Məhkəmə qərarları › İş №3(004)-3416/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3416/2021

28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3416/2021 28.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin səlahiyyətli nümayəndəsi tərəfindən 10.12.2021-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. AR DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsi məhkəməyə ərizə təqdim edərək inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb olmuş hallar aradan qalxdığından protokolun və işə əlavə edilmiş digər materialların baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material baxılmadan geri qaytarılmalıdır. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, AR DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 091001 nömrəli 23 dekabr 2021-ci il tarixli ərizəyə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Vergilər Nazirliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar