Məhkəmə qərarları › İş №3(004)-3309/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3309/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3309/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X1 İdarəsinin (BMCMİ) əməliyyat müvəkkili X5, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə İmişli rayonu Cəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu Cəfərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 25A, mənzil 46-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BMCMİ-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin BMCMİ-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan görünür ki,Şəxs xx.xx.2020-ci il tarixdə X6 həyat yoldaşı X3 işə düzəltmək adı ilə aldadaraq R.Musayevdən 500 manat pulu alıb ələ keçirərək talamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, 2016-2018-ci illərdə N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət etmiş və hərbi qulluqçu (Maxe) olmuşdur. Daha sonra həmin iş yerindən uzaqlaşmış və “YouTube” sosial şəbəkəsinə videolar yerləşdirmək, onlara baxış sayını artırmaq, trenddə saxlamaq kimi fəaliyyətlə məşğul olmuş, əsasən musiqiçilərlə əlaqəli işləmişdir. Təxminən 2-3 ay əvvəl Ramin Musayev adlı şəxs ona zəng edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyində general Rasim Babayevi tanıyıb-tanımamasını soruşmuş, o, isə həmyerlisi olmasını bildirmişdir. Bundan sonra Ramin Musayev ona bildirmişdir ki, həyat yoldaşını Hərbi Hospitala işə düzəltmək istəyir, lakin həkim komissiyasından keçmək artıq xərc tələb etdiyindən bu işdə ona köməklik etməsini xahiş etmişdir. Həmin vaxt maddi vəziyyəti ağır olduğu üçün və pula ehtiyacı olduğundan zərərçəkmiş şəxs Ramin Musayevə sənədləri yığmasını və bu işin həlli üçün 500 manat pul verməsini söyləmişdir. Lakin özünü Rasim Babayevin qohumu kimi təqdim etməmişdir. Əldə etdiyi pulun 300 manatını həkimə verəcəyini, 200 manatının isə onda qalacağını, pulları isə sənədlərlə birlikdə ona “Lider” Televiziya kanalının yaxınlığında yerləşən hərbi hissədə qapıda dayanan şəxs vasitəsilə çatdırmasını bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, pulları sənədin arasına qoysun. Ramin Musayev onun dediyi kimi pulları sənədlərlə birlikdə N saylı hərbi hissədə qapıda dayanan şəxsə çatdırmış, o isə həmin şəxsdən pulları sənədlərlə birlikdə təhvil alıb öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra Ramin Musayev ondan verilmiş pulu tələb etməsinə baxmayaraq maddi imkanı olmadığından geri qaytara bilməmişdir. Şəxs həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin yanında “general” sözü işlətməmiş və zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Sonda Şəxs əməlindən peşman olduğunu, pula ehtiyacı olduğundan bu əməli törətdiyini və göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X9 izahatında göstərmişdir ki, o, 2020-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 1”in 4-cü binasında yaşayır. Yaşadığı binanın üzərinə vurulmuş iş elanında ali savadlı qadınların işə qəbul edildiyi yazısını görmüş və elanda əlaqə telefonu kimi yazılmış ***-***-**-** nömrəsinə zəng etmişdir. Telefona cavab verən şəxs özünü Şəxs kimi təqdim edərək onu Müdafiə Nazirliyinin Səfərbərlik Baş İdarəsinin rəisi, generalmayor Rasim Babayevlə görüşdürəcəyini bildirmişdir. O, həmin şəxsə inanaraq həyat yoldaşı Xəyalə Musayevanın işə düzəlməsi üçün lazım olan sənədləri toplayıb Şəxs göstərişi ilə 500 manat “Lider” TV-nin qarşısında yerləşən Müdafiə Nazirliyinin Hərbi Akademiyasının nəzarət buraxılış məntəqəsində qoyub oradan uzaqlaşmışdır. Şəxs onu əmin etmişdir ki, bu işlə şəxsən general-mayor Rasim Babayev özü məşğul olur. Həmin gün axşam saatlarında o, Şəxslə əlaqə saxladıqda sonuncu ona sənədlərin R.Babayevə çatdırıldığını bildirmişdir. Lakin bir müddət sonra o, dəfələrlə əlaqə saxlasa da Şəxs onunla görüşməkdən yayınmış, ona generalın qohumunun şəhid olduğunu, bununla əlaqədar qarışıqlıq yarandığını, hətta bu faktı “Youtube” sosial şəbəkəsinə girib dəqiqləşdirə biləcəyini demişdir. O, qeyd olunan məlumatı yoxlamaq üçün internetdə axtarış vermiş, lakin bu barədə hər hansı rəsmi və ya qeyri-rəsmi məlumata rast gəlməmişdir. Bundan sonra Elməddin ona Qusarda olduğunu, qayıdanda məsələni həll edəcəyini, daha sonra isə Gəncədə təlimdə olduğunu, narahat olmamasını, hər şeyin yaxşı olacağını bildirib yalan vədlər vermişdir. İşin həll olmadığını gördükdə o, Rasim Babayevin qəbuluna getmiş, həmin şəxs göstərilənlərin yalan olduğunu təsdiqləmiş, yalnız bundan sonra Şəxs onu aldatdığını anlamışdır. Zərərçəkmiş şəxs Ramin Musayev barəsində protokol tərtib edilmiş Şəxs “general” adından istifadə edib onu aldatdığını, ona dəymiş ziyanın hazıradək ödənilməməsini, bundan sonrakı dövrdə zərər ödənilsə də belə onun əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq barışmaq niyyətinin olmamasını qeyd edib məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan xətanı törətməsi onun özünün etirafedici ifadəsi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, X9 Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə ərizə ilə müraciət edib həyat yoldaşı X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinə işə qəbul olunmasına köməklik göstərilməsi məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs 500 manat pul verdiyini, lakin Şəxs vədinə əməl etməyərək pulunu ələ keçirməklə dələduzluq etdiyini bildirmişdir. Müraciət əsasında Baş X1 İdarəsinin İstintaq və təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Babək Haqverdiyev tərəfindən aparılan araşdırma nəticəsində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan qərarın surəti onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib edən şəxsin, iş materiallarını, iş materiallarına əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi iş materialları əsasında, həmçinin onun özünün səmimi etirafı ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyasına və qeyd hissəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə, 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəb və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək, Şəxs məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən saat 15:32-dən hesablanmalıdır. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, Şəxs inzibati qaydada tutulmamış və ona görə də inzibati həbsetmənin əvvəli, o, məhkəməyə gətirildiyi vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 15:32-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar