Məhkəmə qərarları › İş №3(004)-3458/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3458/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3458/2023 22.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.2005-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:22 radələrində sürücülük vəsiqəsi olmadan və etibarnamə olmadan idarə etdiyi “HYUNDAİ İ30 minik” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu, Şərifzadə küçəsində, “Kaktus” restoranının qarşısında anidən yüksək surətlə idarə etmiş, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində təkər izlərinin buraxılmasına səbəb olan əməl törətmişdir. Bununla da ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşdur. Bununla da o, İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin inspektoru Talıb Qasımov tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən də o, xx.xx.2023-cü il tarixdə saat 03:22 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “HYUNDAİ İ30 minik” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə əl əyləcini çəkərək aşkar xuliqanlıq etmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin inspektoru Talıb Qasımov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:22 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində etibarnamə olmadan idarə etdiyi “HYUNDAİ İ30 minik” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə anidən yüksək surətlə idarə etmiş, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində təkər izlərinin buraxılmasına səbəb olan əməl törətmişdir. Bununla da ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşdur. İş materiallarında olan hadisənin CD disk yazısına baxış zamanı görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 03:22 radələrində “HYUNDAİ İ30 minik” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməli törətmişdir. İXM-in 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 10:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar