Məhkəmə qərarları › İş №3(004)-3467/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3467/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3467/2022 20.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı polis bölməsinin nümayəndəsi polis sahə rəisi X1, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 03 mart 1983-cü ildə Zaqatala rayonunun, Suvagil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Zaqatala rayonunun, Mazıx kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə İ.Qutqaşınlı küçəsi 492 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 məxsus “Porshe Panamera” markalı avtomobili cızmaqla maddi ziyan vurmuşdur. Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin nümayəndəsi polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı kuçəsi 492-ci məhəllə bina 1, mənzil 58-də yaşayan vətəndaş Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat 11:00 radələrində yaşadığı ünvanın qarşısında küçədə saxladığı “Porsche Panamera” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşan zaman avtomobilinin ön buferinin naməlum şəxs tərəfindən cızılmasını aşkar etmişdir O, ərizəsində hadisəni törədən şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Yekun olaraq o Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə səhər radələrində Bakı şəhərində yerləşən adını və ünvanını xatırlamadığı bardan ağır sərxoş vəziyyətdən çıxaraq iki üç saat ərzində şəhərdə gəzdikdən sonra ünvan 2 ünvanının qarşısına gələrək orada park edilmiş “Porsche Panamera” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin on buferini əlində olan açarla cızmışdır. Buna səbəb onun ağır dərəcədə sərxoş olması olmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, hal-hazırda maddi imkanı olmadığından dəymiş zərəri ödəyə bilmir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus olan “Porsche Panamera” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadıqları ünvan 2 ünvanının qarşısında küçədə saxlayıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində həyat yoldaşı avtomobilinə yaxınlaşan zaman avtomobilinin ön buferinin naməlum şəxs tərəfindən cızılmasını aşkar etmişdir. Bundan sonra ərizə Yasamal RPİ-nə müraicət etmiş və ona maddi ziyan vurmuş şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində qununi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış təhqiqat materialı üzrə Azərbaycan Respublikası CM-nın 186-cı maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinə əsasən həmin maddənin tərkib əlamətləri özgəsinin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurduqda yaranır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Vətəndaş Zərərçəkmiş şəxs2 məxsus “Porsche Panamera” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön buferinin sındırılması nəticəsində ona 600 (altı yüz) manat məbləğində maddi ziyan vurulduğu üçün toplanmış materialda Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.2-cı maddəsinə əsasən törədilmiş əməl müəyyən olunsa da bu əməldə cinayət tərkibinin əlamətlərinin mövcud olmaması cinayət təqibini istisna edir. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. Toplanmış materialdan göründüyü kimi isə hadisəni törətmiş Şəxs əməli nəticəsində hər hansı cinayətin obyekti, yəni törədilən əməllə ziyan yetirilən ictimai münasibət yoxdur. Belə olan halda əməldə heç bir cinayətin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilməlidir. Lakin Zərərçəkmiş şəxs2 məxsus “Porsche Panamera” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön buferinin cızılması nəticəsində ona 600 (altı yuz) manat məbləğində maddi ziyan vurmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi özgəsinin əmlakını qəsdən məhv etmə və ya zədələməyə görə əmlak sahibinə az miqdarda ziyan vurduqda yaranır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə az miqdar dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Zərərçəkmiş şəxs2 məxsus “Porsche Panamera” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön buferinin sındırılması nəticəsində ona 600 manat məbləğində maddi ziyan vurmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta hadisəsi törədildiyindən onun barəsində inzibatı xəta haqqında iş üzrə icraat başlanmasından ötrü qərarın surəti Yasamal RPİ-nın 26-cı PB-nə göndərilməlidir İş materiallarənda olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC tərəfindən verilmiş akta əsasən “Porshe Panamera” markalı avtomobilin ön bufer hissəsindəki kəsici alətlə başdan-başa çəkilmiş cızığın rənglənərək əvvəlki vəziyyətə gətirilməsi xərci 600 (altı yüz) manat təşkil edir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs özgənin əmlakını qəsdən zədələməsi özünün etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən zədələmə kimi halların, yəni İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 232-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar