Məhkəmə qərarları › İş №3(004)-340/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-340/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-340/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ və Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş protokollara və onlara əlavə olunmuş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokollar onlara əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15690062 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək ona 20 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Hazırda o, qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15698870 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək ona 40 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Hazırda o, qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15677835 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək ona 10 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Hazırda o, qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokol tərtib etmiş Azərbaycan Respublikası DİN BDYPİ-nə, eyni zamanda Yasamal RPİ DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokollar üzrə müəyyən edilir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan ki, Şəxs barəsində Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbu edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15690062 nömrəli ona təyin edilmiş 20 manat cəriməni, həmçinin cərimənin ödənilməməsinə görə ona 6 manat məbləğində dəbbə pulunu ödəmişdir. Lakin Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin müvafiq qaydada təsdiq edilmiş portal çıxarışından və inzibati tənbeh vermə haqqında qərarlardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15677835 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15698870 nömrəli qərarlarla müvafiq olaraq 10 və 40 manat cərimə məbləğini və hesablanmış dəbbə pulunu ödəməmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş reyestr çıxarışlardan müəyyən edilir ki, qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15677835 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15698870 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar qanunla müəyyən edilmiş müddətdə Şəxs şəxsi elektron kabinetinə yerləşdirilmiş, həmçinin yaşayış yeri üzrə ünvanına göndərilmişdir. İş materiallarında olan: - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15677835 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 10 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 6 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15698870 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 40 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 24 manat məbləğində dəbbə pulu hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat üzrə iş aparılan Şəxs xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15677835 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15698870 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlara əsasən Azərbaycan Respublikası İXM-nin 328.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 10 və 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Qeyd edilən qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokollar tərtib edilmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanın tərkib əlamətlərinin olması tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Elektron məhkəmə informasiya sistemində aparılan yoxlama nəticəsində müəyyən edilir ki, 2023-2024-cü il ərzində Şəxs barəsində onun İXM-nin 529.3-cü maddəsi ilə təqsirli olmasına dair 5 qərar qəbul edilmişdir. Qeyd olunan hal, yəni İXM-nin 33.1.2-ci maddəsinə əsasən, eyni inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal olaraq qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası DİN Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokola münasibətdə qeyd edir ki, həmin protokoldan göründüyü kimi o, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15690062 nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək ona 20 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. O, qeyd olunan qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Asan Pay” ödəniş sistemindən çıxarılmış çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15690062 nömrəli elektron qərara əsasən tətbiq edilmiş 20.00 (iyirmi) manat cərimə və ona hesablanmış 12.00 (on iki) manat dəbbə pulu, cəmi 32.00 (otuz iki) manat Şəxs tərəfindən tamamilə ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15690062 nömrəli elektron qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Şəxs barəsində olan müvafiq inzibati cəriməni və ona hesablanmış dəbbə pulunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokollar üzrə İXMnin 529.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən tərtib xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokola münasibətdə isə məhkəmə hesab edir ki, Şəxs müvafiq inzibati cəriməni ödədiyindən barəsində həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokollar üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokola dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar