Məhkəmə qərarları › İş №3(004)-3449/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3449/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3449/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X5 və tələbkar (zərərçəkmiş şəxs) "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(113)- 309/2025-008 saylı icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuruX2 oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(113)-309/2025- 008 saylı icra sənədinə əsasən, İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs MMC-yə qarşı “zərərin ödənilməsi və hüququn bərpası” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları ilə vasitəsilə futbol üzrə İngiltərə “Premyer Liqa”sınm, İtaiiya “A Seriyası”nm, Fransa “Liqa 1”in, Almaniya Bundes!iqa”sının, həmçinin “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası (Basketbol)”, “Formula 1”, “X7” idman yarışlarının yayımlanmasına dair hərəkətlər Şəxs MMC-yə (VÖEN: **********) qadağan edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 bildirmişdir ki, tərtib etmiş olduğu, hazırda baxılan inzibati protokolla bağlı məhkəmə araşdırması dövründə icra sənədinin icrası ilə əlaqədar borclu tərəfindən icra vərəqəsinin tam icrası istiqamətində işlər görülmüşdür. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC tərəfindən icra sənədi üzrə tələb yerinə yetirilmiş və icra vərəqəsində qeyd edilən kanalların yayımı dayandırılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X8 bildirmişdir ki, hazırda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(113)-309/2025-008 saylı icra sənədinə əsasən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları ilə vasitəsilə futbol üzrə İngiltərə “Premyer Liqa”sınm, İtaiiya “A Seriyası”nm, Fransa “Liqa 1”in, Almaniya Bundes!iqa”sının, həmçinin “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası (Basketbol)”, “Formula 1”, “X7” üzrə kanalların və verilişlərin yayımı dayandırılmışdır. Buna görə də barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar tələbkar (zərərçəkmiş şəxs) "xxxx" MMC-nin nümayəndəsi X6 bildirmişdir ki, icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edildikdən sonra icra vərəqəsində qeyd edilən kanalların və verilişlərin yayımı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC tərəfindən dayandırılmışdır. Hazırki halda qərarı məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(113)-309/2025- 008 saylı icra sənədinə əsasən, İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs MMC-yə qarşı “zərərin ödənilməsi və hüququn bərpası” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları ilə vasitəsilə futbol üzrə İngiltərə “Premyer Liqa”sınm, İtaiiya “A Seriyası”nm, Fransa “Liqa 1”in, Almaniya Bundes!iqa”sının, həmçinin “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası (Basketbol)”, “Formula 1”, “X7” idman yarışlarının yayımlanmasına dair hərəkətlər Şəxs MMC-yə (VÖEN: **********) qadağan edilmişdir. İş materiallarında olan media kanallarında yayımlanan xəbərlərin mətnindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında yayımlanan “Матч ТВ” kanallarının və verilişlərinin yayımı dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-ci maddəsinin “qeyd” hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, hazırkı halda Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(113)-309/2025-008 saylı icra sənədinə əsasən, İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs MMC-yə qarşı “zərərin ödənilməsi və hüququn bərpası” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları ilə vasitəsilə futbol üzrə İngiltərə “Premyer Liqa”sınm, İtaiiya “A Seriyası”nm, Fransa “Liqa 1”in, Almaniya Bundes!iqa”sının, həmçinin “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası (Basketbol)”, “Formula 1”, “X7” idman yarışlarının yayımlanmasına dair hərəkətlər Şəxs MMC-yə (VÖEN: **********) qadağan edilmişdir. Hazırda isə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən icra vərəqəsi üzrə tələb icra edilmiş və yuxarıda adları qeyd edilən kanalların və verilişlərin yayımı xx.xx.2025-ci il tarixdə dayandırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin qərarı çıxarılanadək Şəxs MMC tərəfindən icra sənədində qeyd edilən tələblər icra edildiyindən Şəxs MMC qanunvericiliyin tələblərinə əsasən həmin inzibati xəta hadisəsinə görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin “qeyd” hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclu tərəfindən tərəfindən icra sənədində qeyd edilən tələblər məhkəmənin qərarı çıxarılanadək icra edildiyindən Şəxs MMC inzibati xəta hadisəsi üzrə təqsirli bilinməli, lakin Azəbaycan Respublikası İXM-nin 528-ci maddəsinin qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130, 528-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin maddənin qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar