Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3440/2021 17.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1976-cı ildə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Beyləqan rayonu, Önərqala qəsəbəsində qeydiyyatda olan Şəxs Saleh oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Saleh oğlu 19.10.2021-ci il tarixdə həbsdən çıxıb evə gələn zaman ünvan 1 ünvanında keçmiş həyat yoldaşı X3 ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş münaqişə zamanı döyərək, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmidir. Bununla da Şəxs Saleh oğlu İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Saleh oğlu məhkəməyə verdiyi izahatında inzibati xəta törətməməsini bildirərək, göstərdi ki, o, 19 oktyabr 2021-ci il tarixdə həbsdən çıxıb evə gələn zaman keçmiş həyat yoldaşı X3 ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş münaqişə zamanı onun əlindən mobil telefonunu almış, lakin döyməmişdir. Əgər döyübsə, xəsarət yetiribsə üzr istəyir və bir daha belə hadisənin baş verməyəcəyini bildirmişdir. İ qrup əlil olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X3 məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 2009-cu ilin dekabr ayının 5-də Şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. 2016-cı il tarixdən Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayır. 2019-cu il tarixdə Şəxs 2019-cu il tarixdə həbs olunduqda müxtəlif vaxtlarda telefon əlaqəsi saxlayarkən onu telefonda öldürməklə hədələmişdir. Bu ilin oktyabr ayının 19-da həbsdən çıxıb evə gələn zaman aralarında ailə münaqişəsi zəmnində mübahisələri olmuş və nəticədə Spartak onu döymüşdür. Daha sonra isə DİN-in 102 xidmətinə zəng etməzdən 2 gün öncə yenidən Şəxs onu döyərək əlindən mobil telefonu almışdır. Şikayətçidir və AR İXM-nin 157-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin sahə rəisi Xəyal Məmmədov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs Saleh oğlu 19.10.2021-ci il tarixdə həbsdən çıxıb evə gələn zaman ünvan 1 ünvanında keçmiş həyat yoldaşı X3 ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş münaqişə zamanı döyərək, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmidir. Şikayət əsasında həmin iş üzrə 29.11.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla materiallar şəxsin inzibati məsuliyyət məsələsinin həlli üçün ona verilmişdir. O da həmin materiallar əsasında hazırkı protokolu tərtib etmişdir. Şəxs həmin əməli törətməsi Yasamal RPİ 28-ci Polis Bölməsinin təhqiqatçısı Faiq Süleymanovun 29.11.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı ilə də təsdiq edilir. Həmin qərarla S.Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat açılması üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmin qərarda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi ekspertiza və patoloji anatomiya birliyinin Yasamal rayon şöbəsinin 31.10.2021-ci il tarixli, 1090 saylı və 09.11.2021-ci il tarixli, 1107 saylı ekspertiza rəyində qeyd olunur ki, “vət. X2 bədən səthində aşkar edilən xəsarətlər - sağ burun qanadından bir qədər aşağı nahiyəni qançırı, bu qançıra müvafiq üst dodağın içəri səthinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 31.10.2021-ci il tarixə, eləcə də sol diz oynağının sıyrığı küt əşya təsirindən törənmişdir, qərarda göstərilən 09.11.2021-ci il tarixə uyğun gəlməklə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmin qərarda istinad edilmiş məhkəmə-tibb ekspertizasının rəyində X2 bədən səthində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Saleh oğlunun həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan AzEMİS elektron məhkəmə sistemi məlumatına əsasən Şəxs Saleh oğlu 1-ci qrup əlildir, 150 manat pensiya alır. İş materiallarındakı 16.12.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 19:00 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini ədalətli hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Saleh oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Saleh oğlu həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3440/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3440/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver