Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-332/2021 29.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən İXP ******* saylı protokola Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Abdulvahab Salamzadə küçəsi ilə hərəkətdə olarkən YPX inspektoru yoxlanış keçirməsi üçün hərəkətdə olduqları avtomobili saxlamış və Bakı şəhəri Yasamal rayonu DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X7 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun Epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması halına yol verdiyi qeyd olunmuş və İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, Qəbələ rayonundan Bakı şəhərinə həkim göndərişi ilə gəldiyini və göndərişi təqdim etməmə rəğmən inspektor razılaşmamış və protokol tərtib etmişdir. Hörmətli məhkəmə heyəti, onun etirazı, haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, o, uzun illərdir ağır şəkər xəstəsi və buna görə də İİ qrup əlildir. Qəbələ rayonundan Bakı şəhərinə də ağır şəkərli diabet diaqnozu ilə hər iki ayağın barmaqlarının qanqrena olması ilə bağlı rəsmi möhürlü həkim göndərişi ilə gəlmişdir. Göründüyü kimi 211.1-ci maddənin tələbləri pozulmuş deyildir. Çünki o, Qəbələ rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə birbaşa Bakı şəhəri Topçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzinə gətirilmişdir. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2021-ci il tarixdə saat 11:32 dəqiqədə Bakı şəhəri, A.Salamzadə küçəsi, məhəllə 593 ünvanında ölkə ərazisində müəyyən edilmiş rejim qaydalarını pozduğuna görə (SMS icazə olmadan yaşayış yerini tərk etdiyinə görə) İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərar İXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Bakı şəhəri Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə ünvanlanmış elektrokardioqrafiya 26 saylı, xx.xx.2021-ci il tarixli göndərişinə əsasən 1989-cu il təvəllüdlü X5 müayinə və müalicə üçün göndərilir. Diaqnoz: şəkər diabet, birinci tip, insulindən asılı vəziyyət, hər iki aşağı ətrafların diabetik angiopatiyası, hər iki ayağın baş barmağının diabetik qanqrenası. İş materiallarında olan tibbi sənədlərə əsasən X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində elektrokartioqrafiya, koaqulometriya, viruslu hepatitlər və infeksiyalar, qanın ümumi analizi, aşağı və yuxarı ətrafların venoz (arterial) sisteminin dupleks skanlaşdırılması və doppleroqrafiyası anazlərini vermişdir. Bununla da X5 tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişinə əsasən Qəbələ rayonundan Bakı şəhərinə gəlmiş və xx.xx.2021-ci l tarixdə göndəriş aldığı tibb müəssisəsində müayinə və müalicədə olmuşdur. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8.12.2020-ci il tarixli qərarının 2.7-ci bəndinə əsasən həmin Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); Bununla da şəxs xx.xx.2021-ci il tarixdə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır və təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 211.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin İXP3712249 saylı inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-332/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-332/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver