Məhkəmə qərarları › İş №3(004)-3434/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3434/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3434/2020 04.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyiilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 etibarnamə üzrə nümayəndəsi X2, zərər çəkmiş şəxs Yusif-X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, həkim-stomatoloq vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət X16 (DYPİ) tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:20 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hyundai Tucson” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə A.Sultanova küçəsində hərəkət edərkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirib yolayrıcına daxil olmuş və Mətbuat prospektində hərəkət edən Yusif-X4 idarə etdiyi “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobil əzilmiş və avtomobilin sahibinə maddi zərər dəymişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2 (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) və 332.4-cü(İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə)maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər BPİ-nin DYPİ-sinin etibarnamə üzrə nümayəndəsi X6 tərtib edilmiş protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:20 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hyundai Tucson” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə A.Sultanova küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini, yəni yolayrıcını nizamlayan svetoforun qadağanedici işıq siqnalının tələbini pozaraq hərəkətinə davam etdirmiş və həmin küçə ilə Mətbuat prospektinin kəsişməsində yerləşən yolayrıcına daxil olmuşdur. Nəticədə o, sürücü Yusif-X4 Mətbuat prospekti ilə öz hərəkət istiqamətində idarə etdiyi “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə maddi zərər dəymişdir. “Təhlükəsiz Şəhər” müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sürücü Şəxs işıqforun qadağanedici qırmızı işığında yolayrıcına daxil olmuş, digər sürücü X9 Ağa oğlu isə yolayrıcına daxil olarkən hər hansı bir yol nəqliyyat nişanının tələbini pozmayıb öz yolu ilə hərəkətini davam etdirmişdir. Hətta videogörüntüdən görünür ki, “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 Ağa oğlu yolayrıcına svetoforun yaşıl işığı yandıqdan 3 saniyə sonra hərəkətini dayandırmadan düzünə davam etdirmişdir. Onun hərəkətdə olduğu zolaqda qüvvədə olan yol nəqliyyat nişanına görə düzünə və sağa hərəkət etməsinə icazə verildiyindən, düzünə hərəkətinə davam etdirməsi ilə onun tərəfindən hər hansı bir yol hərəkəti qaydası pozulmamışdır. Qeyd olunan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş, lakin həmin vaxt araşdırma zamanı müvafiq ekspertiza keçirilmədiyindən protokol və ona əlavə edilmiş materiallar məhkəmənin qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra iş üzrə yol nəqliyyat hadisələrinin ekspertizası təyin edilərək rəy alınmışdır. Təqdim edilmiş rəydən də müəyyən edilir ki, sürücü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X6 göstərilənlərə əsasən Şəxs qeyd olunan xətanın törədilməsində təqsirli bilinərək barəsində tənbeh tədbirinin təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün özünü təqsirli bilsə də İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, o, həmin vaxt yol hərəkəti qaydalarını öyrənmiş, lakin sürücülük vəsiqəsi ala bilməmişdir. Yalnız baş vermiş hadisədən sonra BDYPİ-də imtahan verib xx xxxx 2020-ci il tarixdə sürücülük vəsiqəsi almışdır. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 09:20 radələrində idarə etdiyi “Hyundai Tucson” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə A.Sultanova küçəsi ilə hərəkətdə olarkən sərt tormozlama etməmək üçün yolayrıcını nizamlayan svetoforun sarı işıq siqnalında hərəkətinə davam etdirmiş və həmin küçə ilə Mətbuat prospektinin kəsişməsində yerləşən yolayrıcına daxil olmuşdur. Bu vaxt Mətbuat prospekti ilə hərəkət edən “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 Ağa oğlu yol hərəkəti nişanının tələbini pozub sağa dönmə manevri üçün nəzərdə tutulmuş zolaqdan düzünə hərəkət etmiş, eyni zamanda o, yolayrıcında olduğundan ona yol verməli olduğu halda öz hərəkətini davam etdirib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Nəticədə sürücüsü X9 Ağa oğlu düzünə hərəkət edib idarə etdiyi “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus “Hyundai Tucson” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq maddi ziyan vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Şəxs əlavə olaraq qeyd etmişdir ki, o, yolayrıcında olanda qarşısından keçdiyi digər nəqliyyat vasitələri ona yol vermişlər bu isə o anlama gəlir ki, o, qırmızı işıqda deyil sarı işıqda yolunu davam etdirməklə yolayrıcına daxil olmuşdur. İş materiallarında isə bunun əksini sübut edən hər hansı bir sübut təqdim edilməmişdir. Şəxs onun tərəfindən İXM-nin 327.2-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından barəsində iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən vəkil X3 hüquqlarını müdafiə etdiyi barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərilən xüsusatları təsdiq edərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə verilmiş rəylə razı deyildir. Belə ki, ekspert qeyri-müəyyən nəticəyə gəlmiş, hadisə baş vermə anında “Hyundai Tucson” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə müəyyən edilməmişdir. Buna görə də “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisənin qarşısını almaq imkanının olmamasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə anında hərəkətdə olduğu zolaq üzrə düzünə istiqamətdə hərəkətini davam etdirə bilməzdi, ona görə ki, daha əvvəlki zolaqda olan nişan düz və sağa hərəkətə yol verdiyindən, məntiqi olaraq ondan sağda yerləşən zolaqdan sürücü ancaq sağa hərəkət edə bilərdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X9 Ağa oğlu izahatında göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 09:20 radələrində idarə etdiyi “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə uzaqdan svetofora 30-40 km/saat hərəkət sürəti ilə yaxınlaşdıqda tormoza basaraq nisbətən hərəkət sürətini azaltmış, svetofora çatdıqda isə artıq yaşıl işıq yandığından ayağını tormozdan uzaqlaşdırmış və bundan sonra avtomobil özü əvvəlki sürəti ilə hərəkətini davam etmişdir. O, yolayrıcına sağ kənar zolaqdan daxil olsa da yolayrıcını tənzimləyən nişana görə düzünə istiqamətdə hərəkətinə qadağa olmamışdır. Hadisə zamanı o, hər hansı bir yol hərəkəti qaydasını pozmamışdır. Ona görə də, Şəxs qeyd olunan xətanın törədilməsində təqsirli bilinərək barəsində tənbeh tədbirinin təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, yol nəqliyyat hadisəsinin sxemini, ekspertiza rəyini və işə əlavə edilmiş digər sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, protokola əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən müəyyən edilir ki, hadisənin baş verdiyi yer Mətbuat prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsidir. Şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:20-də sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai Tucson” (minik) markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu A.Sultanova küçəsiylə, X9 Ağa oğlu isə “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mətbuat prospektiylə hərəkətdə olmuş və toqquşma nəticəsində hər iki avtomobil əzilərək maddi zərər dəymişdir. İnzibati xəta hadisəsinin görüntüləri əks etdirilmiş disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, yolayrıcını tənzimləyən svetoforun “Mercedes” markalı **- XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 Ağa oğluna münasibətdə yaşıl işığı yandığı anda o, piyada keçidinin qarşısından hərəkət edir, yəni hələ o, yolayrıcına daxil olmamışdır. Müşahidə edilir ki, X9 Ağa oğlu yaşıl işıqda svetofora yaxınlaşdığından və həmin vaxt digər nəqliyyat vasitələri hərəkətə başladığından o, dayanmadan düzünə hərəkətini davam etdirmişdir. Həmçinin müəyyən edilir ki, “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 Ağa oğluna münasibətdə yaşıl işıq yandığı anda ona perpendikulyar istiqamətdə düzünə hərəkətdə olan “Hyundai Tucson” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs da yolayrıcına artıq daxil olmuşdur. Bu halın məntiqi nəticəsi olaraq belə qənaətə gəlinir ki, “Hyundai Tucson” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs özünə münasibətdə svetoforun qadağanedici qırmızı işığında yolayrıcına daxil olmuşdur. Göstərilənlərlə yanaşı müşahidə edildi ki, “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 Ağa öz hərəkət istiqamətinin sağ yan zolağı ilə düzünə hərəkət etmişdir, lakin onun düzünə hərəkətini qadağanedici yol nişanı aşkar edilmədi. Videogörüntü nümayiş etdirilərkən barəsində protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, idarə etdiyi “Hyundai Tucson” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili svetoforun sarı işığı yanarkən sərt tormozlama etməmək üçün yolayrıcına daxil olmuşdur. O, artıq yolayrıcına daxil olduğundan digər nəqliyyat vasitələri kimi “Mercedes” markalı **- XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 Ağa oğlu da ona yol verməli idi. Bundan başqa “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 Ağa oğlu düzünə hərəkət edə bilməzdi. Bununla bağlı məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X6 bildirmişdir ki, videogörüntüdən göründüyü kimi, “Hyundai Tucson” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcına daxil olarkən ondan öncə ağ rəngli nəqliyyat vasitəsi yolayrıcına daxil olub sola dönmə manevri etdiyindən o, gözləmə mövqeyində olmuş yəni burada hər hansı sərt tormozlama vəziyyəti yaranmamışdır. Bundan başqa, nəzərə alınsa ki, svetoforun sarı işığı yanmazdan öncə yaşıl işıq yanıb-söndüyündən sürücülərə qadağanedici işığın yanacağına dair xəbərdar edir, svetoforun qırmızı işığı yandıqdan sonra isə qarşı hərəkət istiqamətinin yaşıl işığı yanır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci və 3-cü hissələrinin tələbinə görə isə bu vaxt sürücü qanunla müəyyən edilmiş yerlərdə, yəni stopxətt, piyada keçidi və s. qarşısında nəqliyyat vasitəsinin hərəkətini dayandırmalıdır. Bütün bu hallar birbaşa olaraq ona işarə edir ki, “Hyundai Tucson” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs svetoforun qırmızı qadağanedici işığında yolayrıcına daxil olmuşdur. Barəsində protokol tərtib edilmiş Şəxs vəsatəti əsasında məhkəmə tərəfindən hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edildi ki, qeyd olunan yolayrıcında “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Yusif-X4 düzünə hərəkətini qadağan edən hər hansı bir yol nişanı mövcud deyildir. Belə ki, onun hərəkət etdiyi zolaqdan öncə mövcud olan zolaqdakı asfaltın üzərində düzünə və sağa manevr üçün yol nişanı işarələnmiş, sağ yan zolaqda isə hər hansı bir yol nişanı yoxdur. Dolayısı ilə sağ yan zolaqdan düzünə hərəkətə qadağa yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 8/1281 nömrəli rəyindən müəyyən edilir ki, təqdim olunmuş məlumatlara əsasən “Hyundai Tucson” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa sürücü Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan başqa rəylə müəyyən edilir ki, hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 30 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Yusif-X4 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 30 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Yusif-X4 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ 3 saylı ASAN Xidmət Mərkəzi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş və etibarlılıq müddəti xx xxxx 2030-cu il tarixədək olan AC seriyalı 579632 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, Yusif-X4 xx xxxx 2010-cu il tarixdən BC kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Həmçinin AB seriyalı 989873 nömrəli nəqliyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X9 Ağa oğluna məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş etibarlılıq müddəti xx xxxx 2030-cu il tarixədək olan AD seriyalı 401224 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, Şəxs BC kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Göründüyü kimi, hazırki yol nəqliyyat hadisəsi xx xxxx 2020-ci il tarixdə baş verdiyindən Şəxs həmin vaxt nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər İXM-nin 43-cü maddəsində nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokoldan isə görünür ki, həmin protokol Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən Şəxs İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə protokolda qeyd edilən yalnız 332.4-cü maddədə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs hərəkətlərində yalnız həmin maddənin tərkibinin olub-olmamasına qiymət verir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi xətasına görə - yüz manat məbləğində cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İ hissəsinə görə həmin maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin birinci hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan istifadəsində olan “Hyundai Tucson” (minik) markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək xx xxxx 2020-ci il tarixdə saat 09:20-də Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektiylə A.Sultanova küçələrinin kəsişməsində “Mercedes” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncu avtomobilin istifadəçisi X9 Ağa oğluna maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində şəxsiyyətini xarakterizə edən hallar nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bundan başqa, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət Yol Polisiİdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114-117, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət X13 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar