Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3325/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 15 may 2025-ci il tarixli, 00800-00593/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli 501DWC17744425 nömrəli aviaqaimə əsasında Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən gömrük ərazisinə gətirilən mallara həmin malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunma tarixinə uyğun olaraq aidiyyəti üzrə xx.xx.2025-ci il tarixli **********01523 nömrəli qeydiyyat kodu verilmişdir. Lakin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 3.6-cı bəndinə istinadən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həmin mallara dair xx.xx.2025-ci il tarixli **********2470 sorğu nömrəli gömrük bəyannaməsi bu malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim edildiyi tarixdən 37 (otuz yeddi) gün keçdikdən sonra rəsmiləşdirmək üçün təqdim olunmuşdur. Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, BƏƏ-də fəaliyyət göstərən Skybridge Freight” şirkəti tərəfindən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına göndərilən “hesablayıcı maşınla və onlarlın blokları” adlı mallar xx.xx.2025-ci il tarixdə saat 22:03-də “Logistika Mərkəzi” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisində idxal gömrük prosedurunda gətirilmişdir. Şirkət tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********2470 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və sözügedən mallar rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə qarşı şirkətin təqsiri ucbatından gömrük bəyannaməsinin gecikdirilərək səlahiyyətli orqana təqdim edildiyini, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 07 mart 2025-ci il tarixli, 3-33-3200/012/007212 raportdan görünür ki, xx.xx.2025-ci il tarixli 501DWC17744425 nömrəli aviaqaimə əsasında Şəxs QSC tərəfindən gömrük ərazisinə gətirilən mallara həmin malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunma tarixinə uyğun olaraq aidiyyəti üzrə xx.xx.2025-ci il tarixli **********01523 nömrəli qeydiyyat kodu verilmişdir. Lakin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 3.6-cı bəndinə istinadən Şəxs QSC tərəfindən həmin mallara dair xx.xx.2025-ci il tarixli **********2470 sorğu nömrəli gömrük bəyannaməsi bu malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim edildiyi tarixdən 37 (otuz yeddi) gün keçdikdən sonra rəsmiləşdirmək üçün təqdim olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 15 may 2025-ci il tarixli, 00800-00593/25 nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli 501DWC17744425 nömrəli aviaqaimə əsasında Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən gömrük ərazisinə gətirilən mallara həmin malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunma tarixinə uyğun olaraq aidiyyəti üzrə xx.xx.2025-ci il tarixli **********01523 nömrəli qeydiyyat kodu verilmişdir. Lakin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 3.6-cı bəndinə istinadən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həmin mallara dair xx.xx.2025-ci il tarixli **********2470 sorğu nömrəli gömrük bəyannaməsi bu malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim edildiyi tarixdən 37 (otuz yeddi) gün keçdikdən sonra rəsmiləşdirmək üçün təqdim olunmuşdur. Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, BƏƏ-də fəaliyyət göstərən Skybridge Freight” şirkəti tərəfindən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına göndərilən “hesablayıcı maşınla və onlarlın blokları” adlı mallar xx.xx.2025-ci il tarixdə saat 22:03-də “Logistika Mərkəzi” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisində idxal gömrük prosedurunda gətirilmişdir. Şirkət tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********2470 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və sözügedən mallar rəsmiləşdirilmişdir. Divi Fze şirkəti tərəfindən Şəxs QSC-yə ünvanlanmış 04 iyun 2025-ci il tarixli məktubdan görünür ki, məktubun mətni “Şəxs QSC ilə “DİVİ FZE” arasında bağlanılmış DVN- AZN-01/224 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən xx.xx.2025-ci il tarixdə sifarişə əsasən tərəfimizdən şirkətinizə hava nəqliyyatı ilə gətirilən malların bir qisminin nomeklaturasına, detallı texniki spesifikasiyasına və seriya nömrələrinə görə uyğunsuzluq yaranmış və bu halın aradan qaldırılması üçün İstehsalçı şirkət ilə aydınlaşdırmalara ehtiyac yaranmışdır. İlin ilk ayında istehsalçı tərəfin uzun müddət tətildə olması səbəbilə aydınlaşdırma məsələləri gecikmiş və nəticədə malların gömrük təşkilində ləngimələr yaranmışdır” məzmunda olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş izahatda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, izahatda göstərilən həmin hallar Şəxs QSC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, qarşı şirkətin səhvi ucbatından belə olmuş olsa, bəyannamənin gecikdirilərək təqdim olunması QSC-nin məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş, yəni ixracatçı ünvanına göndərilən malının rəsmiləşdirilməsi ilə bağlı gömrük bəyannaməsini vaxtında təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3325/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3325/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver