Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3314/2022 28.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin 2-ci ərazi X11 idarəsinin X11 şöbəsinin inspektoru daxili xidmət leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs QSC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Şəxs QSC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin 2-ci ərazi X11 idarəsi Şəxs QSC -nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs QSC-ə məxsus obyektdə Yanğın təhlükəsizliyi müayinəsi zamanı Yanğın Təhlükəsizlik qaydalarının 01-2001 bənd 5.2 pozuduğu müəyyən olunmuşdur. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin 2-ci ərazi X11 idarəsinin X11 şöbəsinin inspektoru daxili xidmət leytenantı X4 protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Azza QSC-nin səlahiyyətli nümayəndəsi X6 etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin inspektoru X4 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış, AZZA QSC-yə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-cü ərazi X11 İdarəsinin inspektoru vəzifəsində işləyən X4 tərəfindən AZZA Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən mağazasının fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokol düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin inspektoru vəzifəsində işləyən X5 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən yanğın texniki müayinə zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin heç bir konkret halları müəyyən edilmədiyi halda inspektor X5 AZZA Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokolda inzibat xətanın mahiyyətini göstərə bilməmiş, protokolun tərtibinə qanuni don geyindirmək məqsədi ilə “inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti” hissəsinə “xx.xx.2022-ci il tarixində ünvan 4 ünvanında yerləşən Şəxs QSC-yə məxsus mağazada YTM zamanı YTQ-nin 01.2001 bənd 5.2 pozulduğu müəyyən edildi” məzmunu anlaşılmayan ifadələri və rəqəmləri protokola daxil etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti,həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələnin izahı Şəxs QSC-yə göndərilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin inspektoru vəzifəsində işləyən X5 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 5 ünvanında yerləşən mağazasında plan üzrə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməmiş, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüqquq və vəzifələri haqqında məlumat verməmiş, iki nüsxədə yoxlama aktı tərtib etməmiş, yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmiş, sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılmaqla, bundan sonra yoxlama aktının müvafiq surətinin alınmasını təsdiq edən istənilən vasitə ilə yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində sahibkara göndərilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə edilmiş xx.xx.2022- ci il tarixli KY221750001 nömrəli çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Şəxs QSC-nin ünvan 5 ünvanında yerləşən mağazasında “X11 üzrə” planlı yoxlamanın aparılması nəzərdə tutulmuşdur. İş materiallarında olan “Yanğın-texniki müayinənin aparılması haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin xx.xx.2022-ci il tarixli 2912 saylı qərardadından görünür ki, Şəxs QSC-nin müvafiq obyektində plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır, müayinə suallarının nömrələri qeyd edilməklə yoxlayıcılar qismində X3 və X7 müəyyən edilmişdirlər. İş materiallarına olavə edilmiş yoxlama suallarının siayhısından görünür ki, həyata keçirilmiş yoxlama zamanı sahibkarlıq fəaliyyətinə dair altı məcburu tələbə riayyət edilməsi vəziyyəti yoxlanılmışdır və onlardan beş tələbin yerinə yetirilməsi müəyyən edildiyi halda bir tələb üzrə yəni “Təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyətilə bağlı olan tləblərin (YTQ 01-2001 bənd 5.1-5.6) yerinə yetirilməməsi halı aşkar edilmişdir. Belə ki, ticarət obyektində quraşdırılan qapılar yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq içəriyə doğru açıldığı müəyyən olunmuşdur. İş materiallarında olan yoxlama zamanı çəkilmiş foto şəkildən görünür ki, yoxlama aparılan sahibkarlıq subyektinin yerləşdiyi obyektdə mövcud olan (quraşdırılan) qapıları YTQ-na zidd olaraq quraşdırılıb və təxliyyə qapısının qarşısında müəyyən əşya qoyulması müyyən edilir. Məhkəmə, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yanğın-texniki müayinə aktı, inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs QSC -yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən yanğın nəzarəti yanğın təhlükəsizliyi sahəsində norma standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin xüsusi növüdür. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanununa əsasənAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X11nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs QSC -nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40; 43; 48-50; 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3314/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3314/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver