Məhkəmə qərarları › İş №3(004)-3300/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3300/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3300/2022 28.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs MMC Belarusiyadan idxal etdiyi malların müvəqqəti saxlanc müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, qeyd olunan tarixədək malları digər gömrük prosedurunda bəyan edərək rəsmiləşdirilməmiş və malların müvəqqəti saxlanc müddətini pozmuşdur. Belə ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Belarusiyadan 99BK222/99ZB222 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********4970 sorğu nömrəli xx.xx.2022-ci il tarixli Gömrük Bəyannaməsi əsasında xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş 4198 ədəd hər biri 500 mq olmaqla bioloji fəallığa malik olan “FARGOR FORTE” tablet yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, Şəxs MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəis müavini tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00100-1354/22 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. İşdə olan 01 iyul 2022-ci il tarixli barəsində icraat aparılan şəxsin izahatından görünür ki, ‘‘JALA PHARMA” MMC-nin adına Belarusiyadan bioloji fəallığa malik olan 4198 ədəd 500 mq olmaqla “FARGOR FORTE" tablet yükü daxil olmuşdur. Şəxs MMC-nin ünvanına daxil olan yüklər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1” publik hüquqi şəxsi ilk öncə mal nümunəsi olmadığı üçün bioloji fəallığa malik qida əlavəsinin idxalına razılıq verməmişdir. Buna görə də qeyd edilən yük 17 fevral 2022-ci il tarixdə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda **********4970 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Bundan sonra mala “İpək Yolu” gömrük postunda baxış keçirilmişdir. 17,02.2022-ci il tarixdə geyd olunan yükün Müvəggəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilməsi üçün Bakı Bas Gömrük idarəsinə müraciət edilmişdir. xx.xx.2022-ci il tarixdə mallar Bakı şəhəri Salyan şossesi, X2 6 saylı saxlanc anbarına yığılmışdır. Mallar anbara yığılan zaman Belarusiyadan bioloji fəallığa malik olan “FARGOR FORTE” tablet yükündən hər birində 20 list və hər listdə 20 ədəd olmağla ümumilikdə 5 gutu “FARGOR FORTE” nümunə kimi götürülmüş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” publik hügugı şəxsinə təqdım olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” publik hüquqi Şəxsi həmin mala dair rəy bildirmiş və həmin malın idxal olunmasına icazə qənaətinə gəlmişlər. Şirkətin balansında kifayət gədər vəsait olmadığı üçün həmin malları rəsmiləşdirə bilmirlər. Müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda olan mallar hal-hazırda Bakı şəhəri Salyan şossesi, X2 6 saylı saxlanc anbarında istifadə edilmədən olduğu kimi saxlanılır. Malların saxlanc müddətinin pozulmasının hüquqpozma olduğunu etiraf edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs MMC xx.xx.2022-ci il tarixli, 00100-1354/22 saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar