Məhkəmə qərarları › İş №3(004)-3471/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3471/2022

21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3471/2022 21.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 BŞDYPİ tərəfindən qəbul edilmiş EQ 10522241 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 BŞDYPİ tərəfindən qəbul edilmiş EQ 10522241 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 BŞDYPİ tərəfindən qəbul edilmiş EQ 10522241 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmiş, lakin mübahisələndirdiyi qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Comment [RC 1]: İ Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 128.2-ci maddəsinə əsasən Comment [RC 2]: inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X1 BŞDYPİ tərəfindən qəbul edilmiş EQ 10522241 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci və 129-cu maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 BŞDYPİ tərəfindən qəbul edilmiş EQ 10522241 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar