Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3394/2025 04.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X3 inzibati xəta haqqında iş üzrə qərarın icrasına xitam verilməsi barədə ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı qərarı ilə X2 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. X5 ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2019cu il tarixli, BNA ******* saylı inzibati xəta haqqında iş üzrə qərar əsasında inzibati cərimə edilmişdir. Bu müddət ərzində maddi vəziyyəti zəif olduğundan cərimələri ödəyə bilməmişdir. Müddətin keçməsini nəzərə alaraq yuxarıda göstərilən qərarın icrasına xitam verilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə baxılmasının vaxtı və yeri barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verilsə də, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, təqdim edilmiş sənədləri, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, yuxarıdan da göründüyü kimi məhkəmədə müəyyən edildi ki, icrasına xitam verilməsi tələb edilən qərarla şəxs inzibati cərimə edilmişdir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 5 ildən artıq vaxt keçmişdir. Ona görə də İXM-in aşağıdakı normalarına əsasən məhkəmə hesab edir ki, həmin qərarla verilmiş tənbehin icra müddəti keçdiyindən, artıq həmin qərar icra edilə bilməz, buna görə də həmin qərarın icrasına xitam verilməlidir. Çünki, İXM-in 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. İXM-nin 146.1-ci maddəsinə əsasən həmin Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İXM-nin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İXM-in 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Yuxarıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 138-148ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019cu il tarixli, BNA ******* saylı qərarının icrasına xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-3394/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3394/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver