Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-346/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi X1, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi axtarış üzrə inspektor X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X8 oğlunun Bakı şəhər Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 30.12.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X8 oğlu Bakı şəhər Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 30.12.2021-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 29.12.2021-ci il tarixində saat 20:30 radələrində mülki etibarnamə ilə idarə etdiyi "BMW-528" minik markalı **-SZ-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhər Yasamal rayon Ə.Əhmədov küçəsi ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində yolayrıcını düzünə istiqamətinə hərəkət etmək üçün işıqforun yaşıl işığında keçərkən 20 Yanvar istiqamətindən İnşaatçılar metrosu istiqamətində hərəkət edən və işıqforun qırmızı işığında dayanmadan hərəkət edərək adını bilmədiyi vətəndaş “Mercedess” minik markalı **-FL-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə qaydanı ciddi pozaraq işıqforda yaşıl işığın yanmasını gözləmədən onun idarə etdiyi avtomobilinə dəyərək xeyli miqdarda avtomobilinə ciddi ziyan vurmuşdur. Hadisə yerinə Yasamal RPl-nin DYPŞ-nin inspektoru polis leytenantı X5 gəlmiş və sənədlərini götürərək, heçbir araşdırma aparmadan sabah saat İ0:00-da 5-ci otağa yaxınlaşmağını bildirmişdir. Hadisə yerində heçbir protokol tərtib edəməyərək onlara imza atdırmadı. Səhərisi gün yəni 30.12.202l-ci il tarixdə saat 10:00-da deyilən otağa yaxınlaşdı və hadisə barədə izahat verdi. İzahatında da günahsız olduğunu və heçbir inzibati xəta törətmədiyini əksinə digər sürücün işıqforda qırmızı işıqda hərəkət edərək inzibati xəta törətdiyini bildirdi. Hətta bunu ərazidə olan Tş2-024 olan kamerada açıq aydın görsənir. İzahatı verdikdən sonra Yasamal RPl-nin DYPŞ-nin inspektoru polis leytenantı X5 ona 29.12.2021-ci il tarixə yazılmış İXP ******* nömrəli protokol tərtib etdiyini və onun İXM-nin 327-2-ci maddəsi ilə xəta törətdiyini bildirdirərək protokola və həmin protokol əsasında çıxarılmış 30.12.202l-ci il tarixli TP ******* nömrəli inzibati Tənbeh Vermə haqqında Qərara ona ciddi təsir göstərərək yanında olan Hüseynov Ənvərin iştirakı ilə 30.12.202l-ci il tarixində imza atdırdı. İmza atarkən o, etiraz etdi və xətanı törətmədiyini bildirsədə, polis mayoru fikir vermədən və yalnız digər sürücünün ifadəsini əsas gətirərək protokolu tərtib etdiyini və narazı qalarsa şikayət etməyini bildirdi. Yasamal RPl-nin DYPŞnin inspektoru polis leytenantı X5 tərəfindən İXM-nin 327-l-ci maddəsi ilə xəta törətməyi barədə tərtib edilmiş protokol və onun əsasında çıxarılmış 30.12.202l-ci il tarixli ГР ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar əsassızdır, ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X4 ərizədə qeyd etdiklərini bir daha təsdiq edərək, Bakı şəhər Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 30.12.2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Belə ki, onun tərəfindən hər hansi bir inzibati xəta hadisəsi törədilməmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi axtarış üzrə inspektor X5 bildirmişdir ki, tərəfindən bilavasitə aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. İXM-nin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən birbaşa və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsidir. Maddənin tələbindən və işin halından göründüyü kimi, barəsində qərar qəbul edilmiş X4 İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuş, həmin faktının videosu qeydə alınmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30.12.2021-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X8 oğlu 29.12.2021-ci il tarixdə, saat 20:30-da Yasamal rayonu, Ə. Əhmədov- A.M.Şərifzadə küçələrinin kəsişməsində “BMW 528” minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmasına görə barəsində 30.12.2021-ciu il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 29.12.2021-ci il tarixdə, saat 20:30-da Yasamal rayonu, Ə. Əhmədov- A.M.Şərifzadə küçələrinin kəsişməsində “BMW 528” minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolayrıcını keçmə qaydalarını pozması öz təsdiqini tapmışdır. Belə ki, sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitəsinə yol verməmişdir. Qeyd edilən hal eyni zamanda iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Yol nəqliyyat hadisəsinin sxemin”dən də görünür. Halbu ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V hissəsinə imperativ qaydada qeyd edilmişdir ki, “svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X8 oğlu 29.12.2021-ci il tarixdə, saat 20:30-da Yasamal rayonu, Ə. Əhmədov- A.M.Şərifzadə küçələrinin kəsişməsində “BMW 528” minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında 30.12.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş və 30.12.2021-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 30.12.2021-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X8 oğlunun Bakı şəhər Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 30.12.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-346/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-346/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver