Məhkəmə qərarları › İş №3(004)-3307/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3307/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3307/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1381/22 nömrəli 06 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "X3" MMC-nin (VÖEN: **********) ünvanına 31AFG380/31AYA18 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş və **********9094 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, "X3" MMCnin ünvanına xx.xx.2022-ci il tarixdə 31AFG380/31AYA18 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********3962 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilmədən əvvəl gömrük organına təgdim edilmiş, lakin həmin gısa idxal bəyannaməsinin 21-ci grafasında nəgliyyat vasitəsinin nömrəsi 31AHL768/31FJ226 geyd edildiyi halda **********9094 sorğu nömrəli GB-nin 18-ci grafasında isə nəgliyyat vasitəsinin nömrəsi 31AFG380/31AYA18 kimi göstərilmiş və bununla da uyğunsuzlug yaranmışdır. Belə ki, Bakı Baş Gömrük idarəsinin “Xocəsən” gömrük postundan daxil olmuş 34/025/012824 nömrəli, xx.xx.2022-ci il tarixli raporta əsasən "X3" MMC tərəfindən mallar və nəgliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəgliyyat vasitələrinin aparılması barədə gömrük organına təhrif olunmuş məlumatlar verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 rəisi Vüsal Nuriyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, "X3" MMC-nin (VÖEN: **********) ünvanına 31AFG380/31AYA18 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş və **********9094 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Əməliyyat və Təhqiqat İdarəsinin rəis müavini Turan Hümbətov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük idarəsinin “Xocəsən” gömrük postundan daxil olmuş 34/025/012824 nömrəli, xx.xx.2022-ci il tarixli raporta əsasən "X3" MMC-nin (VÖEN: **********) ünvanına 31AFG380/31AYA18 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş və **********9094 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı "X3" MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, qısa idxal bəyannaməsini hazırlayan zaman yükləri daşıyan nəqliyyat vasitəsinə dair CMR sənədində həmin nəqliyyat vasitəsinin nömrəsi 31AHL768/31FJ226 kimi olduğundan, həmin sənədə uyğun olaraq **********3962 sorğu nömrəli qısa idxal bəyannaməsində də nəqliyyat vasitəsinin nömrəsi elə qeyd olunmuşdur. Sadəcə olaraq sərhədi keçməzdən əvvəl 31AHL768/31FJ226 nömrəli nəqliyyat vasitəsi dəyişdirilmişdir, bu barədə şirkətə məlumat verilməmişdir. Yüklər Ukraynadan gəldiyi üçün ölkədə olan müharibə şəraiti səbəbindən nə nəqliyyat şirkəti, nə də yükləri göndərən şirkət ilə mütəmadi olaraq əlaqə saxlanılması mümkün olmamışdır. Nəticədə nəqliyyat vasitələrinin nömrələri fərqli olduğundan **********3962 sorğu nömrəli qısa idxal bəyannaməsininin arxivləşdirilməsi mümkün olmamışdır. Lakin bildirmişdir ki, digər bütün sənədlər hamısı gömrük orqanına həm qısa idxal bəyannaməsində, həm də gömrük bəyannaməsində düzgün təqdim olunmuşdur. Qeyd olunan halların nəzərə alınmasını xahiş etmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, "X3" MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə 31AFG380/31AYA18 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********3962 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilmədən əvvəl gömrük orqanına təqdim edilmiş, lakin həmin qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 31AHL768/31FJ226 qeyd edildiyi halda **********9094 sorğu nömrəli GB-nin 18-ci qrafasında isə nəqliyyat vasitəsinin nömrəsi 31AFG380/31AYA18 kimi göstərilmiş və bununla da uyğunsuzluq yaranmışdır. xx.xx.2022-ci il tarixli **********3962 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, 21-ci qrafada sərhəddən keçən nəqliyyat vasitəsinin nömrəsi 31AHL768/31FJ226 qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli **********9094 nömrəli gömrük bəyannaməsindən görünür ki, 18-ci qrafada göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin nömrəsi 31AFG380/31AYA18 qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar