Məhkəmə qərarları › İş №3(004)-3453/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3453/2020

12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3453/2020 12.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Qərarından şikayət verilən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA/0820632 saylı, xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA/0820632 saylı, xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixində Rəşid Behbudov 92 küçəsində ona məxsus “BMW 535” avtomobilini Rəşid Behbudov küçəsi ərazisində müvəqqəti saxlamışdı və BNA əməkdaşları tərəfindən barəsində BNA/ ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun "X9" Azərbaycan Respublikasının Qanunu İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsində qeyd edilir ki, inzibati tənbeh etmə haqqında elektron qərar və onun əlavəsi (foto vəya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləsdirilmədikdə, səxş inzibati məsuliyyətə cəlb oluna bilməz. Bildirmişdir ki, BNA-nın təqdim etdiyi İnzibati tənbeh vermə haqqında qərarda qeyd olunan inzibati xətanın törədildiyi tarix xx xxxxxx 2020-ci il qeyd edilib, lakin həmin inzibati xəta haqqında protokol xx xxxxxxxx 2020-ci tarixində onun şəxsi elektron kabinetinə yerləşdirilmişdir (yəni 7 ay 12 gün sonra). BNA idarəsinin onun haqqında qəbul etdiyi qərar, qanunda qeyd edildiyi kimi 1 gün ərzində onun şəxsi kabinetinə yerləşdirilmədiyi üçün BNA/0820632 saylı protokol BNA tərəfindən çıxarılmış xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA/0820632 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, qərar qanunidir. Həmçinin əvvəllər həmin xəta üzrə protokol X2 atasının adına olmuşdur, lakin onun müraciəti əsasında qərar K.İbrahimlinin adına qeyd edilmiş və qeyd edildiyi gün də elektron kabinetində yerləşdirilmişdir. Bundan əlavə həmin inzibati xəta ilə bağlı İXM-nin 38.6-cı maddəsindəki tələb yoxdur. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı Nəqliyyat Agentliyinin BNA/0820632 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh tətbiq etməhaqqında qərarına əsasən X4 xx.xx.2020-ci il tarixdə saat 12:37 radələrində Rəşid Behbudov küçəsi 92 ünvanında “BMW minik” markalı, “**-TJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib20 manat cərimə edilmişdir. Şikayətçi şikayətində İXM-nin 38.6-cı maddəsinin tələblərinin pozulduğunu, həmin inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsinin (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində onun “elektron kabinetində” yerləşdirilmədiyini qeyd etmiş və hesab etmişdir ki, buna görə də şikayəti əsaslıdır. Belə ki, İXM-nin 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin hazırkı iş üzrə şikayətçinin təqsirli bilindiyi inzibati xəta İXM-nin 122.1-ci maddəindəki inzibati xətalardan deyildir. Ona görə də İXM-nin 38.6-cı maddəsinin şikayətçi barədə tətbiq edilmiş inzibati tənbeh qərarına aidiyyəti yoxdur. İXM-in76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA/0820632 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarındanverdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar