Məhkəmə qərarları › İş №3(004)-3408/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3408/2021

28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3408/2021 28.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şikayətçi "xxxx" MMC-nin direktoru X4, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Elıt-S MMC-olaraq 20.08.2021-cı ıl tarixində X1 işə qəbul olunması ilə əlaqədar Əmək müqaviləsi bağlanmışdır. B.S.Mırzəyev həmin tarixdən onların şirkətində əmək fəaliyyətinə başlamışdır. 06.09.2021-cı ıl tarixdə "İş icraçısı" vəzifəsinə qəbul olunmuş X3 işçilərlə və ərazi ilə tanışlıq zamanı 07.09.2021-cı ıl tarixdə B.S.Mırzəyev heç bir səbəb olmadan birinci dəfə tanış olduğu Ş N.Əliyevin onların müəssisəsində işləməsinə etiraz edərək, nalayıq söyüşlər söyərək ona hucum etmiş, ərazidə olan işçilər onu sakitləşdirməyə çalışsalarda o buna məhəl qoymadan özünə məxsus avtomobilin arxa yük yerindən 50-60 sm uzunluğunda dəyənəyi götürərək, Ş.N.Əliyevə məxsus avtomobilin sağ yan güzgüsünə və ön şüşəsinə bır neçə dəfə zərbə endirmiş, həmin hissələri sındırmış və nəticədə Ş N Əliyevə maddi ziyan vurmuşdur. В.S. Mırzəyevin bu hərəkəti yerində aktılaşdırılmışdır. Ancaq B.S. Mırzəyevin yaşlı olması və pensiyaçı olması nəzərə alınaraq onun xeyirinə olaraq yol verdiyi nöqsana gorə deyil Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-cı hissəsinin “a" bəndinə əsasən (Tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad olunmuşdur. В.S. Mırzəyev isə bununla razılaşmadığına görə onun qanunsuz işdən azad olunduğunu iddia edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri idarəsinə şikayət etmişdir. Əmək Müfəttişliyi isə qanunsuz olaraq Azərbaycan Respublikasının İnzibatı xətalar Məcəlləsinin 192.6-cı maddəsini rəhbər tutaruq, 22.10.2021- cı ıl tarixində 1500 manat məbləğində İnzibatı tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul etmişdir. Bu qərarı əsassız hesab edirlər çünki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində birmənalı olaraq göstərilmişdir ki,əmək müqaviləsinə tərəflərdən bırının təşəbbüsü ilə xitam verilə bilər. Yənı ışçı və ya işəgötürən tərəfindən təşəbbüs gostərilə bilər. Həmçinin ışçı işdə yol verdiyi nöqsana görə deyıl onun xeyirinə olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-cı hissəsinin "a” bəndinə əsasən işdən azad olunmuşdur. Ona görədə Əmək Müfəttişliyi tərəfindən barələrində tərtib olunmuş 22.10.2021-ci il tarixli MN ******* nömrəli qərarın ləğv olunmasını və В.S. Mırzəyevin hərəkətlərinə hüquqi qiymət verilməsini təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X6 şikayəti müdafiə edərək, bildirmişdir ki, ədalətli məhkəmə qərarının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarın əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən "xxxx" MMC tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər mövcuddur.Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinə həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.Həmçinin əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini nəzərə almadan X10 oğlunun əmək müqaviləsinə (ƏM-nin həm 68-ci maddəsinin “a” bəndinə və həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən) xitam vermişdir. Bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında MN ******* nömrəli, 12 oktyabr 2021-ci il tarixli protokol tərtib edilmiş və 22 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar