Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3357/2025 23.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1982-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Saatlı rayonu, Qıraqlı ərazi dairəsi, Qıraqlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 23 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Saatlı Rayon Dövlət Notariat Ofisinin 8İ-409 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 7825 manat pul tutularaq X3 ödənilməlidir. Lakin cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra edilməmiş, icra məmurunun qanuni tələblərinə riayət edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Daha sonra icra məmuru tərəfindən verilmiş protokola əlavədən görünür ki, borclu Şəxs 1. Saatlı Rayon Məhkəməsinin 2(055)-1379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra üzrə Şəxs Mirqani oğlundan 5695 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməlidir. 2. Saatlı Rayon Məhkəməsinin 2(055)-119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra üzrə Şəxs Mirqani oğlundan 1353 manat məbləğində pul vəsaiti tutularaq X5 xeyrinə ödənilməlidir. 3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-667/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra üzrə Şəxs Mirqani oğlundan 695.53 manat məbləğində pul vəsaiti tutularaq “X11” ASC-nin xeyrinə ödənilməlidir. Lakin Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrasından yayınır. İş üzrə Şəxs dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq olunmasına baxmayaraq qeyd olunan icra sənədinin icrası təmin etmir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında inzibati xəta haqqında protokolun və protokola əlavənin məzmununa uyğun izahat verərək borclunun icra sənədlərini icra etməklə bağlı onların qanuni tələblərini icra etmədiyini, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Bügunə qədər də müəyyən qədər ödənişlər etmişdir. Lakin ürək əməliyyatı olduğu üçün işləyə bilməmiş, işləmədiyi üçün və maddi vəziyyəti zəif olduğu üçün borcunu ödəyə bilmir. O, məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmır. Evlidir, himayəsində azyaşlı övladı vardır. Borcun ödənilməsi üçün vaxt verilməsini xahiş edir. Sadalananları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Saatlı Rayon Dövlət Notariat Ofisinin 8İ-409 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 7825 manat pul tutularaq X3 ödənilməlidir. Lakin cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra edilməmiş, icra məmurunun qanuni tələblərinə riayət edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Protokola əlavədən görünür ki, borclu Şəxs 1. Saatlı Rayon Məhkəməsinin 2(055)- 1379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra üzrə Şəxs Mirqani oğlundan 5695 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməlidir. 2. Saatlı Rayon Məhkəməsinin 2(055)-119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra üzrə Şəxs Mirqani oğlundan 1353 manat məbləğində pul vəsaiti tutularaq X5 xeyrinə ödənilməlidir. 3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-667/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra üzrə Şəxs Mirqani oğlundan 695.53 manat məbləğində pul vəsaiti tutularaq “X11” ASC-nin xeyrinə ödənilməlidir. Lakin Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrasından yayınır. İş üzrə Şəxs dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq olunmasına baxmayaraq qeyd olunan icra sənədinin icrası təmin etmir. Saatlı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(055)-119/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1300 (bir min üç yüz) manat alınaraq iddiaçı X7 ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-667/2023 saylı, 13 yanvar 2023cü il tarixli icra vərəqəsindən görünür ki, əsas borc üzrə 491 manat, faiz borcu üzrə 161,89 manat, cərimə borcu üzrə 12,64 manat olmaqla, cəmi 665,53 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Saatlı Rayon Dövlət Notariat Ofisinin 8İ-409 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 7825 manat pul tutularaq X3 ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(055)-1379/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 5600 (beş min altı yüz) manat pulun alınaraq iddiaçı X2 ödənilməsi, cavabdeh Şəxs Mirqani oğlundan 95 (doxsan beş) manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Saatlı Rayon Məhkəməsinin 3(055)-483/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Borclunun axtarılması haqqında 22 may 2025-ci il tarixli qərardan görünür ki, Saatlı Rayon Dövlət Notariat ofisinin 8İ-409 saylı, 25.01,2024-cü il tarixli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-667/2023 saylı, xx.xx.2023-cü, Saatlı Rayon Məhkəməsinin 2(055)-1379/2024 saylı, xx.xx.2024-cü, Saatlı Rayon Məhkəməsinin 2(055)-119/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə xx.xx.1982-ci il tarixdə anadan olmuş, Saatlı Rayonu, Qıraqli Ə/D, Qıraqli Kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. “Tələbin könüllü icrası haqqında” 01 fevral 2024-cü il tarixli qərarın surətindən görünür ki, tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. X9 23 may 2025-ci il tarixli icra şöbəsində verdiyi izahatdan görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olduğunu, səhhətində yəni ürəyində yaranan problemlərlə bağlı son aylar ciddi şəkildə müalicə aldığı üçün işləyə bilmədiyi və ödəniş edə bilmədiyini, icra sənədi üzrə bugünədək nə qədər ödəniş etdiyini xatırlamadığını, iyun ayından başlayaraq hər ay normal şəkildə ödəniş edəcəyini, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti olmadığını qeyd etmişdir. Portaldan çıxarışdan görünür ki, Şəxs xx.xx.2017-ci il təvəllüdlü X6 adında övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borcunu icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs icra şöbəsində verdiyi izahatında işləməməsini əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə sağlam və işləməsinə mane olmayan hər hansı xəstəliyi olmayan şəxsin işləməməsinin onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzürlü səbəbi kimi qiymətləndirilmədiyini nəzərə alır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, himayəsində azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olduğunu, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3357/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3357/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver