Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3475/2022 05.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin adından Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixində Yasamal rayonu, Nazim Hikmət küçəsi ilə hərəkət edərək, “X5”-da yerləşən dairəyə daxi olmuşdur. Orada “Dairə” nişanı olmadığı üçün, sağdan gələn avtomobilləri buraxmışdır. Sağ istiqamətdən gələn bir avtomobilin müəyyən məsafədə olduğunu görüb, hərəkət edəcəyi təqdirdə onun hərəkət sürətinə təsir etməyəcəyini yəqinləşdirib, hərəkətə başlamışdı. Bu zaman YPX əməkdaşı onu saxladı. Ona dəfələrcə onun hərəkətinin sağdan gələn avtomobilin sürətinə təsir etmədiyini bildirsə də, barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdi. Bu barədə Daxili İşlər Nazirliyinə müraciət etsə də, xx.xx.2022-ci il tarixində inzibati xəta hadisəsini törətdiyi barədə “Qərar” qəbul edilmişdi. O, Rahib Tağıyev küçəsinə daxil olmasa da, Protokolda qayda pozuntusunun “Rahib Tağıyev 6” ünvanında baş verdiyi qeyd olunmuşdur. Beləliklə, Protokolda qeyd olunan hadisənin baş verdiyi yer düzgün qeyd olunmamış və onun hərəkəti sağdan gələn avtomobilə maneçilik törətməmişdir. Bu isə inzibati xəta hadisəsinin olmadığı qənaətinə gəlməyə əsas verir. Məhkəmə iclasında AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin adından Nümayəndə bildirmişdir ki, aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. X2 İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuş, həmin faktının videosu qeydə alınmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022 ci il tarixli TP ******* saylı qərardan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə, saat 16:18 radələrində idarə etdiyi "KİA SORENTO" minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı Rahib Tağıyev 6 küçəsində 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozmasına görə barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki,xx.xx.2022-ci -ci il tarixdə, saat 16:18 radələrində idarə etdiyi "KİA SORENTO" minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı Rahib Tağıyev 6 küçəsində 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozması öz təsdiqini tapmışdır. Qeyd edilən hal eyni zamanda iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Yol nəqliyyat hadisəsinin sxemin”dən də görünür. Halbu ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V hissəsinə imperativ qaydada qeyd edilmişdir ki, “svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2022-ci -ci il tarixdə, saat 16:18 radələrində Bakı Rahib Tağıyev 6 küçəsində 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3475/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3475/2022
05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver