Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3369/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1995-ci ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun 20 may 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında göstərilir ki, Fiziki şəxs X1 xx.xx.2025-ci il tarixdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında xidməti otaqda Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən dindirilən zaman əsəbləşərək həmin otaqda olan şkafın şüşəsini əl zərbəsi ilə qəsdən vurub sındıraraq 240.00 manat məbləğində ziyan vurmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə nəzərdə tutulmuş əmlakı qəsdən məhv etmə və ya zədələmə inzibati xətasını törətmişdir. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasında xidməti otaqda Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən dindirilən zaman əsəbləşərək həmin otaqda olan şkafın şüşəsini əl zərbəsi ilə vurub sındırmışdır. Araşdırma zamanı X2 izahatında göstərmişdir ki, Şəxs 10.01,2025-ci il tarixdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında xidməti otaqda Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən dindirilən zaman əsəbləşərək həmin otaqda olan şkafın şüşəsini əl zərbəsi ilə vurub sındırmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, hal-hazırda maddi imkanı olmadığından dəymiş zərəri ödəyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun və zərərçəkmiş şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinin ünvan 4 ünvanında yerləşən inzibati binasında baş vermiş hadisə ilə bağlı aparılan araşdırmada cinayət hadisəsinin əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilməlidir və Şəxs Ehtibar oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsi ilə məsuliyyət məsələsinə baxılması üçün Yasamal rayon prokurorluğunun digər əməkdaşına həvalə edilməlidir. İş materiallarənda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2025-ci il tarixli 9/1397 nömrəli rəyinə əsasən Analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda qeyd edilən MDF materiallı, eni 0,80 m , hündürlüyü 1,85 m, dərinliyi 0,40 m, istismar müddəti 6 il və yerli istehsal olan şkafın istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti nəzəri qaydada təxminən 240,00 manat müəyyən edilir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs özgənin əmlakını qəsdən zədələməsi özünün etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən zədələmə kimi halların, yəni İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 232-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 240 (iki yüz qırx) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3369/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3369/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver