Məhkəmə qərarları › İş №3(004)-3352/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3352/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3352/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov X1 inzibati xəta haqqında iş üzrə protokolundan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polisi İdarəsinin DYPŞ-nin onun barəsində tərtib olunmuş İXP ******* saylı protokolun və GP ******* saylı qərardadın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, şikayətdən görünür ki, şikayətçi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan və qərardaddan şikayət etmişdir və protokolun və qərardadın ləğv edilməsini xahiş edir. Barəsində şikayət edilən protokol əsasında qəbul edilmiş hər hansı bir qərar şikayətə əlavə edilməmişdir. Şikayətdə göstərilən qərardad isə inzibati tənbeh vermə haqqında qərar deyildir. Həmin qərardad inzibati xəta haqqında işə Yasamal rayon DYPŞ-də baxılması barədə qərardad olmuşdur. Həmin qərardaddan şikayət verilməsi İXM-də nəzərdə tutulmamışdır. İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Bununla da protokoldan şikayətə baxmaq məhkəmənin səlahiyyətinə aid deyildir. Həmçinin şikayətdə qoyulmuş tələbə, yəni protokoldan şikayətə şikayət qaydasında baxmaq üçün İXM-də digər bir orqan da nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən hazırkı şikayətə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. Həmçinin barəsində şikayət edilən protokol və qərardadX4 barəsində qəbul edilib. Lakin şikayəti X5 imzalayıb və bu barədə iş materiallarına xx.xx.2020-ci il tarixli etibarnamə əlavə edilmişdi. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. İXM-nin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. İXM-in 65.6-ci maddəsinə əsasən vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin adından yalnız müdafiəçi kimi vəkil şikayət verə bilər. Yəni etibarnamə müvafiq vəkilə verilməlidir. Buna görə də hazırkı iş üzrə səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayətə məhkəmədə baxıla bilməz və bu səbəbdən şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X1 inzibati xəta haqqında iş üzrə protokoldan və qərardaddan verdiyi şikayətvə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar