.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən vəkil X8 ödədiyi 500 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 (beş yüz otuz) manat pul Şəxsndən tutularaq X4 ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Lakin məhkəmə araşdırması zamanı borclu Şəxs MMC-nin rəhbəri X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X3 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra vərəqəsinin icra olunmamasında X3 münasibəti qərəzli olamamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən X3 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X18” MMC-nin rəhbəri X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar