Məhkəmə qərarları › İş №3(004)-3441/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3441/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3441/2021 17.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X7, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1982-ci il tarixdə Salyan rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal rayon İcra şöbəsinin icra məmuru X13 Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4813/2018 nömrəli, 24 aprel 2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 17 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4813/2018 nömrəli, 24 aprel 2018-ci il tarixli icra sənədinə əsasən uşaqla görüş barədə icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X13 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək izahatında göstərdi ki, Şəxs ilk vaxtlar icra sənədinə əsasən birgə nikahdan olan uşaqlarını atası ilə görüşməsi üçün təyin olunan vaxtda təyin olunmuş yerə gətirmiş və özü də bu prosesə müdaxilə etmədən kənarda dayanmışdır. Bu görüşlər zamanı X8 bəzən atası ilə görüşməkdən imtina etmiş bəzən isə normal ünsiyyətdə olmuşlar. Görüşlərin birində X12 qızı X3 vurduğu üçün bundan sonra borclu Şəxs uşağı müəyyən edilmiş vaxtda və yerə gətirməmişdir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə tələbkarla birgə nikahlarından 20.10.2015-ci il tarixdə doğulmuş X2 ataları ilə hər həftənin şənbə günü saat 14:00-dan həmin gün saat 17:00-dək ünsiyyət hüququ təmin edilmişdir. İcra sənədi üzrə üzərinə düşən vəzifəni yerinə yetirmişdir, yəni birgə nikahdan olan uşaqları ataları ilə görüşməsi üçün icra məmurunun təyin etdiyi vaxtda həmişə gətirmişdir. Uşaqların ataları ilə görüşməsinə mane olmamışdır. X17 bəzən atası ilə görüşmüş bəzən isə uşaq bundan imtina etmişdir. Görüşlərin birində X10 Mirzəyevanı vurmuşdur. İşlədiyi üçün həftə içi günorta vaxtı uşağı Yasamal rayon İcra şöbəsinə görüşə gətirə bilmir, həmdə məhkəmə qətnaməsi ilə onun üzərinə belə bir öhdəlik qoyulmamışdır. Uşaq hər gün dayənin yanında olur və X4 Mirzəyeva ilə görüşünə maneə yaratmır. İstər qızını dayənin evindən götürərək görüşə bilər, istərsədə dayəyə əlavə ödəniş etmək şərti ilə dayə uşağı onun istədiyi yerə gətirə bilər. Lakin, Elxan Mirzəyev bunların heç birini etməyərək təyin olunmuş vaxtda uşağın onun yanına aparılmasını tələb edir ki, halbuki məhkəmə qətnaməsində görüş yeri müəyyən edilməmişdir. O, icra sənədi üzrə üzərinə düşən vəzifəni və icra məmurunun qanuni tələblərini yerinə yetirmiş, uşağın atası ilə görüşməsinə heç vaxt etiraz etməmişdir. İcra sənədinin icra edilməməsində onun günahı yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X12 izahatında göstərdi ki, o uşağı ilə görüşmək üçün çalışır, lakin Şəxs göstərdiyi psixoloji təsir nəticəsində qızı bəzən onunla görüşməkdən imtina edir. Borclu uşaqları icra məmurunun təyin etdiyi vaxtda görüşmək üçün gətirmir. Buna görə də uşağı ilə görüşə bilməməsində borclunu təqsirkar hesab edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, uşağı görmək üçün dayənin mənzilinə getməkdən imtina edir. Bunun səbəbi dayənin yaşadığı binanın həyətində olan mühafizə kameralarının dövlətə məxsus olmaması və bununda nəticəsində onlara asanlıqla müdaxilə edilə biləcəyi olmuşdur. O düşünür ki, uşağı yalnız dövlətə məxsus kameranın altında götürüb va qaytarmağı daha düzgündü, çünki, əks halda ona şər atıla bilər. Uşağı görmək üçün “Elmlər Akademiyası” metrostansiyasının qarşısına gətirilməsini tələb edir lakin bununla bağlı uşağın dayəsinə əlavə ödəniş etmək istəmir. “Elmlər Akademiyası” metrostansiyasının görüş yeri seçilməsində səbəb isə oradakı müşahidə kameralarının dövlətə məxsus olmasıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4813/2018 nömrəli, 24 aprel 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X9 övladı 20.10.2015-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 14:00-dan saat 17:00-dək ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilmişdir. İcra sənədi üzrə icraata 18.09.2018-ci il tarixdə başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4813/2018 nömrəli, 24 aprel 2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Həmin sənədləri borclu X6 18.09.2018-ci il tarixdə qəbul etmişdir. 30.06.2021-ci il, 07.07.2021-ci il, 17.07.2021-ci il, 23.07.2021-ci il, 29.07.2021-ci il və 03.11.2021-ci il tarixlərdə olan aktlardan görünür ki, X8 ilə X12 arasında təyin edilmiş vaxtda görüş baş tutmuşdur. 06.08.2021-ci il və 01.09.2021-ci il tarixlərdə olan aktlardan görünür ki, X8 atası X9 getməkdən imtina etmişdir. Atası dəfələrlə övladına yaxınlaşıb ünsiyyət qurmaq istəsədə uşaq atasına getməmişdir. 11.08.2021-ci il, 18.08.2021-ci il və 25.08.2021-ci il tarixlərdə X12 gəlmədiyindən görüş baş tutmamışdır. 08.09.2021-ci il, 15.09.2021-ci il, 10.11.2021-ci il, 17.11.2021-ci il və 24.11.2021-ci il tarixlərdə olan aktlardan görünür ki, Şəxs övladı ilə birgə icra yerinə gəlmədiklərindən icra baş tutmamışdır. 22.09.2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Şəxs qızları X3 təyin olunan vaxtda icra yerinə gətirməmiş və bu səbəbdən borclu Şəxs ilə əlaqə saxlanılaraq uşaqla görüşün təmin olunması ilə bağlı tələb olunsada Şəxs qızları X3 X11 ilə görüşməsindən narazı olmadığını və E.Mirzəyevin qızlarını ünvandan götürülməsini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunduğu kimi Şəxs Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4813/2018 nömrəli, 24 aprel 2018-ci il tarixli icra sənədi üzrə üzərinə düşən vəzifəni yerinə yetirmiş, yəni tələbkar X11 ilə birgə nikahlarından 20.10.2015-ci il tarixdə doğulmuş X2 ataları ilə ünsiyyət hüququnu təmin etmək üçün dəfələrlə uşağı icra məmurunun təyin etdiyi vaxtda və yerə gətirmiş, digər hallarda isə onların görüşünə hər hansı bir maneəçilik törətməmişdir. Bu hal, icra məmurunun və tələbkarın məhkəmə iclasında verdikləri izahatlara əsasən də öz təsdiqini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin, məhkəmə iclasında müəyyən edildiyi kimi, hazırki halda borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hərəkətlərə yol verilməmişdir. Belə ki, o, icra sənədi üzrə üzərinə düşən vəzifəni, yəni birgə nikahdan doğulan uşaqğın tələbkarla ünsiyyət hüququnun təmin edilməsi üçün icra məmurunun qanuni tələblərini yerinə yetirmişdir. Tərəflərin birgə nikahından doğulmuş 20.10.2015-ci il təvəllüdlü X2 ataları ilə görüşünə dəfələrlə gətirmiş, hazırki dövrdə isə X5 uşağı götürərək görüşməsinə maneə törətməmişdir ki, bu da borclunun icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hazırki halda Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4813/2018 nömrəli, 24 aprel 2018-ci il tarixli icra sənədinin icrası X1 uşağı götürməkdən imtina etməsi səbəbindən yerinə yetirilmir, yəni borclunun icra sənədinin icra edilməməsində təqsiri müəyyən edilmir. İcra məmuru əsassız olaraq borclunun İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gələrək onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, məhkəmə, icra işinin materiallarını tədqiq edib işin hallarına hüquqi qiymət verərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməmə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4813/2018 nömrəli, 24 aprel 2018-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Yəni, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4813/2018 nömrəli, 24 aprel 2018-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar