Məhkəmə qərarları › İş №3(004)-330/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-330/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-330/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X5 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad ev 5, mənzil 1 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad ev 5, mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs MMC Bakı Baş Gömrük İdarəsində Şəxs MMC tərəfindən təgdim edilən xx.xx.2024-cü il tarixli **********2869 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X2 Sistemi” informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli **********2869 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal gömrük prosedurundan bəyan edilmiş mallar 77JE407/99YD407 nömrəli nəgliyyat vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 09:16-da Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallara dair gısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təgdim edilmədiyi müəyyən edilmişdir. Bununla da Şəxs MMC İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 13 yanvar 2025-ci il tarixli, EP0186163 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxs) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış məktubdan görünür ki, AZ.MİLKA EXPORT” MMC tərəfindən Rusiya Federasiyasına brutto 20520 kq, netto çəkisi 19520 kq olan dondurulmuş toyuq ayaqlan məhsulunun ixrac edilməsi üçün xx.xx.2024-cü il tarixli müraciət Azərbaycan Respublikasının Qida X1-Xızı regional bölməsinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixli №001608 nömrəli Baytarlıq sertifikatı ilə Rusiya Federasiyasına ixrac edilmiş 19520 kq dondurulmuş toyuq ayaqları məhsulunun markalanmasında uyğunsuzluq aşkar edilmiş və yük partiyası ölkəyə geri qaytarılmışdır. Gömrük Xidmətinin “X2 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında 11 yanvar 2025-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı gömrük xidməti leytenantı X7 icraatında olan xx.xx.2024-cü il tarixli 3-33-1100/012/035858 nömrəli raportun araşdırma zərurəti ilə əlaqədar bu protokolu tərtib edirəm ondan ötrü ki, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli **********2869 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük ərazisinə gətırılməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsinin verilib-verilməməsını müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X2 Sistemi" informasiya resursuna baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu ki, xx.xx.2024-cü il tarixli **********2869 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal gömrük prosedurundan bəyan edilmiş mallar 77JE407/99YD407 nömrəli nəqliyyat vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 09:16-da Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilməmişdir Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsində geyd olunmuşdur ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məgsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmağla, mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük organlarına elektron formada gısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalg standartlar və ticarət təcrübəsi nəzərə alınmagla müvafig icra hakimiyyəti organı müəyyən edir. Bu səbəbdən xx.xx.2024-cü il tarixli **********8721 sorğu nömrəli gömrük bəyannaməsi ilə “dondurulmuş toyuğ ayağları” yükünü xx.xx.2024-cü il tarixli **********2869 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal gömrük proseduru altında bəyan edən Şəxs MMC həmin mallara dair gısa idxal bəyannaməsini elektron formada gömrük organına təgdim etməliydi. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ancag fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məgsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi hallarını istisna etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bu fakt xx.xx.2024-cü il tarixli 3-33-1100/012/035858 nömrəli raport, Gömrük Xidmətinin “X2 sistemi” informasiya resursuna baxış protokolu, izahat və işdə olan digər sənədlərlə tam və kifayət gədər təsdig olunur. Belə ki, İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, xx.xx.2024-cü il tarixli 3-33- 1100/012/035858 nömrəli raport, Gömrük Xidmətinin “X2 sistemi” informasiya resursuna baxış protokolu, izahat və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar