Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3409/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1064/2021 saylı, 31.05.2021-ci il tarixli qətnaməsinə əsasən 19 oktyabr 2020-ci il tarixdən başlayaraq borclu Şəxs birgə nikahlarından doğulmuş 26.06.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ miqdarında aliment, uşaq 03 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment və eyni zamanda hər ay əlavə 60 (altmış) manat pul məbləğində aliment əlavə edilməklə (qazancının və (və ya) başqa gəlirlərin ¼ hissəsi miqdarında, uşaq 03 yaşına çatanadək hər ay 50 (əlli) manat və 60 (altmış) manat sabit pul məbləğində aliment) tutularaq tələbkar X3 verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 11.06.2021-ci il tarixli qətnaməsinə əsasən icra sənədində göstərilən əmlaklar və qızıl-zinyət əşyaları cavabdehlər Şəxs və X2 alınaraq iddiaçı X3 verilməlidir. Həmçinin borclu Şəxs 15 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 150 manat alınaraq iddiaçı X3 verilməlidir. Borclu icra vərəqələrində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 3040 manat aliment borcu yığılmışdır. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 14.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Hazırkı vaxtadək müəyyən qədər imkanı olduqca alimenti ödəyirdi, yayda 250 manat bir ödəmiş, 2 ay əvvəl də 500 manat ödəmişdir. Maddi imkanı olmadığı üçün hal-hazırda yığılıb qalmış alimenti tam ödəyə bilməmişdir. Lakin yaxın bir neçə ayda alimentin bir hissəsini də ödəmək üçün çalışır. Yasamal Rayonu İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Faktiki olaraq borclunun icra sənədini digər yolla ödəmək qabiliyyətinin olması, lakin bundan boyun qaçırması halını təsdiq edəcək digər bir sübutlar mövcud deyildir. Hazırkı vaxtadək borclunun bildirdiyinə görə 250 manat və 500 manat da bir dəfə olmaqla aliment ödəmişdir. Lakin tələbkar aliment borcunun hammısını birdəfəlik ödənilməsini tələb edir. Həmçinin imkanı olmadığı təqdirdə hissə-hissə ödəmək təklif edilsədə, müxtəlif bəhanələrlə icradan yayınmış, hazırda protokolda göstərilən məbləğdə borcu yaranmışdır, bununla da üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. Həmçinin icra məmuru bildirdi ki, tələbkara inzibati xəta haqqında protokol tərtib edilməsi və məhkəmədə iştirakı barədə məlumat verilmiş, lakin tələbkar bildirmişdir ki, rayonda olduğu üçün məhkəmə iclasında iştirak etməyəcəkdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1064/2021 saylı, 31.05.2021-ci il tarixli qətnaməsinə əsasən 19 oktyabr 2020-ci il tarixdən başlayaraq borclu Şəxs birgə nikahlarından doğulmuş 26.06.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ miqdarında aliment, uşaq 03 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment və eyni zamanda hər ay əlavə 60 (altmış) manat pul məbləğində aliment əlavə edilməklə (qazancının və (və ya) başqa gəlirlərin ¼ hissəsi miqdarında, uşaq 03 yaşına çatanadək hər ay 50 (əlli) manat və 60 (altmış) manat sabit pul məbləğində aliment) tutularaq tələbkar X3 verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 11.06.2021-ci il tarixli qətnaməsinə əsasən icra sənədində göstərilən əmlaklar və qızıl-zinyət əşyaları cavabdehlər Şəxs və X2 alınaraq iddiaçı X3 verilməlidir. Həmçinin borclu Şəxs 15 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 150 manat alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İcra məmuru tərəfindən 13.07.2021 və 30.09.2021-ci il tarixli qərarlarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3409/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3409/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver