Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-345/2022 21.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 02.12.2021-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, X5 02.12.2021-ci il tarixdə saat 14:17 radələrində ona məxsus olan “Hyundai SantaFe minik” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi istiqamətində hərəkət edərkən, mütəmadi olaraq səhhətində baş verən narahatçılıq səbəbindən (baş nahiyyəsində xroniki spazmlar əmələ gəlir və bununla əlaqədar müvafiq tətbirlər görmək məcburiyyətində olur) qeyd olunan ərazidə idarə etdiyi nəqliyyat vasitəsini məcburən yol kənarında saxlayaraq dərman qəbul etmiş və daha sonra hərəkətə davam etmişdir. Göstərilən zaman ərzində Bakı Nəqliyyat Agentliyinin (“BNA”) stasionar quraşdırılmış F8:4D:FC:33:EC:32 nömrəli kamerası vastəsi ilə ona məxsus nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək, barəsində Azərbaycan Resbublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə “İnzibati tənbeh vermə haqqında” BNA ******* saylı, 02.12.2021-ci il tarixli qərar tərtib edilmişdir. Qeyd olunan “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi ilə bağlı tərəfindən BNA-ya ünvanlanmış məktuba cavab olaraq BNA tərəfindən ona 07-15012/H-15047 saylı, 17.12.2021-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, “müraciəti araşdırılarkən müvafiq foto və video görüntülərə baxılaraq inzibati xəta hadisəsinin mövcud olduğu təsdiqini tapmışdır. Tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün İXM-nin 135.1-ci maddəsində göstərilən hər hansı əsasın mövcud olmadığı müəyyən olunmuşdur”. Hesab edir ki, cavabdeh Bakı Nəqliyyat Agentliyinin barəsində tərtib etdiyi ******* saylı, 02.12.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq tərtib edilmişdir. Belə ki, əvvəla yuxarıda qeyd etdiyi kimi o, idarə etdiyi nəqliyyat vasitəsini “Dayanmaq qadağandır” yol nişanının təsir zonasında saxlayıb avtomobilini tərk etməmişdir. Bu vəziyyət səhhətində yaranan narahatçılıq səbəbindən məcburən dərman vasitəsi qəbul etməkdən ötrü bir neçə dəqiqəlik müddətə baş vermişdir və dərmanı qəbul etdikdən sonra o, dərhal hərəkətini davam etdirmişdir. Bundan başqa, sözügedən qərardan məlum olur ki, inzibati xətanın qeydə alınması müşahidə kamerası vasitəsilə həyata keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 124.5-ci maddəsinə əsasən, İXM-nin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaya dair ıızibat; tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 31.1-ci maddəsinə əsasən, İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, şikayət olunan qərar İXM-nin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Ona görə də qərarın ləğv edilməsini xahiş etdi. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 02.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 02 dekabr 2021-ci il tarixdə saat 14:17 radələrində “Hyundai Santafe minik” markalı, **- VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində dayanma və durma qaydalarını pozduğu üçün İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərara və qərara əlavə edilmiş BNA-nın kameralarında qeydə alınmış inzibati xətanın törədildiyi yerdən çəkilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İXM-nin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İXM-nin tələblərinə zidd olduğunu qeyd etsə də, səlahiyyətli orqanın izahatındakı halların əsaslı olduğunu qeyd edərək, buna görə də məhkəmə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 02.12.2021-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-345/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-345/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver