Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3460/2023 22.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, X12 Karxanası küçəsi, ev 181A ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 18 mart 2023-cü il tarixdə saat 00:30 radələrində “TOYOTA PRİUS minik” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu, Şəhriyar küçəsi ilə Z.Xəlilov küçəsinin kəsişməsində yol ver nişanının tələbini pozaraq yol ayrıcına daxil olmuş və yüksək sürətlə hərəkətdə olan “Toyota Prius minik” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra park vəziyyətində olan “HYUNDAİ CRETA minik” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan və ön tin hissələrinə dəymişdir. Nəticədə hadisə zamanı avtomobildə olan sərnişinlərdən X5, X4 və X3 və X11 ğlunun sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirilmiş və qeyd edilən avtomobillərə maddi zərər dəymişdir. Müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Bununla da o, İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsi tərəfindən xx.xx.2023cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Orxan Əliyevin xx.xx.2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, o, 18 mart 2023-cü il tarixdə saat 00:30 radələrində “TOYOTA PRİUS minik” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu, Şəhriyar küçəsi ilə Z.Xəlilov küçəsinin kəsişməsində yol ver nişanının tələbini pozaraq yol ayrıcına daxil olmuş və yüksək sürətlə hərəkətdə olan “Toyota Prius minik” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra park vəziyyətində olan “HYUNDAİ CRETA minik” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan və ön tin hissələrinə dəymişdir. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri alanlar olmuşdur və qeyd edilən avtomobillərə maddi zərər dəymişdir. O, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin DYPŞ polis kapitanı X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 18 mart 2023-cü il tarixdə saat 00:30 radələrində “TOYOTA PRİUS minik” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu, Şəhriyar küçəsi ilə Z.Xəlilov küçəsinin kəsişməsində yol ver nişanının tələbini pozaraq yol ayrıcına daxil olmuş və yüksək sürətlə hərəkətdə olan “Toyota Prius minik” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra park vəziyyətində olan “HYUNDAİ CRETA minik” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan və ön tin hissələrinə dəymişdir. Nəticədə hadisə zamanı avtomobildə olan sərnişinlərdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri alanlar olmuşdur və qeyd edilən avtomobillərə maddi zərər dəymişdir. Müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyədək verdiyi etirafedici izahatı, yuxarıda qeyd edilən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3460/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3460/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver