Məhkəmə qərarları › İş №3(004)-3320/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3320/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3320/2021 08.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1995-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X9 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 06.12.2021-ci il tarixdə vətəndaş Şəxs vətəndaş Gülşən Hüseynliyə qarşı nalayiq ifadələr işlədərək İXM-nin 510-cu maddəsinin və polis əməkdaşlarına tabesizlik göstərərək İXMnin 535-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 06.12.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində idarə etdiyi “Kia” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən vətəndaş X3 avtomobilinin yanında saxlamış onu öz ifadə və əl hərəkətləri ilə narahat etmişdir. Şəxs bu hərəkətlərinə G.Hüseynli tərəfindən etiraz edildikdə Şəxs onu nalayiq ifadələrlə təhqir etmiş bununlada ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Gülşən Hüseynli 29-cu polis şöbəsinə ərizə ilə müraciət etmiş, bundan sonra Şəxs tapılaraq izahtının alınması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman o özünü təqdim etməkdən imtina etmiş, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməmiş və oradan qaçmağa çalışaraq polis əməkdaşlarının qanuni tələbini yerinə yetirməkdən boyun qaçırmaqla tabesizlik göstərmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə qismən təqsirli bilərək izahatında göstərdi ki, o taksi fəaliyyəti ilə məşğuldur. 06.12.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində idarə etdiyi “Kia” markalı **-OF- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıqforun qırmızı işığında dayanan zaman sol tərəfində bir maşın dayanmışdır. Həmin avtomobilin salonunda əyləşmiş sərnişinlərdən biri ona bildirmişdir ki, sol tərəfində dayanmış avtomobilin sürücüsü ona nəsə demək istəyir. Həmin sürücünün yol soruşduğunu düşünərək avtomobilin şüşəsi endirmiş və ona necə kömək edə biləcəyini soruşmuşdur. Həmin sürücü isə ona aqressiv cavab vermiş və bu səbədəndə o heç nə deməyərək oradan uzaqlaşmışdır. Bir az hərəkət etdikdən sonra həmin avtomobil yenidən onun avtomobilinin yanında saxlayaraq ona “başın qaçıb” demişdir. O isə yenədə buna fikir verməmiş və avtomobili sürərək oradan uzaqlaşmışdır. 07.12.2021-ci il tarixdə avtomobil ilə hərəkətdə olarkən polis əməkdaşları onu saxlamışdır. Avtomobildə əyləşmiş xalası oğlu qorxaraq dərhal ordan qaçmışdır. O isə polisə polis əməkdaşlarının tələbinə baxmayaraq öz şəxsiyyət məlumatlarını deməkdən və onlarla birlikdə polis bölməsinə getməkdən imtina etmiş, lakin heç bir nalayiq ifadə işlətməmişdir. Əməlindən peşman olduğunu, Gülşən Hüseynlinin onları yanlış anladığını, həmin vaxt hər hansı narkotik vasitədən istifadə etmədiyini, Gülşən Hüseynli ilə barışdıqlarını bildirərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, 06.12.2021-ci il tarixdə, Tbilisi prospekti ilə hərəkətdə olarkən “Kia” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs onu bilərəkdən narahat etmişdir. Həmin şəxsə öz haqlı iradlarını bildirdikdə onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Həmin vaxt avtomobildə olan sürücü və sərnişinlərin nakotik vasitələrin təsiri altında olduğunu düşünmüşdür. Çünki onların hərəkətləri qeyri obyektiv olmuşdur. Bundan sonra o avtomobili idarə edərək, həmin yerdən uzaqlaşmışdır, lakin buna baxmayaraq “Kia” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs onun avtomobilinin arxası ilə gələrək, “Lider” TV-nin yanında bir daha ona yaxınlaşaraq onu təhqir etmiş, bundan sonra ona birlikdə “patı” deyilən narkotik vasitədən istifadə etməyi təklif etmişdir. Yekun olaraq bildirmişdir ki, Şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, onlara daxil olmuş məlumat əsasında “Kia” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Bu zaman sürücü onlara aqressiv cavab vermiş, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməkdən və onlarla birlikdə polis bölməsinə getməkdən imtina edərək nalayiq ifadələr işlətmişdir. Avtomobildə olan sərnişin qaçaraq oradan uzaqlaşmaq istəmişdir. Onlar həmin şəxsləri saxlayaraq 29-cu polis şöbəsinə təmin etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Ə.Məmmədov və Hüseyn Məcidzadə tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə ünvanlanmış 07.12.2021-ci il tarixli raportdan görünür ki, 07.12.2021-ci il tarixdə vətəndaş X11 İşlər Nazirliyinin rəhbərliyinə onlayn şəkildə etdiyi müraciət əsasında “Kia” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü saxlanılarkən onlara qarşı tabesizlik göstərmiş və nalayiq ifadələr işlətmişdir. Sürücünün yanında əyləşən vətəndaş qaçmağa çalışmış, onu tutduqda isə onlara qarşı müqavimət göstərmişdir. Daha sonra həmin şəxsləri 29-cu PŞ-nə gətirmişlər PŞ-də məlum olmuşdur ki, həmin şəxslər Şəxs və X1r. Həmin şəxslər barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. 07.12.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X12 08 dekabr 2021-ci il tarixli 1271 nömrəli aktından görünür ki, Şəxs analiz nəticələrində AMP (+), MOP, OPİ (+) müsbət akar edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 06 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində X2 qarşı nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və 07 dekabr 2021-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində xırda xuliqanlıq və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni, 07 dekabr 2021-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 07 dekabr 2021-ci il tarixdən saat 17:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar