Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3345/2023 14.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin nümayəndəsi X4, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin 13 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin 13 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP5335316 nömrəli protokola BDYPİ-də baxılmışdır. BDYPİ tərəfindən müvafiq inzibati xəta haqqında işə baxılaraq xx.xx.2023-cü il tarixli cərimə növündə 40 (qırx) manat məbləğdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Müvafiq qərar barədə məlumat ona sms vasitəsilə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. BDYPİ tərəfindən verilən xx.xx.2023-cü il tarixli İXP5335316 nömrəli inzibati tənbeh vermə haqqında qərarı aşağıda qeyd edilənləri nəzərə alaraq əsassız və qanunsuz hesab edir. xx.xx.2023-cü il tarixində, saat 18:40 radələrində A.Şaiq küçəsi ilə “BMW X1 S DRİVE 20 D minik markalı, **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğu əsas gətirilərək barəsində İXM-in 327.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. O həmin vaxt istiqamət üzrə hərəkət etmişdir. Qanunla icazə verilən yerdə dönmə işarəsini yandırıb istiqamət üzrə sol tərəfə çıxaraq zolağı dəyişmişdir ki, hərəkət etdiyi istiqamətə uyğun olsun. Etdiyi əməldə isə heç bir qanun pozuntusu aşkar edilməmiş və təqsirli olduğu barədə DYP əməkdaşı polis kapitanı X11 hadisə sxemi çəkmədən, video görüntü göstərmədən heç bir sübut təqdim etməmişdir. Yasamal Rayon Məhkəməsinin 3(004)- 2080/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində İXM-nin 327.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər X15 İdarəsinin qəbul etdiyi İXP ******* saylı, xx.xx.2023-cü il tarixli tərtib edilmiş protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi barədə və həmin inzibati xəta haqqında işə Bakı şəhər DYP İdarəsində yenidən baxılması barədə qərar çıxarılmışdır. Məsələ ilə bağlı o Bakı şəhər DYP İdarəsinə çağırılmış, izahatı alınmışdır. X3 vermişdir ki, yenədə onu dəvət edəcəklər və baş inspektorla birlikdə hadisə ətraflı araşdırılacaq. Buna baxmayaraq Bakı şəhər DYP İdarəsi tərəfindən, məsələyə qeyri obyektiv yanaşaraq onu heç bir görüşə dəvət etməmişlər, araşdırmanın təfərrüatlarından heç bir xəbəri olmamış və yenidən köhnə qərarın mahiyəti və tərkibi daxilində, heç bir şey dəyişilmədən və hakimin qərarını diqqətə almayaraq xx.xx.2023-cü il tarixli, TP ******* qərarını çıxarmışlar. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin tərtib etdiyi 13 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin tərtib etdiyi 13 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin nümayəndəsi X7 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin 13 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “BMW X1 S DRİVE 20 D minik” markalı, **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz hərəkət zolağını dəyişərək “Tufan CR200” markalı 99-C-915 dövlət qeydiyyat nişanlı motosiklin yoluna çıxmış bununlada manevr qaydalarını pozmaqla onunla toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin 13 iyun 2023-cü il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3345/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3345/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver