Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3454/2020 10.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X11 iclas katibliyi, qərarından şikayət verilmiş - Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X4, şikayətçi - X2 iştirakları ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdən notarial qaydada verilmiş etibarnamə əsasında idarə etdiyi “BMW 535” markalı avtomobili xx xxxxxx 2020ci il tarixdə ünvan 1 ünvanı ərazisində müvəqqəti olaraq parklamış və buna görə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən barəsində BNA seriyalı ******* nömrəli qərar qəbul edilərək o, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə törətmiş olduğu xəta ilə bağlı məsuliyyətə cəlb edilmişdir. Ərizədə qeyd edilmişdir ki, İXM-nin 38.6-cı maddəsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədildiyi tarix xx xxxxxx 2020-ci il qeyd edilmiş, lakin həmin inzibati xəta haqqında protokol 07 ay 10 gün sonra, yəni xx xxxxxxxx 2020-ci il tarixdə onun şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Bundan başqa həmin ərazidə nəqliyyat vasitəsinin müvəqqəti parklanması qadağan edilməmişdir. Odur ki, X6 Bakı Nəqliyyat Agentliyi tərəfindən onun barəsində qəbul edilmiş qərar 1 gün müddətində şəxsi elektron kabinetində yerləşdirilmədiyindən həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayətin dəlillərinə uyğun izahat verərək barəsində qəbul edilmiş BNA seriyalı ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X9 şikayətə etiraz edərək izahatında bildirdi ki, X6 inzibati qərardan şikayətini idarə etdiyi nəqliyyat vasitəsini müvəqqəti olaraq “xxxx” ASC-yə məxsus ərazidə dayandırması və “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulmaması ilə əsaslandırmışdır. X1 tərəfindən irəli sürülmüş dəlillər əsassızdır. Belə ki, xx xxxxxx 2020ci il tarixdə saat 12:50:53-də “BMW 535” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Qanunun 52 maddəsinin İV hissəsinin 9-cu bəndinin tələbi pozulmaqla park edilmişdir. Halbuki qanunvericiliyin həmin normasının tələbinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa səkilərdə nəqliyyat vasitələrinin dayanması qadağandır. Həmçinin, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dayanma qadağan edildiyi yerlərdə məcburi dayanma halı istisna olmaqla müddətdən asılı olmayaraq nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. Nəqliyyat vasitəsinin səkidə durması faktı şikayətə əlavə edilmiş inzibati xətanı fiksə edən fotoşəkil ilə tam təsdiq olunur. Beləliklə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayətləri əsassızdır və təmin edilməməlidir. Bundan başqa o, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən, yəni dayanma və ya durma qaydalarını pozmağa görə həmin maddənin sanksiyası həddində olmaqla iyirmi manat məbləğində cərimə edilmişdir. X9 həmçinin qeyd etmişdir ki, şikayətçinin dəfələrlə Agentliyə ünvanlanmış müraciətləri əsasında müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, xüsusi texniki vasitə ilə xx xxxxxx 2020-ci il tarixdə saat 12:50-də aşkar edilmiş inzibati xəta onun atası X12 barəsində tərtib edilmiş və həmin gün sonuncunun elektron kabinetinə yerləşdirilmişdir. Lakin sonradan hazırki iş üzrə X1 atası E.K.İbrahimin barəsində eyni ərazidə lakin müxtəlif vaxtlarda eyni maddə üzrə, yəni İXM-nin 346.1-ci maddəsilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayət edərək həmin xətaların müxtəlif vaxtlarda onun tərəfindən törədilməsini iddia etdiyindən və aparılan araşdırma nəticəsində həmin fakt öz təsdiqini tapdığından E.K.İbrahimin barəsində qəbul edilmiş qərarlar ləğv edilmişdir. X2 öz etirafı ilə xətaların onun tərəfindən törədilməsi xx xxxxxxxx 2020-ci il tarixdə öz təsdiqini tapdığından barəsində qəbul edilmiş elektron qərarlar həmin tarixdə şəxsi kabinetinə yerləşdirilmişdir. Hətta atası barəsində qəbul edilmiş qərarlardan verilmiş şikayətlərə Yasamal Rayon Məhkəməsində baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. X9 göstərilənlərə əsasən Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin əsassız hesab edilərək qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatlarını və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərardan görünür ki, X6 xx xxxxxx 2020-ci il tarixdə saat 12:50:53-də idarə etdiyi “BMW 535” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Rəşid Behbudov küçəsi 92-də yol hərəkəti təhlükəsizliyinin dayanma və durma qaydalarını pozduğuna görə o, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər məhkəmə tərəfindən müqayisəli şəkildə tədqiq edilərkən müəyyən edilmişdir ki, X6 xx xxxxxx 2020-ci il tarixdə saat 12:50:13-dən 12:50:45-dək idarə etdiyi “BMW 535” markalı, 10TJ049 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvan 1 ünvanında “Yol hərəkəti haqqında” Qanunun 52 maddəsinin İV-ci hissəsinin 9-cu bəndinin tələbini pozaraq səkidə nəqliyyat vasitəsini park etmişdir. İş materiallarında olan ƏN-V seriyalı 133862 nömrəli etibarnamədən müəyyən edilir ki, “BMW 535” markalı, 10TJ049 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X13 məxsusdur və mülkiyyətçi tərəfindən X10, sonuncu tərəfindən isə xx xxxxxx 2020-ci il tarixdən X5 idarə etmək hüququ ilə etibar edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(004)-2282/2020 nömrəli qərardadından müəyyən edilir ki, X7 eyni ərazidə və eyni nəqliyyat vasitəsilə bağlı lakin digər vaxtda, yəni xx xxxxxx 2020-ci il tarixdə Rəşid Behbudov küçəsi 92 ünvanında ona məxsus “BMW 535” markalı, 10TJ049 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qadağan edilmiş yerdə park edilməsinə görə İXMnin 346.1-ci maddəsilə qəbul edilmiş BNA seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Qeyd edilən inzibati iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 şikayət etdiyi xx xxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərar onun atası X12 barəsində qəbul edildiyindən həmin qərardan şikayət etməyə subyektiv hüququ olmamışdır. Eyni zamanda barəsində şikayət verilmiş qərar ləğv edilərək X3 İXM-nin 346.1-ci maddəsilə təqsirli bilinməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli yeni qərar qəbul edilmişdir. Dolayısı ilə məhkəməyə təqdim edilmiş şikayət ərizəsindəki mübahisəyə artıq səlahiyyəti yuxarı inzibati orqan tərəfindən qanuna müəyyən edilmiş qaydada baxılaraq həll edilmişdir. Odur ki, X3 ərizəsi baxılmadan geri qaytarılmışdır. Məhkəmənin icraatında olmuş 3(004)-2282/2020 nömrəli inzibati iş materialları nəzərdən keçirilərkən həmçinin müəyyən edilmişdir, X7 eyni ərazidə müxtəlif vaxtlarda İXM-nin 346.1-ci maddəsilə törədilmiş xətalarla bağlı qəbul edilmiş qərarlardan şikayət edərək həmin qərarların yuxarı inzibati orqan tərəfindən ləğv edilib cərimələrin onun barəsində tətbiq edilməsinə nail olmuşdur. Göründüyü kimi, o, qadağan edilmiş ərazidə mütəmadi olaraq nəqliyyat vasitəsini park etmiş və bu hal müvəqqəti xarakter daşımamışdır. Bunda başqa, X7 atası barəsində qəbul edilmiş cərimələr barədə məlumatlı olmuş, özü həmin qərarların ləğv edilməsinə nail olmuş, onun tərəfindən xətanın törədilməsi aşkar edildikdən dərhal sonra inzibati orqan yeni qərar qəbul etməklə onun elektron kabinetinə yerləşdirmişdir. Məhkəmə öz daxili inamına əsaslanaraq hesab edir ki, X3 barəsində şikayət etdiyi xx xxxxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərardan məlumatsız olmasını və xətanın aşkar edildiyi vaxtdan uzun müddət sonra qərar qəbul edilib elektron kabinetinə yerləşdirilməsini iddia etməsi özünümüdafiə xarakterli olmaqla məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 1-ci maddəsinə görə nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir; nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Məcburi dayanma isə texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Həmin Qanunun 52-ci maddəsinin İ hissəsinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Qanunun 52-ci maddəsinin İV hissəsinin 9-cu bəndinə görə isə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa səkilərdə dayanma qadağandır. Həmin maddənin Vİ hissəsinin 1-ci bəndinə görə dayanmanın qadağan edildiyi yerlərdə nəqliyyat vasitəsinin durması qadağandır. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması və Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin tələblərini pozaraq İXM-nin 346.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və şikayət əsassız olduğundan təmin edilməməli, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərar qanuni hesab edilərək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməklə tənbehin növü və həddi sanksiyaya uyğun olmuş, eyni zamanda İXM-si ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması hallarına yol verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti təmin edilməsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-3454/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3454/2020
10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver