Məhkəmə qərarları › İş №3(004)-335/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-335/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-335/2021 29.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Suraxanı Rayonu Polis İdarəsinin 33-cü Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Suraxanı Rayonu Polis İdarəsinin 33-cü Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, öz üzərində “Covid-19” testinin pozitiv çıxması ilə əlaqədar xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində ev şəraitində həkim nəzarətində müalicə almışdır. Faktiki yaşadığı ərazi Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 295 ünvanı olduğundan, müalicə müddəti bitdikdən sonra dekabr ayının 23-də yaşadığı ərazi üzrə tibb məntəqəsinə (poliklinikaya) çalışdığı iş yerinə təqdim etmək üçün sahə həkiminin dəvətindən sonra xəstəlik vərəqəsi (bülleten) götürməyə gəldi. Evdən çıxarkən “8103” SMS icazə sistemindən 03 saatlıq icazə aldı. Tibb məntəqəsində növbə çox olduğu üçün, içəriyə tək-tək insanların buraxıldığı üçün və geri qayıdarkən polis əməkdaşları tərəfindən qurulmuş postda (məntəqə) uzun çəkən növbədən sonra yoxlanılaraq onun “SMS” icazə sisteminin 06 (altı) dəqiqə (SMS saat 1212-1518) pozduğu müəyyən edilərək polis əməkdaşı tərəfindən 200 AZN cərimə edilmişdir. Tibbi arayışı göstərsə də, əhəmiyyət verilmədi. Səhəri gün xx.xx.2020-ci il tarixdə bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə bildirdi. Müraciətindən sonra mobil nömrəsinə cərimə borcunun 0 (sıfır) AZN olduğu haqqında “SMS” göndərildi. O, da artıq cərimənin silindiyini zənn edərək rahat oldu. xx.xx.2021-ci il tarixində “ASAN PAY” elektron hökümət portalında və Azərpoçt xidmətində məlumata baxarkən onun adına 200 AZN qeyd etdiyi məsələ ilə əlaqəli cərimə olduğunu gördü. Təkrar olaraq “102” xidmətinə müraciət etsə də, cərimənin qüvvədə olduğu bildirildi və məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Bu barədə qeyd olunan tibb məntəqəsinə yaxınlaşaraq bu barədə təfərrüatı ilə məlumat verdikədn sonra “Ambulator Kitabçadan” çıxarış – xəstəlik tarixindən forma № 27 ona təqdim edildi. Belə bir məlum pandemiya dövründə - insanların maddi-mənəvi çətinliyində günahsız yerə yüksək məbləğdə cərimə yazılması yolverilməzdi və dövlət məmuruna yaraşdırılmayan əməldi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Suraxanı Rayonu Polis İdarəsinin 33-cü Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 xx.xx.2020-ci il tarixdə Yeni Günəşli qəsəbəsində ölkə ərazisində müəyyən edilmiş rejim qaydalarını pozduğuna görə (SMS icazə olmadan yaşayış yerini tərk etdiyinə görə) İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2020ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan X3 elektron sistemdən çıxarışdakı məlumatlarına əsasən o, Sms-icazə ilə yaşayış yerini tərk etmişdir, xx.xx.2020ci il tarixdə saat 12:12-də 3 saat müddətində yaşayış yerini tərk etmək üçün icazəsi təsdiq edilmişdir. Bundan əlavə iş materiallarındakı əmək qabiliyyəti olmamaq barədə tibbi arayışa əsasən X6 xx.xx.2020-ci il tarixdə COVİD-19 infeksiyası ilə əlaqədar 13 saylı birləşmiş şəxər xəstəxanasında olmuş və həmin arayışı götürmüşdür. Həmçinin xx.xx.2021-ci il tarixli Ambulator kartoçkadan çıxarışa əsasən X6 xx.xx.2020-ci il tarixdə 13 saylı birləşmiş şəxər xəstəxanasında olmuşdur. Bununla da X6 yaşayış yerini SMS iccazə ilə tərk edərək tibb müəssisəsinə getmiş və həmin günü tibb müəssisəsində olması və həmin tibb müəssisəsindən geri qayıtması öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8.12.2020-ci il tarixli qərarının 2.7-ci bəndinə əsasən həmin Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); Bununla da şəxs xx.xx.2020-ci il tarixdə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır və təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 211.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Suraxanı Rayonu Polis İdarəsinin 33-cü Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar