Məhkəmə qərarları › İş №3(004)-3473/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3473/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3473/2021 29.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 qızının Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 22.11.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 22.11.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Dövlət neft şirkətinin binası istiqamətindən gələrək Azneft dairəsinə yaxınlaşmış və dairədə hərəkət edənlərə yol verdikdən sonra dairəyə daxil olmuşdur. O, dairədə soldan ikinci zolaqla hərəkət etmişdir. Həmin zolaqla hərəkətini davam etdirib Filarmonaya binası istiqamətində, yəni üçüncü çıxışda dairəni tərk etməyi, gəldiyi yolu geri qayıtmağı planlaşdırmışdır. Dairədə öz zolağını dəyişmədən hərəkət edərkən qeyd etdiyi Lada Priora ondan arxada və ən sol zolaqla hərəkət etməsinə baxmayaraq elə həmin zolaqdan da birbaşa dairəni tərk etmək və üzü Park Bulvara tərəf hərəkət etmək istəyirdi. Həmin avtomobil Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Vİ-Vİİ hissələrini pozmuş və dönmə siqnalı da yandırmamışdı. Nəticədə, qeyd olunan avtomobil ön hissəsi ilə onun idarə etdiyi maşının sol arxa qanadı tərəfindən vurmuş və dərhal da saxlamadan hadisə yerindən uzaqlaşmışdır. O, dairədə maşını saxlamış, düşüb avtomobilə baxış keçirmişdir. Maşının sol qanad ətrafında əziklər və sürtünmə izləri aşkar etmişdir. Qeyd olunan **-ES- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisədən yalnız 2 gün sonra Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə (bundan sonra DYP) ərizə təqdim etmişdir. Qeyd olunan ərizənin üzərində DYP-də 20.10.2021-ci il tarixdə qeydiyyata alınmasına dair ştamp var idi. Həmin ərizə əsasında o, DYP-yə dəvət olunmuş və ona hadisədə guya təqsirli olmağı barədə məlumat verilmişdi. O, hadisə barədə ətraflı və yazılı şəkildə izahat vermişdir. Tələbi əsasında videogörüntüyə onun iştirakı ilə baxış keçirilmiş və həmin video görüntüdə onun tamamilə təqsirsiz olduğu aşkar olunmuşdur. Bununla bağlı o, dərhal hadisənin araşdırılması və təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi barədə rəsmi ərizə ilə DYP-yə müraciət etmişdir. Lakin DYP əməkdaşı təkzibedilməz bu sübuta məhəl qoymayaraq barəmdə qanunsuz və əsassız protokol tərtib etmişdir. Video görüntünün surəti həm şifahi həm də yazılı sorğularına baxmayaraq ona təqdim edilməmişdir. Eyni zamanda, protokola baxılarkən narazı olmağına baxmayaraq o, dəvət edilməmiş və araşdırma onun iştirakı olmadan aparılmaqla qərar qəbul edilmişdir. Göründüyü kimi barəsində tərtib edilmiş 27.10.2021-ci il tarixli İXP seriyalı ******* №- li protokol və qəbul edilmiş 22.11.2021 ci il tarixli qərar qanunsuz və əsassız olduğu üçün İXM-in 135.1.1 - 135.1.4-cü maddələrinə müvafiq olaraq ləğv edilməli və materiallar yenidən araşdırılaraq əsl təqsirkar şəxsin məsuliyyətə cəlb edilməsi üçün səlahiyyətli orqana göndərilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 qızının nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqan Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək, şikayətin əsassız olduğunu qeyd edərək, ərizəsinə hadisənin görüntülərini əks etdirən video diski əlavə etdiyini, iş yükünün çoxluğu ilə əlaqədar hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 27.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 qızı 18.10.2021-ci il tarixdə, saat 11:21-də “Kia Rio” minik Az 90DH846 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərədə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 22.11.2021-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X4 qızı 18.10.2021-ci il tarixdə, saat 11:21-də Azneft dairəsində “Kia Rio” minik Az 90DH846 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərədə tutulmuş inzibati xəta törədildiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin Vİ-cı hissəsinə əsasən “dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Lakin Bakı şəhər X7 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, X4 qızı “Kia Rio” markalı Az 90DH846 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yuxarıda qeyd edilən yol hərəkəti qaydalarının tələblərini pozmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, X4 qızının yol nəqliyat hadisəsi baş vermiş ərazidən uzaqlaşması işin mübahisəsiz halıdır və bu hal iş materiallarına əsasən öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- yüz manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və onun həmin inzibati xətaları törətməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 22.11.2021-ci il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 qızının Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 22.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar