Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-331/2022 12.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Bakı Nəqliyyat Agentliyinin 25.03.2021-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin 25.03.2021-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli qərardadına əsasən, X1 Bakı Nəqliyyat Agentliyinin 25.03.2021-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 Bakı Nəqliyyat Agentliyinin 25.03.2021-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərar iş materiallarına əlavə edilmədiyindən, məhkəmə mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərarın mövcudluğunu müəyyən edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyinin 25.03.2021-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci maddələrinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə izah edir ki, gələcəkdə məhkəməyə müraciət ediləcəyi halda şikayət edilən qərarın və digər sənədlərin işə əlavə olunması, habelə müddət ötürüldüyü təqdirdə müddətin bərpası barədə ərizə ilə müraciət edilməsi zəruridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ım: X1 Bakı Nəqliyyat Agentliyinin 25.03.2021-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-331/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-331/2022
12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver