Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3309/2025 21.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Masallı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Masallı rayonu, Təklə ə/d, Sığıncaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə 21 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 21 may 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da Ə.Haqverdiyev 7 ünvanının qarşısında ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbini pozaraq tabesizlik göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsinin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da Ə.Haqverdiyev 7 ünvanının qarşısında yüksək səslə qışqıraraq nalayiq ifadələr işlətdiyini görmüş və ona yaxınlaşaraq özünü təqdim etməsini və nalayiq sözlər işlətməməsini bildirmiş, lakin Şəxs özünü təqdim etməmiş, telefonda danışaraq nalayiq sözlər işlətməyə dəvam etmiş və həmçinin bölməyə şəxsiyyətinin müəyyən edilməsi üçün dəvət edildikdə polisin qanuni tələblərinə tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, dünən əmisi oğlunun işlədiyi yerə getmiş, onu orada görməmiş, sonra mülki geyimdə bir nəfər ona yaxınlaşmış, həmin şəxs əməliyyatçı idi. Onun ad-soyadını götürmüş, adını sistemə vurmuş və ona demişdir ki, o, onlara lazım deyil. Daha sonra əməliyyatçı ona oradan uzaqlaşmasını bildirmişdir. O, narahat olmuş, obyektin qabağına gələrək görmüşdür ki, içəridə əmisi oğlu və 3 polis əməkdaşı vardır, çöldə də əməliyyatçılar olmuşdur. Obyektə yaxınlaşan zaman əməliyyatçılar ona icazə verməmiş, uzaqlaşmasını bildirmişlər. O, soruşmuşdur ki, əmisi oğluna nə olub, onlar da deyib ki, sonra biləcəksən. Sonradan arkanın altında mobil telefonla danışarkən ona 4 nəfər polis əməkdaşı yaxınlaşaraq demişlər ki, onlarla birlikdə idarəyə getməlidir. Telefonunu alıb qolundan tutaraq maşına otuzdurmuşlar. Göstərilənləri nəzərə alaraq iş icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 21 may 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da Ə.Haqverdiyev 7 ünvanının qarşısında ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbini pozaraq tabesizlik göstərmişdir. “İnzibati qaydada tutma haqqında” 20 may 2025-ci il tarixli, AZ 013878 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:45-də tutulmuşdur. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, raportun məzmunu “xx.xx.2025-cı il tarixdə xidmətdə olan zaman saat 19:00 radələrində Ə.Haqverdiyev küçəsi 7 ünvanın qarşısında 1 nəfər şəxsin ucadan telefonla danışaraq nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özümü təqdim etdim. Həmin şəxsdən özünü təqdim etməsini və etdiyi hərəkətə son qoymasını bildirdim. Lakin həmin şəxs özünü təqdim etməkdən yayınıb, polisin qanuni tələbinə məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirdi. Mən həmin şəxsi PŞ-nə dəvət etdim. PŞ-də məlum oldu ki, həmin şəxs xx.xx.1981 -ci ıl təvəllüdlü Şəxsdur. Odur ki, yuxarıda göstərilən şəxs barəsində qanuni göstəriş verməyinizi Sizdən xahiş edirəm” şəklində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş polis əməkdaşının izahatı və barəsində icraat aparılan şəxsin izahı əsasında müəyyən edilmişdir ki, 20 may 2025-ci il tarixdə saat 19:00 radələrində ünvan 1 ünvanının qarşısında Şəxs ictimai yerdə nalayiq ifadələr işlətmiş və bu hərəkəti ilə ətrafdakıların normal rahatlığını və ictimai asayişi pozmuşdur. Hadisə yerində xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etməsini və nalayiq sözlərə son qoymasını tələb etdikdə, Şəxs bu qanuni tələblərə tabe olmamış, polis əməkdaşının şəxsiyyətini müəyyən etmək məqsədilə onu bölməyə dəvət etməsinə baxmayaraq, tabesizlik göstərmişdir. Məhkəmədə izahat verən polis əməkdaşının ifadəsi ardıcıl, dəqiq və daxili ziddiyyətsizlik olmadan təqdim edilmiş, protokolun məzmununu tam şəkildə təsdiqləmişdir. Barəsində inzibati icraat aparılan şəxs izahatında hadisənin mahiyyətini dəyişdirməyə çalışmış, lakin öz etiraflarında polis əməkdaşları ilə qarşılıqlı təmasda olduğunu və bölməyə aparıldığını təsdiq etmişdir. Təqsirləndirilən şəxsin izahları bu xüsusda ümumi və əsaslandırılmamış xarakter daşıdığından, xətanın baş vermədiyini sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün izahatı, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, Şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Həmçinin, məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır (İXM 33.1.1). Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmadığını və ağırlaşdıran halın olduğunu nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 20 may 2025-ci il tarixdən, saat 19:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsi ilə barəsində 25 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 may 2025-ci il tarixdən, saat 19:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3309/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3309/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver