Məhkəmə qərarları › İş №3(004)-3436/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3436/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3436/2020 17.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, X4 Rövşən qızının iştirakı ilə, Əliyeva Aynur Rövşən qızının Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi RPİ-nin 19-cu PŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş eyni tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyeva Aynur Rövşən qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 19-cu PŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş eyni tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Əliyeva Aynur Rövşən qızı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə yaşayış yerini tərk etməsi üçün mobil telefonu vasitəsilə sms göndərmişdir. Lakin bu vaxt səhvən mobil telefonunun yaddaşında olan digər ailə üzvünə aid şəxsiyyət vəsiqəsinin nömrəsini göndərmişdir. Yoxlama aparılarkən polis əməkdaşına bu barədə məlumt vermişdir. Həmçinin qeyd etmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə SMS icazədən öz adına istifadə etməmişdir. Şikayət ərizəsində əlavə olaraq eyd edilmişdir ki, o, nümunəvi tələbə olmaqla, ödənişli əsaslarla təhsil alır və hazırda heç yerdə işləmir. Odur ki, Əliyeva Aynur Rövşən qızı göstərilən hallar nəzərə alınaraq barəsində Nəsimi RPİ-nin 19-cu PŞ-si tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 Rövşən qızı şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, o, qeyd olunan vaxt səhvən nənəsinin şəxsiyyət vəsiqəsinin seriya nömrəsini 8103-ə sms-lə göndərmiş və təsdiqləndikdən sonra yaşayış yerini tərk etmiş, yalnız yoxlama zamanı səhv etdiyini anlayıb polis əməkdaşına bu barədə məlumat verməsinə baxmayaraq onun əsası üzrlü hesab edilməyərək barəsində inzibati tənbeh vermı haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən o, Nəsimi RPİ-nin 19-cu PŞ-si tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 19cu PŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada bildiriş göndərilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü tələblərinə uyğun olaraq işə qərarından şikayət verilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli və Əliyeva Aynur Rövşən qızının Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru Elnur Babayev tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, İş materiallarına əlavə edilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru Elnur Babayev tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, həmin tarixdə saat 13:22-də Bakı şəhəri Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında Əliyeva Aynur Rövşən qızının müvafiq icazəsi olmadan yaşayış yerini tərk etməsi aşkar edilmişdir. Bununla da Əliyeva Aynur Rövşən qızı Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, “X1 X2 Alınması və Monitorinqi sistemi”ndə Əliyeva Aynur Rövşən qızının xx xxxx 2020-ci il tarixində yaşayış yerini tərk etməsi üçün hər hansı formda icazəsi qüvvədə olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nə x xxxx 2020-ci il tarixli 124-VİQD nömrəli Qanunla edilmiş dəyişikliklərə əsasən 211-ci maddənin mətni 211.1-ci maddə hesab edilmiş və maddənin məzmunda 211.2-ci və 211.3-cü maddələr əlavə edilmişdir. Məcəllənin 211.1-ci maddəsinin xx xxxx 2020-ci il tarixədək qüvvədə olan mətninə görə isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, hüquqi şəxslərin isə dörd min manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə X1 sərtləşdirilməsi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Həmin Qərarın 1.3-cü bəndinə əsasən 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilmişdir. Həmin Qərarın 1.5-ci bəndinə görə 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.5.1-ci təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2-ci ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3ci yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.6-cı bəndinə görə 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli 256 nömrəli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə sərtləşdirilmiş xüsusi karantin rejimi müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmış və yaşayış yerini tərk etməklə bağlı qoyulmuş hərəkət məhdudiyyəti qüvvədə saxlanılmışdır. Beləliklə hazırki işin faktiki hallarından müəyyən edilmişdir ki, Əliyeva Aynur Rövşən qızı xx xxxx 2020-ci il tarixdə saat 13:22-də Bakı şəhəri Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında həmin vaxt qüvvədə olan xüsusi karantin rejimi qaydalarına əsasən hərəkət məhdudiyyəti tələblərini pozaraq qanunla müəyyən edilmiş qaydada xüsusi icazə almadan yaşayış yerini tərk etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 Rövşən qızı qeyd edilən inzibati xətanın törədilməsi səbəbini ehtiyatsızlıq nəticəsində özününkü zənn edərək ailə üzvlərinin adına olan şəxsiyyət vəsiqəsi ilə SMS icazə alıb yaşayış yerini tərk etməsi ilə əlaqələndirsə də məhkəmə bu əsası üzrsüz hesab edərək özünümüdafiə xarakterli ifadə olaraq qiymətləndirir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması və Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, barəsində qərar inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Əliyeva Aynur Rövşən qızının xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası xüsusi karantin rejimi dövründə qüvvə olan qaydaları pozmaqla qanunla müəyyən edilmiş icazəsi olmadan yaşayış yerini tərk etməsi və bununla da onun İXM-nin 211.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Odur ki, Əliyeva Aynur Rövşən qızının şikayət ərizəsi əsassız olduğundan təmin edilməməli və Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru Elnur Babayev tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni hesab edilərək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qərarla xəta törətmiş şəxsə İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri təyin edilmiş, inzibati tənbeh tədbirinin yüngülləşdirilməsi və ya qərarın dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu halı müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Əliyeva Aynur Rövşən qızının şikayəti təmin edilməsin. Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru Elnur Babayev tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar