Məhkəmə qərarları › İş №3(004)-3383/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3383/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3383/2023 20.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1990-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Quba rayonu, Xaruşa kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vət. Əlizadə X2 rayonu, Şərifzadə küçəsi 130 ünvanında polisin qanuni əmrinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili A.Ömərovun 29-cu Polis Şöbəsinin ünvanına tərtib etdiyi raportda göstərilir ki, 19 iyun 2023-cü il tarixdə təxmini saat 21:00 radələrində ünvan 1 ünvanında Şəxs özünü şübhəli aparmışdır. Polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş, həmin şəxs ona tabe olmayaraq qaçmağa çalışmışdır. Polis əməkdaşı CPA əməkdaşları ilə birlikdə onu polis şöbəsinə gətirmişdir. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, 19 iyun 2023-cü il tarixdə təxmini saat 21:00 radələrində ünvan 1 ünvanında polis əməkdaşı ona yaxınlaşıb polis şöbəsinə aparacağını bildirmişdir. O, da bunun səbəbini soruşmuşdur, polislər isə onlardan şubhələndiklərini bildiriblər. O da buna etiraz etməmiş və polislərlə birlikdə bölməyə gəlmişdir, lakin bölmədədə müəyyən edildi ki heç bir xəta törətməmişdir. Protokol tərtib etmiş şəxs Yasamal RPİ 29-cu PŞ-nin sahə inspektoru Əli Məmmədov bildirdi ki, protokolu raport əsasında tərtib etmişdir. Belə ki, raporta əsasən 19 iyun 2023-cü il tarixdə təxmini saat 21:00 radələrində ünvan 1 ünvanında Şəxs özünü şübhəli aparmışdır, polislər oğurluqda ondan şübhələnmişlər. Polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş, həmin şəxs ona tabe olmayaraq qaçmağa çalışmışdır. Polis əməkdaşı CPA əməkdaşları ilə birlikdə onu polis şöbəsinə gətirmişlər. Bu səbəbdən də onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolun tərtib edilməsinə əsas olmuş Raportda qeyd edilənlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. İnzibati xəta törədilməsi sübut olunmur. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, polisin ixtiyari bir tələbinə tabe olmamaq İXM-nin 535.1ci maddəsinin tərkibini yaratmır. Polis ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddənin tərkibini yaratdığı üçün, ictimai qaydanın mühafizə vəzifələrinin icrasından irəli gələn qanuni tələblər mövcud olmalıdır. Yəni tələb qanuni olmalıdır. Həmin tələb məhz polis ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən tələb edilməlidir. Lakin nə protokolda, nə də ki raportda polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən hər hansısa bir qanuni tələbinin olması, bu tələbin nədən ibarət olması öz əksini tapmamışdır. Polisin şəxsi bölməyə dəvət edərkən və ya şəxsdən şübhələndiyini bildirərkən, şəxsin onun bölməyə aparılmasının və ya şübhənin əsasını soruşmaq, polisin qanuni tələbinə tabe olmamaq kimi qiymətləndirilə bilməz. Hər bir halda görünür ki, şəxslərin hər hansı bir cinayət, inzibati xəta və ya digər hər hansı qanunsuz əməl törətməsi bölmədə aşkarlanmamışdır. Bu səbəbdən də heç bir pozuntusu olmayan şəxsdən şübhələnmək, onu bölməyə aparmaq zamanı şəxsin bunun əsasını bilmək, buna etiraz etmək hüququ vardır. Şəxsin bölməyə aparılması, artıq onun tutulması deməkdir, çünki bu andan sərbəst hərəkət etmək hüququ məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 67-ci maddəsinin İ hissəsinə əsasən səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Həmçinin İXM-nin 91.0.1-ci maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etməlidir. Nəzərə alınmalıdır ki, tutulma könüllü deyildir, məcburi tətbiq edən tədbirdir. İXM-nin 89.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Göstərilənlərə əsasən əgər şəxs hər hansısa şübhəyə görə (xırda oğurluq və ya digər inzibati xətanın törədilməsində şübhəyə görə) saxlanılıb, tutulmuşdursa, lakin həmin şübhə öz təsdiqini tapmamışdırsa, onda şəxs azad edilməlidir. Belə halda şəxsin əməlində əlavə olaraq İXM-nin 535.1-ci maddəsinin tərkibi yaranmır. Çünki belə halda şəxsin əməlində konkret olaraq polisin ictimai qaydanı mühafizə vəzifələrini yerinə yetirərkən hər hansısa bir qanuni tələbinini yerinə yetirməməsi baş verməmişdir. Şəxs inxibati xətanın törədilməsində şübhələndiyi üçün saxlanılmışdır. Belə vəziyyətdə polisin icra etdiyi vəzifə, artıq şəxsin saxlanılmasına qədərki baş vermiş hansısa inzibati xəta hadisəsinin araşdırılması olmuşdur ki, həmin inzibati xətanın törədilməsində də şəxsdən şübhələnib onu saxlamaq istəmişlər. Bir daha qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Görünür ki, polis əməkdaşları şəxsi saxlayıb, oğurluqda şübhələndikləri üçün şəxsiyyət vəsiqəsini tələb etmişlər. Belə olduğu təqdirdə əgər şəxsdən oğurluqda şübhələnilirsə, həmin şəxsi İXM-nin və CPM-nin verdiyi hüquqlardan istifadə edərək polis əməkdaşları onu tuta bilərlər. Polis əməkdaşının şübhəli şəxsin inzibati xəta törədilməsinə görə və ya cinayət əməli törədilməsinə görə həmin şəxsdən şübhələnməsi ilə görəcəyi tədbirlər polis əməkdaşının məhz inzibati xəta və ya cinayət əməlinin qarşısının alınması, bu cür əməlləri törətmiş şəxslərin ifşa edilməsi, məsuliyyətə cəlb edilməsi sahəsindəki fəaliyyətinə aid məsələlərdir. Polis əməkdaşlarının protokolda və raportda göstərilən vəzifələrinin nədən ibarət olması, bu zaman hansı prosessual qərarların qəbul edilməsinə aid prosessual məsələlər İXM və CPM ilə tənzimlənmişdir. İXM və CPM ilə tənzimlənən məsələlər üzrə prosessual vəzifələrinin yerinə yetirilməsi sahəsindəki polisin fəaliyyəti konkret olaraq İXM və CPM ilə tənzimləndiyindən, bu cür vəziflərinin yerinə yetirilməsi məsələləri ictimai qaydanın mühafizə vəzifələrini icra edilməsi sahəsinə aid deyil, İXM və CPM ilə müəyyən edilmiş hüquq və vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır. Ona görə də məhz bu cür funksiyalarını yerinə yetirərkən, polis əməkdaşının tələblərinə tabe olmayan şəxslər olarsa, polis əməkdaşlarının həmin şəxsi İXM və CPM ilə müəyyən edilmiş qaydada tutmaq hüququ, şübhənin aydınlaşdırılmasından asılı olaraq prosessual qərarlar qəbul etmək hüququ, şübhələr əsassız olduqda isə şəxsi azad etmək vəzifələri vardır. Ona görə də bu cür məsələlərlə bağlı polis əməkdaşının yerinə yetirdiyi vəzifələr İXMnin 535.1-ci maddəsindəki nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edilməsi sahəsinə aid deyil. Bu səbəbdən də İXM-nin 535.1-ci maddəsindəki vəzifələrin yerinə yetirilməməsi ilə bağlı olmayan, İXM və CPM ilə tənzimlənən digər funksiyalarını yerinə yetirərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaq, İXM-nin 535.1-ci həmin maddəsindəki inzibati xəta kimi müəyyən edilə bilməz. Bu səbəbdən də protokolda göstərilən əməldə İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar