Məhkəmə qərarları › İş №3(004)-3309/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3309/2022

12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3309/2022 12.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 1B, məhəllə 2316, mənzil 25 olan və ünvan 2 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət - plastik cərrahiyə, rentgenoloji iş və fəaliyyət - vizioqraf, laboratoriya kart test və sertifikatsız tibbi fəaliyyəti aşkar edilmişdir. Həmçinin sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılmışdır. Bununla da həmin hüquqi şəxs, İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, MN №0264274 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X6 bildirmişdir ki, Şəxs MMC-də lisenziyadan kənar fəaliyyət aşkar edilmişdir, həmçinin həmin MMC-də sertifikasiyadan keçməmiş işçilərin tibbi fəaliyyətə cəlb edilmişdir. Bu faktı bitt müəssisəsində tərtib edilmiş aktla təsdiq edilmiş, həmçinin işçilərin siyahısından da müəyyən edilmişdir. Buna görə də protokol tərtib edib məhkəməyə təqdim edilmişdir. bu səbəbdən də inzibati tənbeh tətbiq edilməsini xahiş etdilər. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 3/4 saylı, 05 iyul 2022-ci il tarixli plandankənar (növbədənkənar) yoxlama AKTına əsasən müəssisədə ambulator tibbi xidmətə aid ixtisas növləri üzrə görülən işlərdən terapevtik, endroxronoloji, nevropotoloji və psixiatrik cari olaraq tibbi praktiki fəaliyyəti aşkar edilmədi. Müəssisədə hazırda dermatoloji, kosmetoloji, fizioterapevtik, terapevtik, stomotoloji və cərrahi-stomotoloji işlər üzrə tibbi praktiki fəaliyyət mövcuddur. Müəssisədə tibbi sənədləşmələr və hesabatlar aparılmır. Klinikada çalışan tibb işçilərinin müayinə (dövrü tibbi müayinə) kartlarının olmadığı bildirildi. Müəssisənin sterilizasiya sahəsində sterilizasiya işləri qaydalara uyğun aparılmır, steril hazır paketlər təzələnmir, dezinfeksiya-sterilizasiya tədbirlərinin təşkilinə və keçirilməsinə qoyulan tələblərə riayət olunmur. Müəssisədə tələbi zəruri olan otaqlar üzrə bakterisid lampalar mövcud deyil. Müəssisənin tibbi-təyinatlı otaqları üzrə ilkin tibbi yardım dolabları təşkil edilməyib. Tibbi tullantıların idarə olunmasına dair tələblərə riayət olunmur. Müəssisədə lisenziya veriləndən sonra yenidənqurma işləri aparılmışdır. Klinikada tibbi fəaliyyət üçün istifadə olunan avadanlıqların normativ-texniki tələblərə uyğunluğu haqqında (standartlaşma) təsdiqedici sənədlər yoxdur. Müəssisədə çalışan işçilərin əksəriyyəti sertifikasiyadan keçmədən, eyni zamanda da bəzi işçilərin tibbi diplomu olmadan, bəzi işçilərin isə diplom üzrə ixtisasına uyğun olmadan özəl tibbi praktiki fəaliyyətlə məşğul olması faktı aşkar edildi. Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyət: plastik cərrahiyyə, rengenoloji (vizioqraf) və laborator vəsaitlər (kart testlər) aşkar edildi. Həmin aktda MMC-nin rəhbəri X1 izahatı bölməsində qeyd etmişdir ki, deyilən nöqsanlarla razıdır, qısa müddət ərzində rentgen və KT müayinəsinin həyata keçirilməsi üçün lisenziya alınması üçün müraciət edəcəklər. Qeyd olunan xidmətlərin lisenziyadan kənar fəaliyyət olduğunu bilməmişdir. Bu barədə R.Yusubov imzası ilə təsdiq etmişdir. Həmçinin iş materiallarına əsasən X10, X2, X8, X5 ilə həmin MMC aratsında praktik tibbi fəaliyyətlə məşğul olmaq barədə əmək müqaviləsi bağlanmışdır. Lakin həmin şəxslər sertifikasiyadan keçməmişlər. Bu barədə sənəd mövcud olmamışdır. İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, kompyuter tomoqrafiyası, rentgenoloji müayinə xidmətinin lisenziya əsasında həyata keçirildiyini bilməmək, şəxsi inzibati məsuliyyətdən azad etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olduğu təqdirdə MMC-nin təqsirli bilindiyi maddələrin sanksiyasında daha ciddi tənbeh kimi 8000 manat cərimə nəzərdə tutulduğundan, həmin məbləğdə inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinərək, 8000 manat (səkkiz min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar