Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3398/2023 11.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsinin nümayəndəsi X4 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsi tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 61A ünvanında yerləşən Plaza icarə obyektində Y.T.M. keçirilən zaman YTQ-nin pozulduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci ərazi X9 İdarəsinin nümayəndəsi X8 protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti ilə bağlı tələblər yerinə yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X7 izahatında bildirmişdir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX-nin 2-ci ərazi X9 İdarəsi tərəfindən keçirilmiş yoxlamaya və 09 iyun 2023-cü il tarixli, MN1213196 saylı protokola əsaslanır. Adı çəkilən idarənin əməkdaşı Şəxs MMC-nin Tbilisi pr.,149 ünvanda baş ofisdə növbəti yoxlama zamanı YTQ-nın 5.1-5.6 bəndlərinin tələbləri (təxliyə yollarının normalara uyğunluğu və saxlanma vəziyyəti) pozulduğu əsas hesab edərək qusurlar barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Yoxlamanı həyata keçirən 2-ci ərazi X9 İdarəsinin əməkdaşı tərtib etdiyi protokoldakı faktlar öz əksini tapmır. Belə ki, 20 ildən artıq inşa olunan inzibati bina FHN tərəfindən hər il, bəzən ildə iki dəfə yoxlama keçirilib, lakin bununla bağlı hər hansı bir nöqsan qeydə alınmayıb. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının 5-ci bəndi: 5.1. Köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır; 5.2. Köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Adamlar otaqlarda olan vaxtı qapılar daxildən yalnız tez açılan cəftə ilə bağlanıla bilər; 5.3. Köçürmə çıxışlarında aşağıdakılar qadağan olunur: - köçürmə yollarında (5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkən qəfəslərinin və meydançaların, eləcə də pilləkən qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkən qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi; - keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkən qəfəslərinin və pilləkənlərin mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının mismarlanması; - tamburların çıxışlarında (şəxsi yaşayış evlər və mənzillər istisna olmaqla) paltarın qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq və materialların müvəqqəti və ya daimi saxlanılması; - köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması; - pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbiq (fiksasiya) etmək və ya çıxartmaq. - 5.4. Otaqlarda texnoloji, sərgi və digər avadanlıqların yerini dəyişdikdə pilləkən qəfəslərində köçürmə keçidləri və digər köçürmə yolları, layihə normalarına uyğun olmalıdır. - 5.5. Kütləvi insan toplaşan binalarda elektirik enerjisinin kəsilməsi hallarını nəzərə alaraq, xidməti heyət elektirik işıqlandırıcılari ilə təmin edilməlidirlər İşıqlamdırıjılarm sayı növbətçi heyətin hər bir əməkdaşına, bir dənədən az olmamaq şərti ilə, binada olan insanların, növbətçi heyətin sayının və obyektin xüsusiyyətini nəzərə almaqla rəhbərlik tərəfindən müəyyən edilməlidir; - 5.6. Kütləvi şəkildə adamlar olan otaqlarda xalça, xalça zolaqları və digər döşəmə örtükləri, döşəməyə möhkəm bərkidilməlidir. Əməkdaşlarımız tərəfindən YTQ-nın 5.1-5.6 bəndlərinin tələblərində konkret saydıqları qüsurun nədən ibarət olması və buna uyğun standartların göstərilməsi, təqdim edilməsi istənilsə də protokolu tərtib edənlər bunu göstərə bilməmişdir. Belə olan halda hansı qüsuru əsas gətirib protokol tərtib etmək olar. Eyni zamanda onu da bildirirlər ki, inzibati binada mövcud olan ilkin yanğınsöndürmə alət və vasitələr norma qaydalarının tələblərinə uyğun saxlanılır. Əlavə məlumat üçün bildirim ki, keçən ilin mart ayında adı çəkilən ofisdə yoxlama aparmış, (həmin vaxt ofisdə olan vəziyyət necə idisə bu gün də eynisidir) heç bir qusur aşkar edilməmişdir. Əgər belə bir hal vardısa nə üçün hər il keçirilən yoxlamanın nəticəsində qusur aşkar olunmurdu (eyni vəziyyətdə qəbul edilmiş), bu il isə aşkarlandı. Qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarına və şərh edilənlərə əsaslanaraq Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 02 iyun 2023-cü il tarixli çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı Şəxs MMC yoxlanılan təsərüffat obyektinin kodu, ünvanı və fəaliyyət növü 13002 Plaza icarə, Az1122, Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, ev 61A, mənzil 0, şəxsi daşınmaz əmlakın istismarı və kirayəyə verilməsi qeyd edilmişdir. Yanğın-Texniki müayinənin aparılması haqqında 30 may 2023-cü il tarixli 2549 nömrəli qərardan görünür ki, Şəxs MMC-nə məxsus Yasamal rayonu, Tbilisi prospekti 61A ünvanında 05 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti X1 X5 09 iyun 2023cü il tarixli 2549 nömrəli qərardan görünür ki, obyektin təxliyyə yollarının normalara uyğunluğu və saxlanma vəziyyəti YTQ-na uyğun saxlanılmamışdır. YTQ 01.2001 bənd 5.1-5.6 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 518.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3398/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3398/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver