Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3377/2020 18.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət X11 etibarnamə üzrə nümayəndəsi X3, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsi (BPİ) Dövlət X11 (DYPİ) xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki,xx.xx.2020-ci il tarixdə saat təxminən 20:30 radələrində etibarnamə əsasında idarə etdiyi Mazda 3 markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Təbriz Xəlilbəyli və Bəşər Səfəroğlu küçələrinin kəsişməsi istiqamətində hərəkətdə olarkən yolun əks tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq və müvafiq nişan qaydalarını gözləmədən **-PK-*** qeydiyyat nişanlı ağ rəngli “Ravon” markalı avtomobil gəlib onun avtomobilini vurmuşdur. Belə ki, əks istiqamətdə hərəkətin qadağan edilməsinə baxmayaraq, avtomobil yolun əks istiqamətində hərəkət edərək idarə etdiyi avtomobili vurmuşdur.Bundan sonra hadisə yerinə gəlmiş YPX inspektoru ona yaxınlaşaraq özünü təqdim edərək, nəqliyyat vasitəsinə aid sənədləri, eləcə də sürücülük vəsiqəsini tələb etmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinin saxlatmasının səbəbini YPX inspektorundan soruşduqda, o bildirmişdir ki, bu baş verən hadisə ilə əlaqədardır. Polis əməkdaşı ona narahat olmamağı bildirmiş, o isə əvəzində burada əks istiqamətdə hərəkətin qadağan olunmasına baxmayaraq avtomobilini vuran maşının bu qaydanın tələblərini pozmasını və nəticədə avtomobilinə ziyan vurmasını bildirmiş, habelə polis əməkdaşına ətraf ərazilərdən kamera görüntülərinin götürülməsini və **-PK-*** qeydiyyat nişanlı ağ rəngli “Ravon” markalı maşının sürücüsünün də izahatına alınmasını xahiş etmişdir. YPX inspektoru əvvəlcə onunla razılaşsa da sonradan sonuncu onun etirazına məhəl qoymayaraq, barəsində Azərbaycan Respublikası İXM-in 327.2-cimaddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, protokolu imza etməyini bildirdi.İnzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu imza etməkdən imtina etmişdir. Bu səbəbdən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilmiş və orada inzibati xəta haqqında işə baxılaraq, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində inzibati cərimə olunmağı barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan xətanın törətmədiyi halda, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin X8 üzrə inspektoru, polis baş leytenantı Rəsulov Anar Rövşən oğlu əsassız və qanunsuz olaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmiş iş üzrə heç bir araşdırma aparmadan özü tərəfindən hazırlanmış protokola əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməyim barədə qərar qəbul etmişdir. Bakı şəhər DYPİ-nin X8 üzrə inspektoru, polis baş leytenantı Rəsulova Anar Rövşən oğlu tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət X11 etibarnamə üzrə nümayəndəsi X6 tərtib olunmuş inzibati xəta haqqında protokolun dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ-nin YNH-nin inspektoru Rəsulov Anar Rövşən oğlu tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 20:40-da Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsində “Mazda 3” (minik) markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ-nin baş leytenantı Rəsulov Anar Rövşən oğlu tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan qərarda inzibati xətanın baş vermə vaxtı xx.xx.2020-ci il tarixdə saat 20:40-da Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsi kimi qeyd edilmişdir. Qeyd edilən xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələrinin dispotozitiv şərtlərini sübut edən hadisənin sxemi və videogörüntü məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki işdə müəyyən edilmiş bütün şübhələr barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş sürücü X4 xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X14 göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət X10 Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X14 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3377/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3377/2020
18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver