Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3344/2025 04.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Şəxs barəsində Bakı şəhəri Yasamal rayon Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Yasamal rayon Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Bakı şəhəri Yasamal rayon rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Bakı şəhəri Yasamal rayon Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-in 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməlidir. İş materiallarında olan İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan EQ 24724432 saylı qərarı qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsininin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin ASAN PAY ödəniş portalında olan çıxarışa əsasən borclu müvafiq cərimə və dəbbə pulunu ödəmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cərimə və hesablanmış dəbbə pulu tam ödənildiyindən o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal rayon Rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva İş № 3(012)-3344/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol 04 iyun 2025-ci il Xırdalan şəhəri Mən Bakı şəhəri Yasamal rayon Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Bakı şəhəri Yasamal rayon Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə inzibati xəta törətməsinə dair materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Sədrlik edən: Sevinc Quliyeva AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 0100; Bakı şəhəri Yasamal rayon rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5. Tel: ***-***-**-**; Faks: ***-***-**-**; Elektron poçtu: mailto:contact@absheroncourt.gov.azElektron ünvan Cavab verilərkən bizim nömrəyə istinad edin. 3(012)-1388/2025 06 yanvar 2023-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə Bakı şəhəri Yasamal rayon Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 3(012)-1388/2025 saylı qərarı icra olunması üçün Sizə göndərilir. Qoşma: qərar Hakim Sevinc Quliyeva AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 0100; Bakı şəhəri Yasamal rayon rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5. Tel: ***-***-**-**; Faks: ***-***-**-**; Elektron poçtu: mailto:contact@absheroncourt.gov.azElektron ünvan Cavab verilərkən bizim nömrəyə istinad edin. 3(012)-1388/2025 06 yanvar 2023-cü il Şəxs Bakı şəhəri Yasamal rayon rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, ev 8/1 Bakı şəhəri Yasamal rayon Rayon Polis İdarəsinə Bakı şəhəri Yasamal rayon Rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 6 Bakı şəhəri Yasamal rayon Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 3(012)-1388/2025 saylı qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-3344/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3344/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver