Məhkəmə qərarları › İş №3(004)-3316/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3316/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3316/2022 28.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi X1, AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinin adından X3 iştirakları ilə, Barəsində X8 iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, bu protokolun tərtib olunmasına etiraz etsə də, heç bir qayda pozmadığını bildirsə də, inspektor razılaşmamış, sübut olaraq heç bir video görüntünün mövcud olmadığına baxmayaraq, barəsində inzibati protokol tərtib etmişdir. Hər iki sənəddə (qərar və protokolda) qeyd edilən nişanlanma xətti sürücülər tərəfindən aydın şəkildə nəzərə çarpılmır. Bununla yanaşı qərarda qeyd edilən manevri qadağan edən hər hansı yol nişanı yoxdur. Həmçinin bu halı özlüyündə tam aydın şəkildə bilən Bakı şəhəri DYPİ YPX əməkdaşlar növbə ilə, sürüclərin bu çaşqınlığından İnzibati xətanın törədilməsini əsas gətirərək protokol tərtib etməkdədirlər. Barəsində İXP ******* saylı 21 iyun 2022-ci il tarixli X8 Protokol tərtib edildikdən sonra araşdırma edərkən ona müəyyən olundu ki, inzibati xətanın məkanı tək onun üçün yox bir çox sürücülər tərəfindən çaşqınlıq obyekti olmaqla Bakı şəhəri DYPİ YPX əməkdaşları üçün protokol və ya qərar mənbəyidir. Qeyd etdiklərinə əsas olaraq, Bakı şəhər Yasamal rayon Məhkəməsinin icraatındakı inzibati işləri misal gətirə bilər. Protokolu qanunsuz və əsassız hesab etdiyindən iradını bildirməklə yanaşı protokola imza etməkdən imtina etmişdir. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə 12 aprel 2019-cu ildə Bakı şəhəri DYPİ-də baxılsa da, onlayn müraciətlə etdiyi əsaslandırmasına heç bir qanuni əsas göstərmədən, heç bir video görüntü izlənilməsi aparılmadan, törətmiş olduğu inzibati xətanı sübuta yetirmədən, ən əsası inzibati araşdırma prosesində iştirakını təmin etmədən barəsində tərtib olunmuş protokolun əsaslı olması və "İnzibati Xətalar Məcəlləsinin” 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. İştirak etməməsinin səbəbi ona dəvət məktubunun həmin gün yəni 12 aprel tarixində çatdırılması, onun isə bu məktubu həmin iş günü bitdikdən sonra evə gəldiyində aşkar etməsi olub. Bir neçə gün sonra onun yenidən şəxsi təşəbbüsü nəticəsində polisə dəvət alsa da, bu formal xarakter daşıyıb, təqdim olunan video görüntüdə törədilmiş xətaya dair heç bir fakt aşkarlanmadan, protokol ləğv edilməmiş, qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında X4 ərizədə qeyd etdiklərini bir daha təsdiq edərək, Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022 ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Belə ki, onun tərəfindən hər hansi bir inzibati xəta hadisəsi törədilməmişdir. Məhkəmə iclasında AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinin adından X5 bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. X4 İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuş, həmin faktının videosu qeydə alınmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022 ci il tarixli TP ******* saylı qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 16:31 radələrində mülki etibarnamə ilə idarə etdiyi "TOYOTA CAMRY" minik markalı **-SK-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı Tbilisi prospekti,Ş.Mehdiyev küçəsində 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozmasına görə barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki,xx.xx.2022-ci -ci il tarixdə, saat 16:31 radələrində idarə etdiyi "TOYOTA CAMRY" minik markalı **-SK-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı Tbilisi prospekti,Ş.Mehdiyev küçəsində 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozması öz təsdiqini tapmışdır. Qeyd edilən hal eyni zamanda iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Yol nəqliyyat hadisəsinin sxemin”dən də görünür. Halbu ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V hissəsinə imperativ qaydada qeyd edilmişdir ki, “svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2022-ci -ci il tarixdə, saat 16:31 radələrində Bakı Tbilisi prospekti,Ş.Mehdiyev küçəsində 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin X8 xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və X8 iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində X8 iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar