Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3431/2024 23.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 20 iyun 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 28 iyun 2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN:**********) Bakı səhəri, Səbail rayonu, Salyan sossesi 12 ünvanında yerləşən anbarına daxil olmuş “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda olan yüklərinin ölkə ərazisində çıxarılmadığı barədə əldə edilmiş məlumatla bağlı həmin anbara baxış keçirilmişdir. Baxış zamanı 2 gömrük bəyannaməsi üzrə ( xx.xx.2021-ci il tarixli **********3872 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********3134 sorğu nömrəli) eyniləşdirmə tədbirləri həyata keçirilmişdir. Tədbirlərin davamında **********3134 sorğu nömrəli gömrük bəyannaməsinin 6- cı mal mövqeyində qeyd olunmuş “qara metaldan barabanlarda sualtı üzən qurğu üçün xortumla təchiz edilmiş kabeKistifadə olunmuş) adlı malın anbarda olmadığı aşkarlanmışdır. Sahibkarlıq subyektinin anbardarının təqdim etdiyi barabanda kabelin eyniləşdirilməsi mümkün olmamışdır. Həmçinin **********3872 sorğu nömrəli gömrük bəyannaməsinin 1 və 2-ci mal mövqeyində olan avadanlıqlarının anbarda olmadığı və həmçinin ölkədən çıxarılmadığı aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********3872 sorğu nömrəli və **********3134 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2023ci il müəyyən edilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) adına xx.xx.2021-ci il tarixli **********3872 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********3134 sorğu nömrəli gömrük bəyannamələri əsasında müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilən mallar müvafiq olaraq **********9248 və **********9355 sorğu nömrəli gömrük bəyannamələri ilə rüsumları ödənilərək sərbəst dövriyyə gömrük proseduru altında yerləşdirilmişdir. Ancaq **********3134 sorğu nömrəli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində 4768.25(dörd min yeddi yüz altmış səkkiz manat 25 qəpik) manat dəyərində “qara metaldan barabanlarda sualtı üzən qurğu üçün xortumla təchiz edilmiş kabeKistifadə olunmuş)” kimi bəyan olunan vük vaxtında təkrar ixrac edilməmişdir. Müddət bitdikdən sonra xx.xx.2024-cü il tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilmişdir. Həmçinin **********3872 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş 15538(on beş min beş yüz otuz səkkiz) manat dəyərində olan malların müvəqqəti idxal müddəti altında qalma müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, ancaq yadımızdan çıxdığı üçün 1 il sonra 05 mart 2024-cü il tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş xx.xx.2021-ci il tarixli **********3134 sorğu nömrəli gömrük bəyannaməsinin 6-cı mal mövqeyi və xx.xx.2021-ci il tarixli **********3134 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların ümumi gömrük dəyəri 20306.25(iyirmi min üç yüz altı manat 25 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalan”nın 6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) avdan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti idxal xüusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin basa çatmasına 1 (bir) av qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) ava qədər uzadır. Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç av keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və va nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluqun maliyyələşdirilməsinə qarsı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli səkildə sərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71ci maddəsinin Vİİİ və X hissələrinin. 80-ci maddəsinin konstitusion hüquqi mahiyyətindən və təyinatından irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətalar əvvəllər müvəqqəti gətirilmiş və va aparılmış mallar və va nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və va bu əraziyə qaytarıldığı gün törədilmiş hesab edilir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı həmin tarixdən başlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə qecikdirilməklə” müddəasının hansı müddəti əhatə etməsi baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə" müddəası Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və va bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və va aparılmış mallar və va nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və va bu əraziyə qaytarılmasının bir ildən artıq və növbəti bir ilin sonunadək olan müddətə gecikdirilməsini nəzərdə tutur. Nəticədə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Əməliyyat və Təhqiqat İdarəsinin rəis müavini Orxan Hacıyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 04 Mart 2024-cü il tarixdə BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev.49 C ünvanında qeydiyyatda olan "Fugro Finance B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: ********** ) Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən anbarına daxil olmuş ’’müvəqqəti idxal” xüsusi gömrük posedurunda olan yüklərinin ölkə ərazisindən çıxarılmadığı barədə əldə edilmiş məlumatla bağlı həmin anbara baxış keçirilmişdir. Baxış zamanı 2 gömrük bəyannaməsi üzrə (xx.xx.2021 tarixli **********3872 sorğu nömrəli, xx.xx.2021 tarixli **********3134 sorğu nömrəli) eyniləşdirmə tədbirləri həyata keçirilmişdir.Tədbirlərin davamında **********3134 sorğu nömrəli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində qeyd olunmuş “Qara metaldan barabanlarda sualtı üzən qurğu üçün xortumla təchiz edilmiş kabel (istifadə olunmuş) “adlı malın anbarda olmadığı aşkarlanmışdır. Sahibkarlıq subyektinin anbardarının bizə təqdim etdiyi barabanda kabelin eyniləşdirilməsi mümkün olmamışdır. Həmçinin **********3872 sorğu nömrəli gömrük bəyannaməsinin 1 və 2-ci mal mövqeyində olan avadanlıqların anbarda olmadığı və həmçinin ölkədən çıxarılmadığı tərəfimizdən aşkarlanmışdır. xx.xx.2021-ci il tarixli **********3134 nömrəli gömrük bəyannaməsindən görünür ki, sualtı üzən qurğu üçün sükan mühərriklər ixrac edilmişdir. xx.xx.2021-ci il tarixli **********3872 nömrəli gömrük bəyannaməsindən görünür ki, “LG” nişanlı kompüter üçün LCD monitor ixrac edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1 və 3.2-ci maddələrinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Bu müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına bir ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 aya qədər uzadır. Göründüyü kimi qüvvədə olan gömrük qanunvericiliyində bir qayda olaraq 3 ildən artıq müddətə malların müvəqqəti ixrac prosedurunda qalma müddəti nəzərdə tutulmamışdır. Habelə, qanunvericilik idxalatçının üzərinə malların təkrar idxal edilməsi vəzifəsi qoymaqla malların ölkə ərazisinə qaytarılması məqsədi daşıyır. Tənzilməyici normalardan ibarət qeyd olunan müddəaların tələblərinə riayət edilmədiyi halda isə mövcud ictimai münasibətlərin qorunması məqsədi ilə inzibati xətalar qanunvericiliyində məsuliyyət müəyyən edilmişdir. İş materiallarında görünür ki, hüquqi şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən istinad olunan Gömrük bəyannamələri üzrə malların öhdəlik müddəti ərzində yəni 30 yanvar 2022-ci il və 23 fevral 2022-ci il tarixədək Azərbaycan Respublikasına geri qaytarılması təmin edilməmiş və bununlada "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının inzibati məsuliyyətə cəlb edilməsi üçün sonuncu müddət 31 yanvar 2023-cü il və 24 fevral 2023-cü il müəyyən edilmişdir. Buna görə də "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İXM-in 499.1.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 31 yanvar 2022-ci il və 24 fevral 2022-ci il tarixdən bir ildən artıq müddət keçdiyindən, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində inzibati tənbeh verilə bilməz. İXM-in: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, «Fuqro Finance B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində tərtib olunmuş 20 iyun 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 38.1-ci maddəsinin tələbləri nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 499.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 20 iyun 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3431/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3431/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver