Məhkəmə qərarları › İş №3(004)-3304/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3304/2022

05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3304/2022 05.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14i Xidməti 2-ci ərazi X14 İdarəsinin nümayəndəsi X5, X1in vəkili X7 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci Ərazi DYNİ-nin DYNŞnin xx.xx.2022-ci il tarixli,MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Fövqəladə Hallar Nazirliyinin 2-ci Ərazi DYNİ-nin DYNŞ-nin xx.xx.2022-ci il tarixli,MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, obyektdə bütün yanğın əleyhinə kompleks tədbirlər ən effektiv şəkildə təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin 2ci Ərazi DYNİ-nin DYNŞ-nin əməkdaşı tərəfindən ünvan 1 ünvanında yerləşən “Sultan dönər” adlı obyektdə monitorinq keçirilən zaman obyektdə yanğın əlehinə siqnalizasiyasının (Qurğuların) olmaması əsası ilə guya ilkin olaraq 1814 nömrəli akt tərtib etmişlər. Daha sonra isə bu əsasla MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Qeyd olunan protokol və onun əsasında qəbul edilmiş MN ******* nömrəli 12 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Birincisi, protokolda göstərilir ki, Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanında yerləşən “Sultan dönər” adlı kafedə yoxlama zamanı Yanğın Təhlükəsizliyi haqqında 03-2002 nömrəli qaydanın 3.1-3.16.8-ci bəndlərinin pozuntusu aşkarlanmışdır. Qeyd olunan fakt xx.xx.2022-ci il tarixli, 1814 nömrəli aktla təsdiq olunur. Bu xüsusatla bağlı bildirir ki, kafedə yanğından mühafizə vasitələri texniki cəhətdən saz, işlək vəziyyətdədir. Şikayətə əlavə olunan fotoşəkillərdə də bunu görmək mümkündür. Buna baxmayaraq protokolda səlahiyyətli orqanın əməkdaşı YTQ-nın 3.1-3.16.8-ci bəndlərini yazmaqla kifayətlənmiş, törədilməsi ehtimal olunan inzibati xətanın mahiyyəti açıqlanmamış, ümumi sözlər və ifadələr işlədərək T.Hacıyeva tərəfindən AR İXM-nin 518.1-ci maddəsi ilə xətanın törədildiyi qeyd edilmişdir. Halbuki qeyd olunan protokoldan da görünür ki, əməkdaş tərəfindən vətəndaş T.Hacıyevaya hüquq və vəzifələrinin izah edilməsinə dair hər-hansı qeydə rast gəlinmir. Bundan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci Ərazi DYNİ tərəfindən xx.xx.2022-ci il tarixdə T. Hacıyevaya bildiriş ünvanlanmış və işin baxılmasında iştirak edilməsi üçün xx.xx.2022-ci il tarixə idarəyə dəvət edilmişdir. Qeyd olunan tarixdə onun nümayəndəsi idarəyə işin araşdırılmasında iştirak üçün getmişdir, idarədə olarkən əməkdaş ona artıq qərar qəbul olunduğunu, bununla belə obyektdə monitorinq zamanı obyektin icbari qaydada sığorta olunmadığından əməlində AR İXM-nin 469.1-ci maddəsində nəzərdə tutulan xətaya yol verildiyindən xx.xx.2022-ci il tarixdə protokol tərtib edildiyini və müvafiq qərarın qəbul ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci Ərazi DYNİ-nin DYNŞ- nin inspektoru Elməddin Abduləzimov tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Yasamal rayonu, Şərifzadə küçəsi 148-də yerləşən “Sultan Dönər” adlı obyektdə YTM zamanı Daşınmaz əmlakın icbari qaydada sığorta olunmaması aşkarlanmışdır. Qeyd olunan faktın isə xx.xx.2022-ci il tarixli 1814 nömrəli YTM aktı ilə təsdiqləndiyi göstərilmişdir. Qeyd edilməlidir ki, həmin aktla tanış olmaqlarına belə şərait yaradılmamışdır. Səlahiyyətli orqanın əməkdaşı E. Abduləzimov vətəndaş T.Hacıyevə tərəfindən AR İXM-nin 469.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokolu xx.xx.2022-ci il tarixdə tərtib etsədə, Hacıyevanın əməlində qeyd olunan xətanın olmasını isə xx.xx.2022ci il tarixdə (Protokol tərtib edildikdən iki gün sonra tərtib edilmiş aktla) tərtib edilmiş aktla sübuta yetirmişdir. Daşınmaz Əmlakın İcbari Sığortası haqqında BB seriyalı 656391 nömrəli xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, AZSığorta ASC tərəfindən X3 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sığorta edilmişdir. Yuxarıda sadalanan hallar özü-özülüyündə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci Ərazi DYNİ-nin vətəndaş T.Hacıyevaya qarşı qərəzli mövqedə olmalarını, qanuna zidd şəkildə və heç bir əsaslı sübut olmadan protokol tərtib etdiklərini və qərar qəbul etdiklərini sübut edir. Məhkəmə iclasında iştirak edən və protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14i Xidməti 2-ci ərazi X14 İdarəsinin nümayəndəsi X10 şikayətlə razılaşmayaraq bildirmişdir ki, Yasamal rayonu Şərifzadə 148 ünvanında yerləşən “Sultan dönər” adlı kafedə yanğın təhlükəsizlik qaydaları pozulmuşdur. Yoxlama keçirilən vaxt həmin yerdə zəruri avadanlıqlar olmamışdır. Bu fakt üzrə “Sultan dönər” adlı obyektin yanğına qarşı cavabdeh şəxsi X8 barəsində 12 may 2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14i Xidməti 2-ci ərazi X14 İdarəsinin 12 may 2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1ın vəkili X11 şikayəti müdafiə edərək, qeyd edilən obyektin icarə əsasında işlədildiyini, belə olan halda yanğın təhlükəzislik qaydalarının təmini mülkiyyətçinin vəzifəsini olduğunu qeyd edərək, Tərgül Hacıyeva tərəfindən heç bir nöqsanın olmadığını və ona görədə şikayətin təmin edilərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14i Xidməti 2-ci ərazi X14 İdarəsinin 12 may 2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 28 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yasamal rayonu Şərifzadə 148 ünvanında yerləşən “Sultan dönər” adlı kafedə YTM zamanı YTQ N 03-2002 bənd 3.1-3.16.8 pozuntusu aşkar olunmuşdur. Bu fakt xx.xx.2022-ci il tarixli 1814 nömrəli YTQ aktı ilə təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14i Xidməti 2-ci ərazi X14 İdarəsi tərəfindən tərtib edilmiş 12 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Sultan dönər” adlı obyektin yanğına qarşı cavabdeh şəxsi X8 Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “Sultan dönər” adlı obyektdə yanğın-texniki müayinə keçirən zaman zəruri avadanlıqlar (yanğın xəbərcisi siqnalizasiya qurğuları və s.) aşkar olmadığından “Sultan dönər” adlı obyektin yanğına qarşı cavabdeh şəxsi X8 barəsində 12 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 12 may 2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X4 müdafiəçisi, yanğın təhlükəsizliyinə dair öhdəliyin mülkiyyətçinin daşıdığını göstərsədə bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Sultan dönər” adlı obyektin yanğına qarşı cavabdeh şəxsi X8 üzərinə düşən vəzifələri lazımınca icra etməmiş və barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14i Xidməti 2-ci ərazi X14 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14i Xidməti 2-ci ərazi X14 İdarəsinin 12 may 2022-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan “Sultan dönər” adlı obyektin yanğına qarşı cavabdeh şəxsi X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14i Xidməti 2-ci ərazi X14 İdarəsinin 12 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar