Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3346/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazzadə Maya Adil qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ/ seriyalı 26669551 saylı, 13 may 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ/ seriyalı, 26669551 saylı, 13 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 15 mart 2025-ci il tarixli EQ seriyalı, 26669551 nömrəli inzibati xəta haqqında qərar əlavə araşdırma aparılmadan, şikayətçi dəvət olunmadan, heç bir video görüntü və əsaslı faktlar təqdim edilmədən EQ seriyalı 26669551 saylı inzibatı xəta haqqında qərar bu cür qeyd edilməklə “EQ/26669551” xx.xx.2025-ci ildə 2 bal 80 manat cərimə sms qərarı DİN E -Polis elektron siteminə yüklənmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında yer alan “inzibati xəta haqqında işin EQ seriyalı 26669551 nömrəli 15 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın tam ləğv olunması, yenidən baxılması üçün” Baş X7nə “əlavə araşdırma üçün göndərilməsi heçbir nəticə verməmiş əsassız haqsız olaraq yenidən məsələ gündəmə gəlmişdir.xx.xx.2025 ci ildə EQ seriyalı 26669551 nömrəli qərarlı protokol (araşdırma aparılmadan ləgv edilmiş məhkəmə qərarıyla protokol) güvvəyə minmiş sms-lə ********** nömrəli əl mobil telefonuna göndərilmişdir. Şikayətçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qərar EQ 26669551 bağlı dəvət olunmamış, sms və poçtla ünvanına heç bir məlumat daxil olmamışdır. İXM-nin 75-ci maddəsinə əsasən iş hərtərəfli və obyektiv araşdırılmamışdır. Qanunvericiliyə əsasən, inzibati xəta üzrə işlər hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmalı və qiymətləndirilməlidir. Lakin onun təqdim etdiyi sübutlar - sağlamlıqla bağlı vəziyyət, aptekdən alınmış dərman çekləri və hadisə vaxtına dair fotoşəkillər - lazımi səviyyədə dəyərləndirilməmişdir. İXM-nin 85-ci maddəsi və MPM-nin 14-cü maddəsi pozulmuşdur qarşı tərəfin iştirakının təmin olunmamış və əsas sübutlar təqdim edilməmışdir. Qarşı tərəf - BDYPİ nümayəndəsi - məhkəməyə çağırılmasına baxmayaraq iclasda iştirak etməmiş və əsas sübut hesab edilən video görüntülər təqdimedilməmişdir. Bu isə onun özünü müdafiə etmək hüququmu məhdudlaşdırmış və məhkəmə baxışının obyektivliyini şübhə altına almışdır. Video görüntülərin olmaması lehinə qiymətləndirilməlidir. Elektron cərimə protokolunda yer alan fotoşəkillərdə onun avtomobildən düşmədiyi açıq şəkildə görünür. Əgər DYP-nin sistemində video görüntü mövcuddursa, onun təqdim olunmaması şikayətçinin sübut etmək imkanını məhdudlaşdırır və bu hal onun xeyrinə qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, EQ seriyalı, 26669551 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın tam ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yekun qərar qəbul edilməsini və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə işin əlavə araşdırma üçün göndərilməsi hissəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin tərtib etdiyi EQ/ seriyalı 26669551 saylı, 13 may 2025-ci il tarixli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmadan, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş 13 may 2025-ci il tarixli, EQ/ 26669551 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında idarə etdiyi “Lada Vesta GFK33 XK2 52 MİNİK” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozduğuna görə 80 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış keçirən zaman müəyyən edilmişdir ki, X4 idarə etdiyi “Lada Vesta GFK33 XK2 52 MİNİK” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. DYP potralından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:51-də törədilən inzibati xəta barədə məlumat **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 27213 nömrəli satış çəkinlən görünür ki, həmin tarixdə saat 14:11-də “Validol” adlı dərman vasitəsi alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin İ bəndinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 13:51-də idarə etdiyi nəqliyyat vasitələrini yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamış və ona sms məlumat göndərilmişdir. Bundan 20 dəqiqə sonra, yəni saat 14:11-də başqa ünvanda yerləşən aptekdən “Validol” adlı dərman vasitəsi alınmışdır. Elçin Musayev şikayətini onunla əsaslandırmışdır ki, o səhətində yaranmış narahatçılıqla bağlı idarə etdiyi nəqliyyat vasitələrini yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamış, yəni inzibati xəta hadisəsini son zərurət vəziyyətində törətmişdir. Lakin təqdim olunmuş sübutlar (aptekdən dərman vasitəsi alınmasına dair qəbz) bunu tam təsdiqləmir. Əksinə, şəxsin avtomobilini saxladıqdan sonra onu idarə edərək aptekə getməsi onun səhhətində təxirəsalınmaz və hərəkətə məhdudiyyət yaradan bir halın olmadığını göstərir. Son zərurət halının mövcudluğu yalnız subyektiv bəyanatlarla deyil, obyektiv sübutlarla əsaslandırılmalıdır. Bundan əlavə sonuncu dərman vasitəsi almağını təsdiq edən qəbz təqdim etsədə, həmin gün onun səhhətində yaranmış narahatçılıqla bağlı heç bir tibbi sənəd (həkim arayışı, təxirəsalınmaz yardım çağırışı və ya tibbi müayinəyə dair sənəd) təqdim etməmişdir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ/ seriyalı 26669551 saylı, 13 may 2025-ci il tarixli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3346/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3346/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver