Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3308/2022 05.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 vəkili X4, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi X9 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi X9 Xidmətinin 12 may 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X6 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi X9 Xidmətinin rəisi X2 12 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, faktın xx.xx.2022-ci il tarixli 1814 nömrəli YTM aktı ilə təsdiqləndiyi göstərilmişdir. Həmin aktla tanış olmaqlarına belə şərait yaradılmamışdır. Səlahiyyətli orqanın əməkdaşı E. Abduləzimov vətəndaş T.Hacıyeva tərəfindən AR İXM-nin 469.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokolu xx.xx.2022-ci il tarixdə tərtib etsədə, Hacıyevanın əməlində qeyd olunan xətanın olmasını isə xx.xx.2022-ci il tarixdə (Protokol tərtib edildikdən iki gün sonra tərtib edilmiş aktla) tərtib edilmiş aktla sübuta yetirmişdir. Daşınmaz Əmlakın İcbari Sığortası haqqında BB seriyalı 656391 nömrəli xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, AZSığorta ASC tərəfindən X3 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sığorta edilmişdir. (Şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir). Odur ki, qeyd olunan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə baxışı zamanı şikayət vermiş X1 vəkili X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və müvafiq inzibati qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X8 bildirmişdir ki, qərarın qanuni olmasını bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXMnin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın İcbari Sığortası haqqında BB seriyalı 656391 nömrəli xx.xx.2022-ci il tarixli şəhadətnaməsindən görünür ki, AZSığorta ASC tərəfindən X3 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sığorta edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, AZSığorta ASC tərəfindən X3 məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi sığorta edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinin tələbinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 əməlində inzibati xətanın tərkibi müəyyən olunmadığından onun barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi X9 Xidmətinin rəisi X2 12 may 2022ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti tərəfindən qəbul edilən MN ******* saylı, 12 may 2022-ci il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3308/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3308/2022
05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver