Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3369/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairBakı şəhər Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmişxx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı,0784430 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və ona əlavə edilmiş material Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Belə ki, protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 22:40-da Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri Qorxmaz Misimov və Məmməd Kərimov xidməti vəzifələrini icra edərkən hərbi vəziyyət rejimi dövründə tətbiq edilmiş komendant saatının tələblərini pozmuş Şəxs və həmin vaxt onunla birlikdə olan X2 Yasamal rayonu Z.Əhmədbəyov küçəsinin qarşısında saxlayaraq 27-ci PB-nə gətirmişlər. Polis bölməsində X3 məxsus əl çantasına baxış keçirilən zaman 2 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qurudulmuş ot formasında olan narkotik vasitəyə bənzər kütlə, bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli kristal formasında olan narkotik vasitəyə bənzər kütlə və bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngli kristal formasında olan narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında müəyyən edilir ki, Yasamal RPİ-nin 27-ci PB-də aparılan araşdırma zamanı cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən təhqiqatçı Fərid Şirinovun xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 7/775 nömrəli ekspert rəyindən müəyyən edilir ki, X1 götürülmüş və tədqiqata təqdim olunmuş iki ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,244 qram və 0,196 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümimi çəkisi – 0, 440 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 6/2294 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №168 dairəvi möhür əksi olan bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəydən həmçinin görünür ki, digər maddə izləri olan bir ədəd bükümdə isə narkotik vasitə olan heroinin izləri vardır və heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı,0784430 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialməhkəmə tərəfindən nəzərdə keçirilərkən müəyyən edilmişdir ki, iş materiallarına Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasına dair tibbi rəy əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olub-olmaması müvafiq sahə üzrə verilmiş ekspertiza rəyi, tibbi müayinəyə dair akt, protokol və ya rəy əsasında müəyyən edilir ki, həmin tibbi sənədlər xarakterik işlərdə yeganə sübut olaraq qəbul edilir. Belə ki,Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində narkotik vasitələrdən istifadəyə görə inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması məsələsi araşdırılmamış və buna dair ekspertiza keçirilərək rəy alınması təmin edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı,0784430 nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-3369/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3369/2020
28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver