Məhkəmə qərarları › İş №3(004)-3357/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3357/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3357/2022 15.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1969-cu ildə Kürdəmir rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4447/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X3 16.000 (on altı min) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X11 verilməlidir. Daha sonra Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2859/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə borclu X3 14.600 (on dörd min altı yüz) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat dövlət rüsumu alınaraq tələbkar X8 ödənilməlidir. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-70/2012 saylı, xx.xx.2013cü il tarixli icra sənədinə əsasən borclular Şəxs, X5 və qeyrilərindən müştərək qaydada tutularaq X1 8000 ABŞ dolları və 6.500 manat, X4 4000 ABŞ dolları və 900 manat, X6 isə 3000 ABŞ dolları qaytarılmalıdır. Daha sonra Kürdəmir Rayon Məhkəməsinin 2(041)-18/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclular X9 və Şəxs müştərək qaydada cəmi 6070 manat tutularaq tələbkar X7 xeyrinə ödənilməlidir. Borclu həmin icra sənədlərini icra etməmişdir. Borclu icra vərəqələrində göstərilən tələbləri tam icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, barəsində olan icra sənədlərindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Maddi imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Hazırda da imkanı olmadığı üçün ödəyə bilmir. Borcu hissəhissə imkanı olduqca ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X12 bildirdi ki, borclu icra sənədində göstərilən borcu ödəmir. Borclunun hazırda gəlirinin olması, əmlakının olması barədə məlumatı yoxdur. Ona görə də borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmiş, həmçinin imkanı olmadığı təqdirdə hissə-hissə ödəmək təklif edilsədə, borcunu ödəməmişdir, bununla da icradan yayınmış və üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4447/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X3 16.000 (on altı min) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X11 verilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2859/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə borclu X3 14.600 (on dörd min altı yüz) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat dövlət rüsumu alınaraq tələbkar X8 ödənilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-70/2012 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclular Şəxs, X5 və qeyrilərindən müştərək qaydada tutularaq X1 8000 ABŞ dolları və 6.500 manat, X4 4000 ABŞ dolları və 900 manat, X6 isə 3000 ABŞ dolları qaytarılmalıdır. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 2(041)-18/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclular X9 və Şəxs müştərək qaydada cəmi 6070 manat tutularaq tələbkar X7 xeyrinə ödənilməlidir. İcra məmuru tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin qadın olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar